Dahi Nizaminin əsərləri artıq
rəqəmsal formatda!
Dahi şair və böyük mütəfəkkir
Nizami Gəncəvinin
880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin sərəncamına
əsasən “Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru
Azercell Telekom mədəniyyət
tariximizdə bu əhəmiyyətli hadisəni
layiqincə qeyd etmək üçün növbəti layihəsini
təqdim edir.
Axar.az xəbər verir ki, həm yerli,
həm də xarici oxucuları Şərqin ən böyük şairinin yaradıcılığı ilə
tanış etmək üçün Azercell Nizami əsərlərinin ən
sevilən nümunələrini
rəqəmsal mütaliə
vasitələrilə təbliğ
etmək təşəbbüsü
ilə çıxış
edir. Beləliklə,
"Azercell"in dəstəyilə
Nizaminin 40-dan çox
seçilmiş fəlsəfi
və lirik məzmunlu müxtəlif ölçülü əsərləri
Azərbaycan, rus, ingilis, fransız və türk dillərində Bookmate proqramının "Audiobook"
bölməsinə yerləşdiriləcək.
Audio faylların hazırlanmasında
digər bir özəl xüsusiyyət
onların orijinal fon musiqiləri
ilə təqdim olunmasındadır. Ud, tar, kamança
və digər qədim musiqi alətlərinin müşayiəti
ilə dil daşıyıcıları tərəfindən
səsləndiriləcək poeziya nümunələri
daha təsirli və xalqımızın
mədəni irsi baxımından daha mütəşəkkil ifadə
olunacaq.
Azercell tərəfindən daha bir maraqlı yenilik isə layihə çərçivəsində
Nizami Gəncəvinin
iki əsərinin: “Kərpickəsən kişinin
dastanı” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti” əsərlərinə
komiks janrında şəkillərin çəkilməsi
və komiks toplusundan ibarət kitabın tərtib edilməsidir. Qeyd edək ki, həmin komikslər də Azərbaycan, rus və ingilis
dillərində adaptə
ediləcək.
Xatırladaq ki, Nizami Gəncəvinin əsərlərindən
öncə "Azercell"
rəqəmsal kitabxana
üçün İmadəddin
Nəsiminin 650 illik yubileyi münasibətilə
şair və filosofun seçmə qəzəllərini, “Koroğlu”
dastanının 10 qolunu
və müxtəlif klassik müəlliflərin
əsərlərini audiokitab
formatında hazırlayaraq
beynəlxalq Bookmate tətbiqinə yükləmişdir.
Qeyd edək
ki, "Azercell" abunəçiləri üçün
xüsusi endirimlə təqdim olunan Bookmate rəqəmsal platforması vasitəsilə
lider operator Azərbaycan
ədəbiyyatının beynəlxalq
aləmdə tanıdılmasına
xidmət edən layihələr gerçəkləşdirir. "Azercell"in müasir cəmiyyətin tələbatına
və yaşam tərzinə uyğun formatda hazırladığı
ədəbi məzmun
ölkədə, xüsusilə
də gənclər arasında mütaliə mədəniyyətinin inkişafı
və Azərbaycanın
ədəbi irsinin dünyanın istənilən
nöqtəsində müxtəlif
dillərdə daha əlçatan olmasına
xidmət edir.
Xatırladaq ki, şairin zəngin irsinin təbliği məqsədilə
"Azercell" bundan
öncə Nizami Gəncəvinin yaradıcılığına
həsr olunmuş xüsusi əlifba da işləyib hazırlayıb. Həmin əlifba sosial
şəbəkələrdə geniş yayılaraq istifadəçilər arasında
populyarlıq qazanmışdır.
“Nizami Gəncəvi İli” ərzində "Azercell"
şirkətinin təqdimatında audiokitab
və komikslər yeni formatda
təqdim olunmağa davam
edəcək. Bookmate tətbiqinə abunə
olmaq, eləcə də Azercell
Telekomun fəaliyyətini mətbuat və
sosial media
platformaları üzərindən izləməklə siz də bu yeniliklərdən
faydalana biləcəksiniz.
525-ci qəzet.- 2021.- 18 noyabr.- S.16.