Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə mühüm tədbirlər həyata keçirir

 

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq ikinci ildir ki, ikiqat sevinc hissi və böyük ruh yüksəkliyi ilə qeyd olunur. Bu da təsadüfi deyildir, çünki ötən il rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edərək düşmən üzərində şanlı qələbə qazanmış bununla da xalqımızın zəfər salnaməsi yazılmışdır.

 

Qeyd olunmalıdır ki, beynəlxalq hüququn bizim tərəfimizdə olmasına, Azərbaycanın ərazi bütövlüyünün tanınmasına, beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar qətnamələrin Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit etməsinə baxmayaraq şanlı qələbə qazananadək   1992-ci ildən bəri davam edən ATƏT-in Minsk Qrupu ilə aparılan danışıqlar, onun fəaliyyəti, çoxtərəfli, ikitərəfli danışıqlar ortaq bir həll yolunun tapılmasına vəsilə olmamışdır.

 

II Qarabağ müharibəsi ilə Azərbaycan 30 ilə yaxın kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etdi bu istiqamətdə BMT Nizamnaməsinin 51-ci maddəsini, yəni zorakılığa məruz qalmış dövlət başqa bir dövlətə qarşı müharibə elan edə bilər müddəasını əldə rəhbər tutaraq fərdi qaydada həmin qətnamələrin tələblərini yerinə yetirmiş oldu.

 

Çox təəssüflər olsun ki, istər müharibə vaxtı, istərsə sonra erməni işğalçıları ölkəmizin qələbəsinə kölgə salmaq üçün dünya ictimaiyyətinin diqqətini həqiqətə uyğun olmayan məlumatlara, dezinformasiyaya yönəltməklə müxtəlif sahələrdə təxribatlara əl atmışlar.

 

Təbii ki, bu da getdikcə mübarizə meydanına çevrilən informasiya məkanında da müharibənin aparılmasını labüd etmişdir. Bu səbəbdən başda ölkə Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycanın haqlı mövqeyini həqiqətlərini beynəlxalq aləmə düzgün çatdırmaq istiqamətində müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

 

Bu sahədə Ədliyyə Nazirliyinin rolu fəaliyyəti qeyd olunmalıdır. Belə ki, nazirlik tərəfindən informasiya müharibəsində fəallıq göstərilərək Ermənistanın cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun hərtərəfli çatdırılması istiqamətində bir sıra işlər görülmüşdür.

 

Nazir nazirlik tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzü, törətdiyi müharibə insanlıq əleyhinə cinayətlərin ifşası, ərazilərimizdə vətəndaşlarımızın Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olması yaralanması, habelə 27 sentyabr Anım günü ilə əlaqədar 80-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına hakimlərinə, sıx tərəfdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətlərinə, Ümumdünya Səhiyyə Təşkilatı digər qurumlara 450-ə yaxın məktub göndərilmişdir.

 

Məktubların göndərilməsi ilə kifayətlənməyərək nazirliyin rəhbərliyi tərəfindən təmsil olunan həm onlayn qaydada, həm bilavasitə keçirilən tədbirlərdə II Qarabağ müharibəsinin həqiqətləri barədə ətraflı məlumat verilmişdir.

 

Belə ki, martın 7-dən 12-dək Yaponiyanın Kyoto şəhərində beş ildən bir keçirilən BMT-nin Cinayətkarlığın qarşısının alınması cinayət ədliyyəsi üzrə 14-cü mötəbər Konqresində, aprelin 8-də Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclasında, aprel ayının 22-də Özbəkistan Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda Daşkənd Beynəlxalq Hüquq Forumunda, mayın 18-dən 22-dək Rusiya Federasiyası Prezidentinin himayəsi altında Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Peterburq Beynəlxalq Hüquq Forumunda ədliyyə naziri Fikrət Məmmədov tərəfindən ölkəmizdə həyata keçirilən mütərəqqi islahatlar barədə danışılmış, habelə beynəlxalq hüquq ictimaiyyətinin diqqəti Ermənistanın hərbi cinayətlərinə cəlb olunaraq bu barədə ətraflı çıxışlar edilmiş, sülh üçün təhlükə olan bu əməlləri törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış olunmuşdur.

 

Eyni zamanda qeyd olunmalıdır ki, bu ilin oktyabrın 4-5-də Macarıstanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Budapeştdə "Rəqəmsal texnologiyalar süni intellekt - Avropada ədalət mühakiməsi üçün yeni çağırışlar" mövzusunda Avropa ədliyyə nazirlərinin konfransı keçirilmişdir.

 

Tədbirdə ölkəmizi təmsil edən ədliyyə naziri Fikrət Məmmədov konfrans zamanı həmçinin konfransda iştirak edən Macarıstan Türkiyə ədliyyə nazirləri, Estoniyanın nümayəndə heyətinin rəhbəri ilə keçirilən ikitərəfli görüşlərdə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində 30 illik erməni işğalından azad edilmiş Ermənistan tərəfindən tamamilə dağıdılmış torpaqlarımızda aparılan nəhəng bərpa-quruculuq işləri çərçivəsində rəqəmsal texnologiyalar tətbiq olunmaqla "ağıllı şəhər" "ağıllı kənd"lərin yaradılmasını qeyd etmiş, konfrans iştirakçılarının diqqətini xüsusilə yenidənqurma prosesinə ciddi mane olan Ermənistan tərəfindən işğal dövründə ərazilərimizin minalanmasına cəlb edərək bununla Azərbaycanın dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biri olduğunu vurğulamışdır.

 

Mülki insanların həmin minalara düşərək həlak olması ya yaralanması nəzərə alınaraq əhali arasında yeni qurbanların qarşısını almaq naminə beynəlxalq ictimaiyyət Ermənistanın mina xəritələrini verməsi üçün təsir etməyə çağırılmışdır.

 

Qeyd olunmalıdır ki, Macarıstana səfər çərçivəsində həmçinin, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Azərbaycan Estoniya Ədliyyə nazirlikləri arasında məhkəmə ədliyyə sahəsində əməkdaşlığı təcrübə mübadiləsini, mediasiya institutunun, e-ədliyyənin e-məhkəmənin təşviqini, ədliyyə işçilərinin hakimlərin təlimini, habelə digər sahələrdə birgə tədbirləri nəzərdə tutan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Sözügedən sənəd elektron imzalar vasitəsilə imzalanan ilk sənəd olmuşdur.

 

Bununla da xarici ölkələrlə hüquqi əməkdaşlığın dərinləşdirilməsi, ədliyyə orqanları hüquqşünaslar arasında qarşılıqlı fəaliyyət dostluq əlaqələrinin inkişafı məqsədilə ölkəmizin Ədliyyə Nazirliyi tərəfindən Avropa, Asiya Afrika qitələrindən olan Ədliyyə nazirlikləri ilə imzalanmış əməkdaşlıq haqqında sənədlərin sayı 34-ə çatmışdır.

 

Göründüyü kimi nazirliyin beynəlxalq əməkdaşlığı ikitərəfli münasibətlər çərçivəsində inkişaf etməkdədir. Belə əməkdaşlıq çərçivəsində nazirlik tərəfindən müxtəlif ölkələrin ədliyyə nazirlikləri ilə istər beynəlxalq müqavilələr, istərsə beynəlxalq olmayan sənədlərin bağlanılması istiqamətində tədbirlər həyata keçirilir.

 

Belə ki, "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında" 18 iyun 1997-ci il tarixli Sazişin həyata keçirilməsi məqsədilə iki ölkənin Ədliyyə nazirlikləri arasında 2020-2022-ci illər üçün Əməkdaşlıq Proqramı cari ilin aprel ayının 22-də Özbəkistan Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda videokonfrans formatında keçirilmiş Daşkənd Beynəlxalq Hüquq Forumu çərçivəsində imzalanmışdır.

 

Hazırda Əməkdaşlıq Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər görülür yaxın zamanda müxtəlif videokonfransların keçirilməsi planlaşdırılır.

 

Bununla yanaşı, COVİD-19 pandemiyasına baxmayaraq xüsusi karantin rejimi şəraitində diplomatik kanallar vasitəsilə Azərbaycan Vyetnam Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanmışdır.

 

Bu Proqramın icrası məqsədilə 2021-ci ilin dekabr ayında iki ölkənin Ədliyyə akademiyaları arasında rəhbərlərinin əməkdaşlarının, habelə hakimlərin digər şəxslərin iştirak edəcəyi onlayn görüşün təşkili nəzərdə tutulur.

 

Həmçinin bu ilin iyul ayında "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Türkiyə Ədliyyə Akademiyası arasında hakimlər, prokurorlar hakimliyə namizədlərin tədrisi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumu imzalanmışdır. Memorandum hüquqşünasların ixtisaslarının artırılmasını, birgə tədris proqramlarının həyata keçirilməsini, simpozium, təlim, seminar digər tədris tədbirlərinin təcrübi səfərlərin təşkilini, onların pandemiya şəraitinə uyğun bilavasitə ya videokonfrans formatında keçirilməsini nəzərdə tutur.

Xüsusilə vurğulanmalıdır ki, bu Memorandum Şuşa Bəyannaməsinə istinad olunan ilk sənədlərdən olmuşdur.

 

Eyni zamanda qeyd olunmalıdır ki, həm çoxtərəfli, həm ikitərəfli müqavilələr çərçivəsində cari il ərzində 14 minədək müxtəlif məzmunlu müraciətlər daxil olaraq icra olunmuşdur.

 

Göründüyü kimi ədliyyə sahəsinin inkişafı üçün tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bundan sonra da ədliyyə işçiləri xalqımızın sülh və əmin-amanlıq şəraitində rifahı naminə dövlət başçısının ətrafında sıx birləşərək Azərbaycan ədliyyəsinin davamlı inkişafı istiqamətində var qüvvələri ilə çalışmaq əzmindədirlər.

 

 

Adil ƏBİLOV,

Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi

 

 

525-ci qəzet.- 2021.- 19 noyabr.- S.8.