Özbəkistanda və Yunanıstanda Nizami Gəncəvi tədbirləri

 

Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) Səmərqənddəki filialı ilə birgə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib.

 

525.az xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, elm, mədəniyyət incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Mərasimi universitetin prorektoru Muxtar Nasırov açaraq Nizami Gəncəvinin həyat yaradıcılığı haqqında məlumat verib, ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın durmadan inkişaf etdiyini bildirib.

 

RAMMM-nin sədri Firdovsi Hüseynov bildirib ki, Nizami Gəncəvi Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə "Xəmsə" yazan şairlər kimi düşüb. Şeyx Nizamidən dörd əsr sonra Əlişir Nəvai Nizami Gəncəvini öz müəllimi hesab edib türk dilində "Xəmsə" yaradıb.

 

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Zaur Ramazanov bildirib ki, bu il dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Prezident İlham Əliyev "Nizami Gəncəvi ili" elan edib. Azərbaycanda dünya ölkələrində bununla bağlı tədbirlər keçirilir. Bu il Özbəkistanda digər dövlətlərdə böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi münasibətilə müxtəlif tədbirlər təşkil olunur.

 

O, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi haqqında da danışaraq deyib: "Bir il bundan əvvəl Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər zabitlərimizin qəhrəmanlığı ilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı 44 gün ərzində azad etdik".

 

Universitetin dosenti Əlişir Razzakov Nizami Gəncəvi Əlişir Nəvainin əsərlərindən ayrı-ayrı məqamları təhlil edib, onların oxşar fərqli cəhətlərini göstərib.

 

RAMMM-nin Səmərqənd filialının rəhbəri Ədilağa Mirzəyev universitetin rəhbərliyinə qonaqlara təşəkkür edib, belə tədbirlərin müntəzəm olaraq keçirilməsini arzulayıb.

 

Universitetin tələbələri Nizami Gəncəvi Əlişir Nəvainin əsərlərindən parçalar söyləyiblər.

 

Sonra qonaqlar Səmərqəndin tarixi abidələrinə baxıblar.

 

Nizami ilə bağlı daha bir tədbir Yunanıstanın Epirus regionunun paytaxtı Yanina şəhərində keçirilib. Azərbaycanın Yunanıstandakı səfirliyinin təşəbbüsü şəhər meriyasının təşkilatçılığı ilə gerçəkləşən tədbir çərçivəsində dahi şairin əsərləri xüsusilə Xəmsə əsərindən miniatürlərindən ibarət guşə yaradılıb. Mərasimdə çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov şairin həyat yaradıcılığı, "İskəndərnamə" poemasında bəhs olunan mühüm məqamlar barədə məlumat verib. Səfirlə yanaşı, tədbirdə Yanina şəhərinin meri Moses Elisaf, şəhərin Mədəniyyət mərkəzinin direktoru da iştirak edib. Tədbirə onlayn qoşulan Yaxın Şərq İslam araşdırmaları üzrə ekspert politoloq Evangelis Venetis dahi şair barədə ətraflı məlumat verib, şairi orijinaldan oxuduğunu bildirib, "İskəndərnamə" poemasından olan hissələri səsləndirib.

 

Şərqin ən görkəmli filosoflarından biri kimi Nizami Gəncəvinin əsərlərinin xüsusiyyətləri, həmçinin yaradıcılığında qərb fəlsəfəsi, o cümlədən, Sokrat, Aristotel, Heredot digər filosoflardan təsirləndiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 

Tədbir iştirakçıları tərəfindən Nizaminin müxtəlif əsərlərində yer almış miniatürlərə böyük maraq göstərilib. Qeyd edək ki, miniatürlərdən ibarət sərgi-guşə artıq Yanina şəhərinin sakinləri üçün açıq elan edilib.

 

525-ci qəzet.- 2021.- 19 noyabr.- S.9.