Nizami irsinə dair yeni kitablar
təqdim olunub
Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyində
Kürdəmir Regional Mədəniyyət
İdarəsinin təşəbbüsü
ilə çap olunan “Nizami Gəncəvinin əsərlərinin
el variantları” və
“Nizami Gəncəvinin
poetik portreti” adlı kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları,
tanınmış ədəbiyyat
adamları iştirak ediblər.
525.az xəbər verir ki, AYB Gənclər Şurasının sədri,
şair Fərid Hüseynin hazırladığı
“Nizami Gəncəvinin
əsərlərinin el variantları”
kitabı Nizami və folklor mövzusuna həsr olunub. Kitabda Azərbaycan xalqının
milli adət-ənənələri,
el deyimləri, xalq yaradıcılığı ilə
Nizaminin əsərlərindəki
paralellər oxucuların
nəzərinə çatdırılıb.
Kitabın təqdimat yazısının müəllifi
AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri,
professor Seyfəddin Rzasoy, məsləhətçisi
isə ədəbiyyatşünas
Ramil Əhməddir.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşı,
şair Ramil Əhmədin hazırladığı
“Nizami Gəncəvinin
poetik portreti” adlı kitabda isə, müxtəlif illərdə Nizamiyə həsr olunmuş şeirlər yer alıb. Qeyd edək ki, kitabda
dünya ədəbiyyatından
olan nümunələrlə
də tanış
olmaq olar. “Nizami Gəncəvinin poetik portreti”kitabının
təqdimat yazısının
müəllifi AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisi,
professor Cavanşir Yusiflidir.
AYB-nin mətbuat
katibi Xəyal Rza tədbirdəki giriş sözündə
deyib ki, “Nizami ili” çərçivəsində
ərsəyə gələn
bu kitabların şairin tədqiqi və təbliği baxımından böyük
əhəmiyyət kəsb
etdiyini vurğulayıb.
AYB-nin sədr müavini Rəşad Məcid Kürdəmir
Regional Mədəniyyət İdarəsinin səmərəli
fəaliyyətindən söhbət
açaraq, idarənin
həyata keçirdiyi
layihələri yüksək
qiymətləndirib. O, eyni zamanda, hər iki müəllifin təşəbbüsünü təqdirəlayiq hadisə
kimi dəyərləndirib,
F.Hüseynin hazırladığı
kitabda qoyulan məsələnin son dərəcə
maraqlı olduğunu qeyd edib. O, Nizamiyə
həsr olunmuş şeirlərin bir kitabda cəmləşməsini
Ramil Əhmədin səmərəli araşdırmasının
nəticəsi olduğunu
deyib.
Hər iki nəşrin layihə rəhbəri və ön söz müəllifi olan Kürdəmir Regional Mədəniyyət
İdarəsinin rəisi
Faiq Xudanlı təqdimatın keçirilməsinə
şərait yaratdığı
üçün AYB-yə
dərin minnətdarlığını
bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nizami ili” ilə bağlı
imzaladığı Sərəncamı
Azərbaycan ədəbiyyatına
və şairin irsinə böyük diqqət nümunəsi olaraq qiymətləndirən
idarə rəisi ərsəyə gələn
kitabların rəğbətlə
qarşılanmasından məmnunluğunu
bildirib. F.Xudanlı “Nizami
ili”nə ən gözəl töhfənin
məhz dahi şairin irsinin tədqiqi olduğunu bildirib, buna görə F.Hüseynə
və R.Əhmədə
təşəkkür edib.
Yazıçı Seyran Səxavət,
AYB-nin katibi, yazıçı-dramaturq Elçin
Hüseynbəyli, Ədəbiyyat
İnstitutunun icracı
direktoru, dosent Mehman Həsənli, Mədəniyyət Nazirliyinin
əməkdaşı Xəyal
Məmmədov,
professor Cavanşir Yusifli,
“Kulis.az” mədəniyyət portalının baş redaktoru, şair Ulucay Akif çıxış
edərək kitablar haqqında fikirlərini bölüşüblər.
Sonda çıxış
edən F.Hüseyn və R.Əhməd təqdim olunan iki nəşrin hazırlanması prosesi barədə məlumat veriblər.
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 19 noyabr.- S.9.