"...Ay bulud, mən tanrı
qapısıyammı, məni harda tutdu döyür
adamlar..."
Qədir
bu günü görmədi,
torpağın
da qulağı var - deyirlər,
Qədir
kirimişcə qulaq asır:
Qədirin
Səsi Ağdamı bağrına basır...
Qapısı,
pəncərəsi açıldı
Ağdamın.
Nəfəsi
açıldı Qədirin,
O da
belə adamıydı.
Qədirin
Səsi Ağdamıydı, -
Səsi
açıldı Qədirin...
Xoş
xəbər elə tez gəldi,
zəng
kimi.
Qədirin
Səsi açıldı
Tüfəng
kimi...
Ağdamnan
eyni günnüsən,
Hər
ikinizin yaşına yığışmışıq.
İnan
Allaha,
Xəbəri
eşidənnən
Səsiyin
başına yığışmışıq...
Qulağımdan
getmir Səsin.
İstəyirəm
bu toy
Sən aparan toydan olsun.
Gözlərinə quzu kəsim...
Torpaq aydınlığı verirəm
Sənə,
Torpağın aydın olsun!
20.11.2020
***
siz heç nə bilmirsiz, heç nə bilmirsiz,
mən adam deyildim, adam deyildim,
hara and içim ki, inanasınız.
hardasan, səhərdən
səni gəzirəm,
hardasan, bir topa, bir əlçim
bulud!
həmişə yağırdın,
biz islanırdıq,
bu dəfə mən yağdım, di gəl çim,
bulud.
yağdım ağaclara,
yağdım quşlara,
damdım bu evlərin damınnan, di gör.
bir adam sənintək yağmaqdan
ötrü,
gör, nətər keçirmiş canınnan,
di gör.
yağdım, bu kəndi də sel-su apardı,
gördüm ki, atama söyür adamlar.
ay bulud, mən tanrı qapısıyammı,
məni harda tutdu, döyür adamlar.
nə qədər istəsən yağım
başından,
utanma, utanma, dur, gəl, çim, bulud.
yağmaq nə gözəlmiş, ah, nə
gözəlmiş,
ay bir topa bulud,
bir əlçim bulud.
azca yağ dedilər, söydülər
məni,
mən bu yer üzünə boşuna gəldim.
deyəsən, bir tanrı üzümə baxdı,
deyəsən, bir onun xoşuna gəldim.
dedim, mənə dəymə, yağım,
yaşayım,
qoy hamı öyrənsin sulu qalmağa.
gördüm ki, bir yetim uşaq
titrədir,
dayandım, yollandım
günəş olmağa...
gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
gördüm, susuzluqdan
ölür adamlar,
bir qurtum suyu da bölür
adamlar.
...özün bil, özün bil, özün bil, bulud,
daha mən yağmıram, di get, öl, bulud.
baxdım buludların
o nəm cildinə,
günəşə boylandım,
baxa bilmədim,
qayıtdım, qayıtdım
adam cildinə...
***
bir fikir var, səhər-axşam
içimi didir, ilahi:
görən dumanlı
dağların,
çəkdiyi nədir,
ilahi?
heç seçilmir
mələyindən,
baş açmıram kələyindən,
bir qız çıxır ürəyimdən,
gör, hara gedir, ilahi?
gizli sənsən, əyan sənsən,
bu dünyaya həyan sənsən.
hamıya göz qoyan sənsən,
səni kim güdür, ilahi?!
***
ola bilər ki, gec gəlim,
gözləməsən də qulunam.
sənə tərəf
qalxan yolu
dizimnən çıxıram,
ilahi.
bu ömrü kimə yaşadım?
çökdüm içimə,
yaşadım.
bir qapım, bacam olmadı.
istədim bir qapım olsun,
gileylənim, mən
də deyim:
qapımı açan
olmadı...
özüm özümün
eviyəm, -
hər gün özümə gəlirəm,
özümdən çıxıram,
ilahi...
ta əvvəldən
demişdim ki,
siz mənə bel bağlamayın.
su sevənəm - demişdim mən, -
tapşırmışdım ağlamayın...
dəhşətdi, göz
görə-görə
məni sevən adamların
gözündən çıxıram,
ilahi...
gözlərimin qarşısına
hər gün gətirrəm özümü,
hər gün hardasa salıram,
salıb itirrəm
özümü.
hər gün bir yerdə tapıram,
lap eyni yerdə tapıram,
qalxıb götürrəm
özümü...
nə gizlədim axı səndən,
baxıram, hər
dəfə sənin
sözündən çıxıram,
ilahi...
***
yaxını fərq
eləmirik,
yaxşı görmürük
uzağı.
hansı tərəfdə
dursan da,
elə bizik solun-sağın...
hər əzan bir tərəfdədi,
yoxsa bütövsən
elə sən?
görünmədiyin boydasan,
nətər varsansa,
eləsən...
hər gün gördüyün adamlar
get-gedə yadlaşır sənə.
görünmə, bu görünməmək
möhtəşəm yaraşır
sənə!
***
orucumu pozaram, and içərəm doyunca,
səni inandıraram bu eşqə yol boyunca.
deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,
olsun, bilməlisən
ki, uşaqlar üçün deyil.
barmaqlarını gətir,
bir, iki, üç, dörd... sayım,
adını əzbərləyim,
gündüzlər sayıqlayım.
yaxın dur, dodağına bir kəlmə pıçıldayım,
mənim deyəcəyim
söz qulaqlar üçün deyil.
tərpənməyə qorxuram,
bu eşq ki var canımda,
bircə addım
ataram, boğularam qanımda.
bu əlləri bəs niyə saxlamışam yanımda?
ay qız, sənin saçların daraqlar üçün deyil.
mən tanrıdan nə bir din, nə ayə istəyirəm,
nə azan oxumaqçün
minarə istəyirəm.
göy üzünü
bir günlük kirayə istəyirəm,
sənə yazacaqlarım
varaqlar üçün
deyil.
***
adını da unutdum,
sevdiyim ətirlərin.
mən hər işə gedəndə
səndən vurdum üstümə...
yaxşı yola gedirdik,
bircə şeydən
savayı,
sən deyirdin uzundu,
mən deyirdim, kəsdirmə...
hirslənəndə tuturdun
bu şəvə saqqalımnan.
sonra gəlib öpürdün
üzümdəki xalımnan.
gözünü zilləyirdin
elə uzun-uzadı.
deyirdin, qoy kəsdirim,
uzağı bir həftədi,
bir də gördün uzandı...
baxardın, saçlarında
əlim nəsə gəzərdi.
bəs axı birdən-birə
bizə belə nə oldu?
nənəm demiş,
nəzərdi.
indi kimə əl açım,
qaçım kimin üstünə?
mən baş aça bilmirəm,
nətər getmisən
ki, sən
üst-başımda qalmısan,
-
gələn-gedən soruşur:
nə vurmusan üstünə?..
***
baxma bəstəboyluğuna,
adam var - içi böyükdü.
anamdı, vətəndi,
sənsən, -
dərdimin üçü
böyükdü...
gedib gəldimsə də hardan,
yenə düşmədim
tutardan,
keçdiyim bütün
yollardan
bir sizin küçə böyükdü...
belə alverin nəyinnən
razı qalım, tanrı, denən:
verdiyin dərd ürəyimnən
gör neçə ölçü böyükdü...
***
ilahi, bizlərə təbəssüm eylə,
bizim də günümüz qoy bugün olsun:
yumum gözlərimi, gedənlər gəlsin,
nolar, aramızda bir oyun olsun.
bir sevinc doğulsun, süd dişi çıxsın,
nə giley eləsin, nə işi çıxsın:
bir gün ortalığa bir kişi çıxsın,
bütün qadınlara
gül boyun olsun...
qalmasın bir küncdə bircə nəfər tək,
hər tərəf kişilər, qadınlar,
çiçək...
tanrı, bu dünyanın şəklini
dur çək,
adamlar bir dəfə qol-boyun olsun...
***
məni ürəyində
saxla demirəm,
vaxt gələr, görərsən ürəyin
mənəm.
harda soruşsalar: qız, haralısan?
de ki, bir oğlanın
ürəyinnənəm...
***
Nola, ayağın altına
qoymağa bir şey tapasan,
öpəsən Göyün
üzündən...
Dostəli Ruslan
525-ci qəzet.- 2021.-
20 noyabr.- S.23.