"Azərbaycanfilm" Polşadakı festivalda təmsil olunub
"Azərbaycanfilm"in texniki direktoru Rəşad Səməd Polşanın Torun şəhərində
keçirilən 29-cu "EnegaCAMERIMAGE"
Beynəlxalq Film Festivalı
çərçivəsində kino avadanlıqları sərgisində iştirak
edib.
"Azərbaycanfilm" kinostudiyasından
525.az-a bildirilib ki, sərgidə "ARRI", "Leica - Leitz",
"ZEISS", "Cooke", "Sony", "Canon",
"Hawk - Anamorphic Lenses" və digər nəhəng texnika istehsalçılarının
ən son kamera, işıq, lens məhsulları
təqdim olunur.
Həmçinin bu şirkətlərdən
bir çoxu ilə əməkdaşlıq
üçün məhsuldar
danışıqlar aparılıb.
525-ci qəzet.- 2021.- 20 noyabr.- S.13.