Ədəbiyyat İnstitutunda Rudolf İvanovla bağlı konfrans keçirilib

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli tarixçi alim, Rusiya Yazıçılar İttifaqının üzvü, professor Rudolf Nikolayeviç İvanovun 90 illiyinə həsr olunmuş elmi konfrans təşkil edilib. Konfransda Azərbaycan Respublikasının Ukraynada fövqəladə səlahiyyətli səfiri Elmira Axundova, professor Rudolf İvanovun həyat yoldaşı Yekaterina Anisimova digər ziyalılar iştirak ediblər.

 

525.az xəbər verir ki, konfransı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Rudolf İvanovun Azərbaycanla bağlı fəaliyyəti haqqında giriş nitqi söyləyib: "Rudolf İvanovun əsərləri bizim üçün çox etibarlı zəngin mənbədir.  Heç kəs Rudolf İvanov qədər arxivlərdə bu dərinliyə çata bilməyib. Onun əsərləri tarixi salnamədir, nadir şəkillər arxiv sənədləri saxlayırdı. Nəriman Nərimanova aid arxivdən səksən səhifəlik yeni material tapmışdı. Onları da əlavə edib Nərimanov haqqında iki kitab çap etdirdi. İvanov Azərbaycan xalqının dostudur. Çox cildlik Azərbaycan tarixi kitabı yazıb. Azərbaycan generalları haqqında çoxcildlik nəşrlər seriyasını bizə ərməğan edib. O, Azərbaycan tarixinin qaranlıq, çətin, mürəkkəb dövrlərini sənədlərlə işləməklə çoxlu məsələlərə aydınlıq gətirib. Bu gün Rudolf İvanovun əsərləri əsasında XIX-XX əsr, sovet dövrü tarixi yenidən yazılmalıdır. Onun Azərbaycanla əlaqələri təkcə əsərləri deyildir, bir çox insanlarla yaxından dostluq edirdi. Dəfələrlə Naxçıvan Muxtar Respublikasında olub. Onu ilk dəfə Naxçıvana Elmira xanım gətirmişdi. Azərbaycana gəlməyinin böyük təşəbbüskarı cənab Prezident İlham Əliyev Mehriban xanım Əliyeva olublar. Rudolf İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib. Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbov onun Əməkdar jurnalist fəxri adı alması üçün təşəbbüs göstərib. Bakıda ən mötəbər yerlərdə əsərlərinin təqdimatı keçirilib. Biz özümüzə vəfa borcu bilirik ki, cənab Prezidentin Mehriban xanımın həmişə böyük diqqət göstərdiyi İvanovun 90 illik yubileyini keçirək. Həm Humanitar Bölmə üzrə, həm Tarix İnstitutunda onun yubileyi ilə bağlı qərar qəbul edilib".

 

Səfir, filologiya elmləri doktoru Elmira Axundova çıxış edərək bildirib ki, Azərbaycanda İsa müəllim kimi Rudolf İvanova yaxın insan olmayıb: "Həmişə onların dostluğunun şahidi olmuşam. Ancaq elmi müzakirələr edərdilər". Sonra E.Axundova rus dilində "Görkəmli tarixçi Rudolf İvanov haqqında söz" adlı geniş məruzə edib.

 

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Rudolf İvanovun Naxçıvan səfərləri Naxçıvana dair əsərləri", AMEA Fəlsəfə Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli "Kalbalıxan Naxçıvanskinin həyatı xidmətlərinə Rudolf İvanov baxışı", Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova "Nəriman Nərimanov mövzusu Rudolf İvanovun tədqiqatlarında", AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev, "Rudolf İvanovun əsərlərində Azərbaycanın 1920-ci illər tarixinin əksi" adlı məruzələrlə çıxış ediblər.

 

Sonda Rudolf İvanovun həyat yoldaşı Yekaterina Anisimova çıxış edərək diqqət və xoş sözlər üçün minnətdarlığını bildirib.

 

525-ci qəzet.- 2021.- 20 noyabr.- S.13.