Daha bir İstanbul masalı: mənim yeni nağılım  

 

 

(Əvvəli 17 noyabr sayımızda)

 

Qorqud atanın işığında...

 

12 noyabr təkcə bizim İstanbul səfərimizin deyil, eləcə , böyük Türk dünyasının tarixində ən önəmli günlərdən biri idi. Həmin günün axşamı Türk dünyası mədəniyyəti üçün mühüm tədbirlərdən biri - noyabrın 8-dən 12-dək İstanbulda baş tutan "Qorqud Ata" ("Korkut Ata") Türk Dünyası Beynəlxalq Film Festivalının bağlanış mükafatlandırma mərasimi keçirilirdi.

 

Azərbaycandan dəvət olunan mədəniyyət yazarlarından biri kimi mən mədəniyyət nazirlərinin, siyasətçilərin, Türk dünyasının hər tərəfindən tanınmış sənətçilərin qatıldığı bu möhtəşəm tədbirdə iştirak hüququ qazanmışdım.

 

Qeyd edək ki, festival çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Macarıstan, Saxa Respublikası, Tatarıstan, Qaqauziya, İran, Ukrayna digər ölkələrdən olan kinorejissorların filmləri təqdim olunub. Azərbaycanın milli film sənayesinin geniş təmsil olunduğu tədbirdə ölkəmizdə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin "Miras", "Sonuncu iclas" "BİZ" filmləri festivalın geniş auditoriyasına təqdim edildi. Festivalda, həmçinin, azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" bədii filmi nümayiş olundu.

 

Təqdimetmə mərasimi türkdilli dövlətlərin milli rəqslərinin ifası ilə başladı. Qürurverici andır ki, bütün rəqslər eyni sevgiylə qarşılansa da, Azərbaycanımızın milli rəqsi Atatürk Mədəniyyət Mərkəzinin böyük tədbir zalına toplanmış yüzlərlə insanı eyni anda coşdurmağı bacardı. Hələ rəqs bitmədən musiqini rəqqasları müşayiət edən gurultulu alqışlar bunu ən yaxşı şəkildə sübut edirdi.

 

Mərasimdə çıxış edən Türkiyənin mədəniyyət turizm naziri Mehmet Nuri Ersoy festivalın 2023-cü ildə Azərbaycan tərəfindən Şuşada, sonra da digər ölkələrdə keçirilməsi ilə bağlı alınan qərardan danışdı. Bu xəbərin özü biz azərbaycanlıları qürurlandırmaqla yanaşı, tədbir iştirakçılarının hər birinin sevincinə səbəb oldu.

 

Qarabağdan Türk dünyasına salam var!

 

Ümumiyyətlə, tədbir boyunca azərbaycanlı olduğumuz üçün bir daha, təkrarən fəxr etdiyimiz anları dəfələrlə yaşadıq. Məsələn, mədəniyyət nazirimiz Anar Kərimovun çıxışı həmin qürurlu anlardan biri idi. Çıxışına qonaqları salamlayaraq başlayan nazir, festivalın 2023-cü ildə Şuşada keçiriləcəyi xəbərini təsdiqlədi: "Əziz qonaqlar, hamınızı Azərbaycandan, türk dünyasının zəfəri olan Qarabağdan - Şuşadan salamlayıram. Mən bu festivalın keçirilməsinə dəvətinə görə, qardaş Türkiyənin Mədəniyyət Nazirliyinə şəxsən cənab nazirə dərin təşəkkürümü bildirirəm. Bu festivalın çox böyük önəmi var. Festival bizim ortaq tariximizi, adət-ənənələrimizi, mədəniyyətimizi, dəyərlərimizi tək türk dünyasında deyil, eyni zamanda, beynəlxalq səviyyədə tanıdılmasına böyük vasitə olacaq. Bu səbəbdən, belə təşəbbüsün həyata keçirilməsinə görə, hamınıza təşəkkürümü bildirirəm. Festivala uğurlar arzu edirəm. Hər birinizi 2023-ci ildə Şuşada - Qarabağımızda gözləyirik. Yaşasın türk dünyası, yaşasın birliyimiz".

 

Möhtəşəm qələbənin sahibi, dünyaya türkün gücünü göstərən şanlı xalqın nümayəndəsi kimi belə bir böyük dünyanın nəzərində olan tədbirdə bir daha qələbənin dilləndirilməsi, Qarabağın, Şuşanın adlarının çəkilməsi fəxr hissinin ən ülvisini yaşadırdı biz azərbaycanlılara. O hisslə gah gözümüz dolur, gah üzümüz gülür, gah da ovcumuz qızarana qədər alqışlayırdıq. Sanki bizimlə eyni zalda oturanlara, kameralar vasitəsiylə bu tədbiri izləyən bütün Türk dünyasına bəşəriyyətə "o qalib xalq bizik, biz azərbaycanlıyıq!" demək istəyirdik. Çünki azərbaycanlı olduğumuzu bilən hər kəsin, başqa ölkələrdən olan həmsöhbətlərimizin gözündəki parıltını, qibtəni görə bilirdik.

 

Daha bir növbəti qürur dolu anımız türk mədəniyyəti incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya "Şərəf mükafatı"nın təqdim olunduğu an idi. Mükafatı Türkiyənin mədəniyyət turizm naziri Mehmet Nuri Ersoy təqdim etdi. Arzu Əliyeva Bakı Media Mərkəzini bu yüksək mükafata layiq gördüklərinə görə festival rəhbərliyinə təşəkkürünü bildirdi. O da türk elinə Qarabağdan salam gətirmişdi: "Azərbaycandan ən xoş arzuları sizə çatdırıram. Bu yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Festivalda təqdim olunan "BİZ" filmi Qarabağ Zəfərinə həsr olunub.

 

"Qorqud Ata" mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərir. Yaşasın, Türkiyə-Azərbaycan birliyi, Qarabağ Azərbaycandır!"

 

Daha sonra bir-birinin ardınca Festivalın sənədli bədii film kateqoriyalarında mükafatları təqdim edildi. "Ən yaxşı bədii film" mükafatı azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filminə verildi. Həmçinin, gecədə təqdim olunan Qarabağ müharibəsinə həsr olunmuş "BİZ" filmi auditoriyanın böyük marağına səbəb oldu. Bunlar da bizim o gecədəki növbəti qürur dolu anlarımız idi.

 

 

 

Qarışıqlığın harmoniyası...

Keçmişə səyahət...

 

12 noyabrın yaşatdığı sehrli duyğularla İstanbuldakı növbəti səhərimizi - 13 noyabr günəşini qarşıladıq. Günəş demişkən, noyabr ayı olmasına baxmayaraq, biz gələndən İstanbulun başı üzərindən günəş öz isti şüalarını heç əksik etmir. Səfərimizə maneə yaratmadığı üçün biz minnətdarlıqla gülümsəyirik ona.

 

Bu günü İstanbuldan ayrılmadan öncə gəzməyə sərf etmək fikrindəyik. Bu məqsədlə çıxırıq Eminönü meydanına. İstanbulun əsas özəlliyi səs-küyüdür yəqin ki. Küçələrində insan çoxluğundan rahat gəzmək mümkün deyil. Onsuz da 18 milyondan çox əhalisi olan şəhərə ilin bütün fəsillərində turist axını olduğundan bu rəqəm daha da artır. Eminönüİstanbulun səs-küylü, qələbəlik caddələrindən biridir. Buradan sonra məşhur Taksim meydanına gedirik. Taksim meydanını ötən gün axşam qaranlığında gəzmişdik. Bu gün isə günəş işığında daha rahat görmək imkanı qazanırıq. Burdakı Atatürk və silahdaşlarının heykəli hər kəsin diqqətini cəlb edir.

 

Taksimdə gəzərkən İstiqlal caddəsində Sent Antuan Katolik kilsəsini də ziyarət etmədən keçmirik. 13-cü əsrə aid bu kilsə İstanbulun ən böyük katolik kilsəsidir. Burada da insan əlindən tərpənmək müşgül işdir.

 

Kilsənin içərisini də ziyarət etdikdən sonra payi-piyada üz tuturuq məşhur Qalata körpüsüQalata qülləsinə tərəf. Sözsüz, İstanbul deyəndə ilk yada düşənlərdəndir Qalata. Körpüinsanla doludur. Sol tərəfdə yan-yana düzülmüş balıqçılar boğaza atdıqları tilovların başında dayanıb balıq qismətlərini gözləyirlər.

 

Budur, qarşımızda dünyanın ən qədim qüllələrindən olan Qalata qülləsi ucalıb. İstanbulun Qalata səmtində yerləşən bu əsrarəngiz abidə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildən inşa olunmağa başlayıb. Tarixin müxtəlif dövrlərində başına fərqli-fərqli olaylar gələn Qalatanın bu gün mövcud olan qülləsi 1445-1446-cı illərdə yüksəldilib. Hazırda Qalata qülləsi İstanbula gələn turistlərin ziyarət etdikləri ilk məkandır. Bizbu memarlıq abidəsini ziyarətdən sonra üzü Misir çarşısına doğru yol alırıq.

 

Misir çarşısı Eminönüdəki Yeni Caminin arxasında yerləşir. İstanbulun ən qədim qapalı çarşılarından biridir. Burada daha çox ədviyyatlar, şirniyyatlar, Türkiyənin tarixinə aid hədiyyəlik əşyalar satılır. Əvvəllər Yeni çarşı və Validə çarşısı olaraq da bilinən bu çarşı, rəvayətə görə, Misirdən alınan vergilərlə inşa edildiyindən 18-ci əsrdən etibarən bu gün bilinən adıyla adlanmağa başlayıb.

 

Əlbəttə, İstanbulda çarşıdan danışırsansa, dünyanın ən qədim və ən böyük qapalı çarşısını görməmək olmazdı. Bizimyolumuz Qapalı çarşıya doğrudur. 22 ədəd qapısı olan bu qədim çarşıda 64 prospekt, küçə və 16 xan var. Qapalı çarşını "şəhər içərisində şəhər" də adlandırmaq olar. Bu möhtəşəm bazarda siz günlük ehtiyaclarınızdan əlavə, Türkiyəyə xas ədviyyatlar, şirniyyatlar, antikvar əşyalar, əl işləri, hədiyyəliklər, xalça, kilim, kəlağayı və sairtapa bilərsiniz. Biz də Türkiyədəki önəmli alış-verişimizi məhz buraya saxlamışdıq. Çarşının dükanlarını gəzdikcə qədimdən qorunub saxlanan adət-ənənə, keçmişin izləri sanki tarixdə zaman səyahəti etmənizə səbəb olur. Həm Misir çarşısında, həm də Qapalı çarşıda özünüzü 17-18 əsr Osmanlısında hiss edəcəyinizə əminəm.

 

Dörd günlük İstanbul səfərimizin sonunu axşamın qaranlığında möhtəşəm Boğaz gəzintisiylə yekunlaşdırırıq. Gəmiylə boğazın suları üzərindən keçərkən sahildən ulduz kimi sayrışan işıqlar, möhtəşəm tikililər, villalar, qədim tarixi binalar İstanbulun müasirliyin içərisindəki köhnəliyini ən gözəl şəkildə nümayiş etdirirdi. Bir İstanbul nağılının daha sonuna yaxınlaşarkən bu möcüzəvi şəhərin danışdıqlarımız və danışmadıqlarımızla ruhumuza nəqş etdiyi duyğuların hələ uzun müddət bizimlə olacağının yaxşı fərqində idik...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 20 noyabr.- S.12.