Ağdam - tarixin güzgüsündə
Qarabağın
ağ incisi haqqında qaynaqlar nə deyir ...
Ağdamın
azadlığa qovuşmasından bir il keçir. Azərbaycanın müzəffər
ordusunun rəşadəti nəticəsində
torpaqlarımız azad olunandan sonra Ermənistan hökuməti
9 noyabr 2020-ci il Bəyənnaməsini -
kapituliyasiya aktını imzalayaraq Ağdam rayonunu öz
gerçək sahiblərinə geri qaytarmalı oldu. Tarixlər boyu öz strateji və geosiyasi əhəmiyyətinə
görə Qarabağ bölgəsinin olduqca əhəmiyyətli
hissəsi olan Ağdamın düşmən
işğalından azad olunması olduqca əhəmiyyətli
hadisə idi. Bir il öncə Ağdam düşmən
işğalından azad olunsa da, təəssüflər olsun
ki, erməni vandalizminin 30 illik vəhşilikləri nəticəsində
bu ərazilər yerlə yeksan edilmiş, yüz illər boyu
Azərbaycanın sivilizasi mərkəzlərindən biri,
siyasi və mədəniyyət beşiyi olan bu məkanın
yalnız xarabalıqları qalıb...
Tarix boyu Qarabağ bölgəsi və bu bölgənin
siyasi və mədəniyyət mərkəzlərindən
biri olan Ağdam siyasi, iqtisadi və strateji baxımdan olduqca əhəmiyyətli
məkanlardandı. Strateji əhəmiyyət daşıyan
bu ərazilər zəngin ticarət karvanlarının, əzəmətli
orduların, diplomatik elçilik heyətlərinin, səyyahların
diqqət mərkəzində olmuş, bir çox tarixi və
ədəbi əsərlərin mövzusuna çevrilib.
Qaynaqlarda Qarabağın ağ incisi
Ağdam haqqında verilən məlumatlar bölgənin
tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.
Tarixi qaynaqlar Ağdam bölgəsi və bu
bölgənin siyasi və mədəni həyatı
haqqında olduqca əhəmiyyətli məlumatlar verməkdədir.
Tədqiqatçıların qənaətinə görə,
“Ağdam” sözünün mənası qədim türk
dilində “kiçik qala” mənasını verir.
Bəzi tədqiqatçılar
isə “Qarabağnamələr”ə əsaslanaraq “Ağdam”
toponiminin mənasını XVIII əsrin birinci
yarısında Qarabağlı Pənahəli xanın bu şəhərdə
ağ daşdan tikdirdiyi imarətlə əlaqələndirərək,
həmin imarətin uzun müddət ətraf kəndlərin
sakinləri üçün bir növ oriyentirə
çevrildiyini, “Ağdam”ın – günəş
şüaları ilə nurlanmış işıqlı,
ağ ev mənasını ifədə etdiyini yazırlar.
Pənahəli xanın Ağdamda böyük bir imarətinin
olması haqqında Mirzə Camal Cavanşir özünün
“Qarabağ tarixi” əsərində də məlumat verir. Müəllif yazır: “Mərhum
Pənah xan az bir müddət Kərim xanın paytaxtı îlan Şirazda qaldıqdan sînra əcəli
çatıb Şirazda Allahın rəhmətinə gåtdi.
Cənazəsini böyük hörmətlə
Qarabağa gətirib, indi Ağdam adı ilə məşhur îlan, özünün
satın aldığı halal mülkündə dəfn åtdilər. Allah îna rəhmət åləsin”.
Bu məlumatı
Həsənəli Qaradaği özünün 1880-ci ildə qələmə
aldığı “Qarabağ vilayətinin qədim
və cədid keyfiyyət və övzaları, Pənah xan,
İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin
əksər vəqaye və hekayətləri” adlı əsərində
belə şərh edir: “Pənah xanın əsil və nəsəbi
Cavanşir Dizaq elindən və Sarıcalı
oymağındandır ki, əyyami-sabiqdə Türküstan məmləkətindən
gəlibdir. Mirzə Adıgözəl belə rəvayət
edir ki, Pənah xanın əsil-nəsəbi Arqun xan
Çingizə yetişib. Belə ki,
dudmani-Çingiziyyənin padşahlığı
dağıldıqdan sonra o nəsildən biri
Gürcüstanın Lori qalasına gəlib gizli
yaşayır. Gəncə
xanlarının işləri tərəqqi edən zaman isə
gəlib Gəncədə xidmət edirmiş. Sonradan daha o xanlara xidmət etmək istəməyib
Qarabağa gəlir və Cavanşir oymağında olur.
Burada yaxşı dövlət qazanır. Bir oğlu olur, çox gözəl, adını
Əli qoyur. Bunu çox sevərmiş.
Və Sarıca Əli deyərmiş. Burada dövləti, naxırı, sürüsü,
çoban və nökər, muzdurları artırıb bir
böyük oba olurlar. Bu obanın
adını o vaxtdan Sarıca Əli (Ağdamın
Sarıcalı kəndi) qoyurlar. Pənah
xan həmin bu nəsildən əmələ gəlmişdir.
Pənah xanın atasının adı
İbrahimxəlil ağa imiş. Bu
İbrahimxəlil ağanın Ağdamda tağbənd
damı varmış. Damın üstü
ağ olduğu üçün, yer Ağdam adını bu
damdan götürmüşdür”. Həsənəli
Qaradağinin verdiyi məlumatdan bu qənaətə gəlmək
olur ki, Ağdamda ağ daşdan tikilən
imarəti Pənahəli xan deyil, onun atası İbrahimxəlil
ağa tikdirmişdir.
Digər bir ehtimala görə, Ağdam sözü Aquen
(Aluen) yaşayış məskənin adının zamanla dəyişmiş
formasıdır. Qarabağ tarixinin görkəmli tədqiqatçılarından
biri Rəşid Göyüşova istinad etsək,
bütün tarixi ədəbiyyatda Aquenin indiki Ağdam rayonu ərazisində
olduğu göstərilir.
Ağdam
toponiminin ilkin forması hesab olunan Aquen (Aluen) haqqında erkən
orta əsr Alban tarixçisi Musa Kalankatuklu “Alban tarixi” əsərində
yazır: “Albaniya çarı Vaçaqanın hakimiyyəti
dövründə əyanlar, keşişlər, rəiyyət
arasında çoxlu mübahisələr baş verirdi. Buna
görə çar qərara gəldi ki, Aquendə
böyük məclis çağırılsın... Mən
Albaniya çarı Vaçaqan və Bərdənin baş
yepiskopu Şulhalişo, Qəbələnin yepiskopu Manase, Uti
vilayətinin yepiskopu Sahaq, Kalankatuk kəndinin keşişi
İosif... və başqaları hamılıqla mənim məclisimə
- Aquen adlı yaylağıma gəldilər”.
Bəzi tədqiqatçılar
Ağdam ərazisində yerləşən erkən orta əsr
şəhərlərindən biri olan Govurqalanın
yaxınlığında yerləşən “Əlvənd”
adlı dərənin Aluen sözünün qismən dəyişilmiş
forması olduğunu qeyd edirlər.
Araşdırmalarına
görə, Aquen (Aluen) yaşayış məskəni X-XI əsrlərə
qədər tarix səhnəsində mövcud olub və
sonralar mənbələrdə şəhərin həm
özü, həm də adı haqqında heç bir məlumat
verilməyib: “Bu da onunla bağlıdır ki, artıq şəhər
Xaçın çayı sahilində deyil, başqa bir ərazidə,
Qarqar çayı yaxınlığında bina edilmişdi. Artıq şəhərin adı Aquen deyil, Ağdam
olmuşdu”.
Xüsusilə
vurğulamaq lazımdır ki, 498-ci ildə Ağdam bölgəsində
keçirilən Aquen məclisində erkən orta əsr Azərbaycan
dövləti olan Albaniyanın siyasi, sosial-iqtisadi və dini-mənəvi
həyatında olduqca əhəmiyyətli qanunlar qəbul
olunmuş, bu qanunlar ölkənin ictimai-siyasi həyatında
nəzərəçarpacaq dərəcədə nizam
yaratmışdı. Həmçinin bu mötəbər
məclisin bu bölgədə keçirilməsi,
Ağdamın erkən orta əsrlər dövründə
strateji əhəmiyyətindən xəbər verir.
Orta əsr mənbələrində Ağdam haqqında
geniş məlumatlara rast gəlinməsə də, bəzi
qaynaqlarda “Ağdam” toponiminə epizodik olaraq rast gəlinir. XV əsr
tarixçisi Nizaməddin Şaminin “Zəfərnamə” əsərində
Əmir Teymurun yürüşü vaxtı Qarabağda
dayandığı məntəqələrdən birinin də
Ağdam olduğu əks olunmuşdur. Mənbədə
qeyd olunur ki, “Əmir Teymur Dərbənd qalasını təmir
edib möhkəm bir hala gətirilməsi üçün əmr
verdi. Oradan qayıdaraq
Şirvana gəldi. Buranın məliki əvvəldən
adı çəkilən Şeyx İbrahim idi. Səfərlərdə çox böyük mərdlik
və fədakarlıq göstərdiyindən Əmirin
iltifatına məzhər oldu. Əmir
şərəfinə toylar etdi, sonra da oradan köçərək
Kür çayının kənarına gəlib orada
dayandı. Əmir Şeyx İbrahimə
çoxlu ənamlarla ehsanlarda bulundu. Xələtlər,
qızıl, ziynət şeyləri, papaq, kəmər verdi və vilayətin idarəsini
keçmişdə olduğu kimi özünə
tapşırdı. Bir neçə gün orada istirahət
etdikdən sonra, oradan köçüb Ağdama gəldi...” Mənbədə verilən məlumatdan bu qənaətə
gəlmək olar ki, Əmir Teymurun qərb istiqamətində
yürüşləri dövründə Qarabağda hərbi
düşərgə saldığı yerlərdən biri də
Ağdam olub.
Orta əsrlər dövrü qaynaqlarında verilən bu
məlumatlardan aydın olur ki, Ağdam strateji əhəmiyyətli
bölgə kimi XVIII əsrdən daha əvvəllər Qarabağın
siyasi və mədəni həyatında əhəmiyyətli
rol oynamışdı.
Tarixi qaynaqlarda Ağdamın sosial-iqtisadi həyatı, memarlıq abidələri və tikililəri haqqında da əhəmiyyətli məlumatlar vardır. Mirzə Camal Cavanşir öz əsərində Ağdamın sosial-iqtisadi həyatını təsvir edərək yazır: “Qarabağ xanlığında iri måyvə bağları xana, xan nəslindən îlanlara və bəylərə məxsus idi. Ağdamda Qarabağ xanına yåddi bağ - Güllü bağ, Ərikli bağ, Kətan bağı, Çirayuş bağı, Bala bağ, Barlı bağ və Narlı bağ məxsus idi. Sînuncu iki bağ istisna îlmaqla, qalanları xan tərəfindən iltizama vårilirdi. Xanların ata-babalarının dəfn îlunduqları Barlı bağ və Narlı bağın bütün məhsulu, Pənahəli xanın vəsiyyəti üzrə, satılmır, xåyrat, åhsan kimi havayı camaata paylanılırdı. Bağbanlar kəndindəki iri måyvə bağları da xana məxsus idi. Kəndin adamları bu bağları båcərməyə, qîrumağa və səliqəli saxlamağa bîrclu idilər...”
Müəllif həmçinin qeyd edir ki, “Bağbanlar kəndində xan sarayı, at tövləsi, hamam, buzxana və başqa tikililər var idi. Fåîdalların bîstanları da kəndlilər tərəfindən båcərilir və qîrunurdu. İbrahimxəlil xana məxsus îlan Hindarxı kəndindəki bîstanlardan kəndin sakinləri hər il xana 50 tay qîvun-qarpız gətirirdilər...”
“Qarabağnamələr”də İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın Ağdamda apardığı abadlıq işləri haqqında maraqlı məlumatlar vardır. Bu mənbələrdə qeyd olunur ki, “Mərhum İbrahimxəlil xanın Qarabağda apardığı tikinti-abadlıq işlərindən biri də Ağdam bağının hasarı və oranın böyük günbəzləridir. Bu günbəzlər mərhum Pənah xanın və onun vəfat etmiş başqa övladlarının qəbirlərinin üzərində tikilmişdir. Orada qəşəng otaqlar, imarətlər və böyük üstüörtülü bazar tikilmişdir. Bura mərhum Pənah xanın və atası İbrahimxəlil ağanın qədim ocağı idi. Evləri yonulmuş daşdan tikilib, səqfi taqbənd idi. Ağa Məhəmməd şah burada ordu qurduğu və Tiflis şəhərinə getdiyi zaman evləri və günbəzləri xarab etmişdi. Rəhmətlik İbrahim xanın oğlu və varisi mərhum general-mayor Mehdiqulu xan o yerləri yenidən təmir edib əvvəlkindən daha zinətli bir şəklə saldı...”
Tarixi qaynaqlarda verilən bu məlumatlar bir daha deməyə əsas verir ki, zaman-zaman Ağdam bölgəsi Qarabağın siyasi, iqtisadi və mədəni həyatında olduqca əhəmiyyətli rol oynayan bölgələrindən biri olmuşdur.
Artıq İkinci Qarabağ müharibəsi
sona çatıb, torpaqlarımız düşmən
işğalından azad edilib. Qarabağda başlanan
böyük quruculuq və abadlıq işləri
Ağdamın da tarixi, mədəni və mənəvi
görkəminin bərpa olunmasına səbəb olacaq. Beləliklə,
tarixən Qarabağın ağ incisi hesab olunan Ağdam
bölgəsi, nəinki Qarabağın, bütün Azərbaycanın
siyasi və mədəniyyət incisinə çevriləcək.
Mübariz
AĞALARLI
AMEA-nın
Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun
dosenti
525-ci qəzet.- 2021.- 20 noyabr.- S.10.