"Bütün yollar Şuşaya
aparır" kitabı təqdim olundu
Noyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin
(AYB) Natəvan klubunda
"aybKitab" layihəsinin
nəşri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar
(MİMTA) Fondunun dəstəyilə
çap olunan "Bütün yollar Şuşaya aparır"
kitabının təqdimat
mərasimi keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin aparıcılıq
etdiyi tədbirdəki
çıxışında qurumun rəhbəri Xalq yazıçısı
Anar kitabla bağlı düşüncə
və təəssüratlarını
bölüşüb, Zəfər
bayramı münasibətilə
iştirakçıları bir daha təbrik
edib: "Bilirsiniz ki, bura Natəvan
klubudur, mən hesab edirəm ki, Natəvanın bu gün ruhu
şaddır, ona görə ki, bu gün Şuşa
azaddır".
Qeyd edilib ki, kitabda Vaqif
Poeziya Günlərindəki
çıxışlar, oxunan
şeirlər, həmçinin,
həmin günlər
barədə yazılan
məqalələr, reportajlar,
poetik təəssüratlar
toplanıb.
Xalq şairi Nəriman Həsənzadə çıxış
edərək deyib:
"Mənə 1982-ci ildə
Şuşa şəhərində Molla
Pənah Vaqifin məzarı üzərində
ucaldılmış əzəmətli
məqbərənin açılış
mərasimində iştirak
etmək nəsib olub. O vaxt təntənəli
mərasimin açılışına
Ulu öndər üzvləri ilə bərabər, mədəniyyət
və incəsənət
xadimlərinin böyük
bir qrupunu da aparmışdı. 39 il sonra
Ulu öndərin layiqli varisi, Prezident İlham Əliyev qalib sərkərdə kimi Şuşaya səfər etdi. Həmin görüntüləri izləyəndə çox
kövrəldim. Açılış tədbirini bir daha xatırladım, sanki o günü yenidən yaşadım.
Biz bu dəqiqə
qalib xalqın ruhunda danışırıq.
Cənab
Prezidentimiz həmişə
bizim yanımızdadır,
biz də onun yanındayıq. Mən bu
kitabda əməyi keçən hər kəsə təşəkkür
edirəm".
AYB-nin katibi, kitabın
ideya müəllifi Elçin Hüseynbəyli
nəşrlə bağlı
fikrin Şuşada yarandığını deyib:
"Hələ Şuşada
ikən qələm
dostlarımız Şuşa
haqqında yazılar yazacaqlarını deyirdilər.
Gördüm ki, artıq ən az 10 yazıçının
Şuşa haqda yazısı az qala hazırdır. Orda Fərid Hüseynlə söhbətdə qərara
aldıq ki, bu yazıları kitab halında toplayaq. Birliyin sədri Anar
müəllim də fikrimizi dəstəklədi
və bu cür nəfis kitab ərsəyə gəldi. Müəllifləri təbrik edir,
əməyi keçən
hər kəsə təşəkkür edirəm".
Səyyad
Aran AYB-nin ictimai həyatdakı önəmli rolundan bəhs edib, təqdimatı keçirilən
kitabı da bu faydalı fəaliyyətin növbəti
nümunəsi adlandırıb:
"Azərbaycandakı bütün
ictimai hadisələrə,
xüsusən, Qarabağla
bağlı olaylara ilkin səs verən qurumlardan biri, bəlkə də birincisi Yazıçılar Birliyidir.
Birliyin sədri, Xalq yazıçı Anarın
"Ədəbiyyat qəzeti"ndə,
"525-ci qəzet"də çap olunan yazıları bunun ən bariz nümunəsidir.
Azərbaycan yazıçıları hər zaman öndə olublar. İllər öncə bir müsahibədə jurnalist
dəyərli yazıçımız
Seyran Səxavətə
"Niyə Qarabağ
haqda çox yazılar yazılmır?"
- deyə sual vermişdi. Seyran müəllim sualı çox müdrikcəsinə cavablandırmışdı:
"Qarabağ haqda ən böyük yazını Ali Baş Komandan yazacaq. Onun başçılığıyla Qarabağ azad edildikdən sonra Azərbaycanın şair və yazıçıları
da layiqli əsərlər yazacaqlar".
Həqiqətən də böyük
Qələbəmizdən, Qarabağın
azadlığından sonra
yaranan yazılar, çap olunan kitablar onun nə
dərəcə haqlı
olduğunu göstərdi".
S.Aran kitabın adına
da diqqət çəkərək, çox
uğurlu seçim olduğunu vurğulayıb
və əlavə edib: "Bu, tarixdə qalacaq bədii sənəddir ki, yenə də öz vaxtında AYB bu hadisələrə səs verdi. Çünki AYB bütün proseslərdə
həmişə öndədir".
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktor müavini Aygün Bağırlı bu nəşri müqəddəs
kitab adlandırıb:
"Çünki mövzu
müqəddəsdir. Şuşa ruhumuzun
paytaxtıdır. Cənab Prezident
xarici mediaya müsahibəsində "Şuşasız
bizim işimiz yarımçıq qalardı"
demişdi. Sağ
olsun ordumuz ki, bu işimizi
yarımçıq qoymadı".
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan çıxışında
Şuşada doğulmuş
ictimai-siyasi xadim, böyük turançı
Əhməd bəy Ağaoğlunu xatırlayıb:
"Çox şükür
ki, bu gün
biz Şuşaya Əhməd
Ağaoğlu düşüncəsiylə
gedirik.
Quranda belə bir ayə
var: "Qədr gecəsi min aydan xeyirlidir". Bəlkə də bu ayənin təsiriylə
"əsrə bərabər
gün" ifadəsi
yaranıb. Bizim Şuşada
keçirdiyimiz günləri
məhz bu ifadə ən gözəl şəkildə
şərh edir.
Bəli,
bu, əsrə bərabər gün idi. Şükür ki, bu günü yaşamaq bizə qismət oldu".
A.Turan eyni zamanda, kitab
haqqında deyib:
"Bu, təkcə yadigar
deyil, proqram kitabdır. Gələcək romanlara mənbə
olacaq kitabdır".
MİMTA Fondunun rəhbəri Pərviz Əmirov çıxışında fondun
fəaliyyəti haqqında
geniş məlumat verib və Şuşa haqqında
belə bir kitabın çapında
fond olaraq dəstəklərini
bildirməkdən məmnunluğunu
ifadə edib, bunu vətəndaşlıq
borcu adlandırıb.
P.Əmirov fond olaraq hər
zaman mədəniyyətin
təbliğində dəstəyə
hazır olduqlarını
vurğulayıb.
Daha sonra kitabın tərtibatçısı
Fərid Hüseyn çıxış edərək
materialların toplanma
prosesindən danışıb
və kitabın önəmindən bəhs
edib.
"AybKitab" layihəsinin rəhbəri Xəyal Rza çıxışında
deyib: "Layihə çərçivəsində bu günə kimi 200-dən çox kitab çap olunub. Amma etiraf etməliyəm
ki, mənimçün
onların heç biri bu kitabı
əvəz edə bilməz. Mənimçün heç bir
yer Şuşa qədər müqəddəs
və əziz deyil". X.Rza kitabın gələcəkdə
dərs vəsaiti kimi də önəmli
ola biləcəyini
qeyd edib.
Daha sonra Yunus Oğuz, Fərid Hüseyn, Ələmdar Cabbarlı, Akif Cabbarlı, Vüsal Nuru, İbrahim İlyaslı, Vaqif Əlixanlı, Gülnarə Cəmaləddin və Şahanə Müşfiq çıxış edərək kitabın məziyyətlərindən danışıb, bu işdə zəhməti olan hər kəsə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, kitab Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxış nitqi ilə açılır.
Kitabın redaktoru və "Ön söz" müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 23 noyabr.- S.8.