Akademik İsa Həbibbəyli "Nizami Gəncəvi" medalı ilə təltif
edilib
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli
TÜRKSOY tərəfindən "Nizami Gəncəvi" medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncamı ilə qüdrətli Azərbaycan şairinin ədəbi irsinin öyrənilməsi və təbliği istiqamətində ölkədə və dünyada genişmiqyaslı işlər həyata keçirilməkdədir. Bu münasibətlə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY bir sıra mühüm əhəmiyyətli layihələri icra etməkdədir. Bu günlərdə ölkəmizdə "Nizami Gəncəvi ili" çərçivəsində keçirilən tədbirlərdə TÜRKSOY-un nəşr etdiyi "Nizamini oxuyaq" kitab-albomu Nizami Gəncəvinin dünyada təbliği istiqamətində atılmış uğurlu layihədir. TÜRKSOY eyni zamanda "Nizami Gəncəvi" medalını təsis edib.
525.az xəbər verir ki, bu günlərdə Muğam mərkəzində keçirilən
tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən
medallar təqdim olunub.
"Nizami Gəncəvi ili"ndə xidmətlərinə
görə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli "Nizami
Gəncəvi" medalı ilə təltif olunub.
Akademik İsa Həbibbəyli TÜRKSOY-un
Türk xalqlarının mədəniyyətinin
dünyada tanıdılmasında mühüm xidmətlər göstərdiyini bildirib və qeyd edib ki, "Nizami Gəncəvi ili"
çərçivəsində Düsen Kaseinovun rəhbərlik etdiyi
təşkilatın fəaliyyəti, nəşr etdiyi "Nizamini oxuyaq" kitabı yüksək qiymətə
malikdir. Eyni zamanda akademik İsa Həbibbəyli "Nizami
Gəncəvi" medalı ilə təltif etdiklərinə
görə TÜRKSOY-a və onun baş katibi
Düsen Kaseinova öz dərin minnətdarlığını
bildirib.
525-ci qəzet.- 2021.- 25 noyabr.- S.6.