"Azərbaycan kimi gözəl bir ölkədə doğulmaq biz yeniyetmələr üçün böyük şansdır"

Bizim gələcək

 

Şəms Tuncay bacı-qardaşdır. Şəmsin 12, Tuncayın 11 yaşı var. Hər ikisi hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təhsil alırlar. Onlar eyni zamanda şahmat musiqi ilə yaxından maraqlanırlar. Həm bu, həm ənənəvi təhsildəki fəallıqlarına, iti zəkalarına görə fərqlənirlər.

Şəms Tuncayın timsalındakı bacarıqlı, istedadlı yeniyetmələr Azərbaycanın gələcəyidirlər. Elə bizim onlarla bugünkü söhbətimizin səbəbi həm budur...

 

***

 

- Ənənəvi təhsillə yanaşı siz bacı-qardaş olaraq hər ikiniz şahmat, rəsm musiqi ilə məşğul olursunuz. Bu sahələrə sizdə maraq necə yaranıb?

Şəms: Körpəlikdən mənə qardaşıma müxtəlif ölkələrdən hədiyyə olaraq gətirilmiş kiçik musiqi alətləri bizim musiqiyə, boyama kitabları müxtəlif rəssamlıq alətləri rəsm çəkməyə, uşaqların zehni intellektual inkişafı üçün faydalı olan oyunlar kitabçalar isə şahmata olan həvəsimizi formalaşdırdı. Həm uşaqlıqdan evdə dinlənilən dünya klassik musiqi əsərlərinin sədaları hər zaman qulağımdadır. Balaca olarkən ilk baletlə məşğul oldum. Sonradan isə həvəs, bilik, qabiliyyətlərimiz nəzərə alınaraq qardaşımla DTX Mədəniyyət Mərkəzinin şahmat, rəsm Mərkəzin nəzdində fəaliyyət göstərən Orta musiqi məktəbinin skripka şöbəsinə qəbul olduq.

Tuncay: Bu sahələrə marağımın yaranmasına kömək edən məncə evdə körpəlikdən eşitdiyim piano sədaları, bir çox ölkələrdən bizim üçün hədiyyə kimi alınan müxtəlif musiqi alətləri oldu. Eyni zamanda uşaqların zehni inkişafı üçün faydalı sayılan intellektual oyunlar kitabçalar mənim musiqi, şahmat rəsmə olan marağımı formalaşdırdı.

İdmana olan böyük həvəsim isə musiqili Braziliya döyüş sənəti olan kapoeyrayla başlayıb. Sonradan isə ailəmin dəstəyi ilə daha ciddi davamlı olaraq şahmat, rəsm musiqiyə olan həvəsimi biliklərimi inkişaf etdirməyə qərar verdim. Artıq uzun illərdir DTX Mədəniyyət Mərkəzinin ən fəal istedadlı üzvlərindən sayılmaqla, Mərkəzin orta musiqi məktəbinin skripka aləti üzrə şagirdiyəm.

 

- İndiyədək müsabiqə ya yarışlarda iştirak etmisinizmi?

 

Şəms: Böyük fəxr hissi ilə qeyd edirəm ki, ötən illər ərzində şahmat rəssamlıq üzrə ölkədaxilində təşkil olunan bir sıra turnir sərgilərin mütəmadi şəkildə fəal iştirakçısı olmuşam. Həmin yarışlarda bir çox diplom, sertifikat həvəsləndirici yaddaqalan mükafatlara layiq görülmüşəm.

Tuncay: Mən bacım kimi ötən illər ərzində şahmat rəsmdən Mərkəzimizdə ölkəmizdə keçirilən turnir sərgilərin daimi, fəal iştirakçısı olmaqla bir çox diplom, hədiyyələrə layiq görülmüşəm. Bundan sonrakı hədəfim beynəlxalq şahmat turnirlərində, eyni zamanda çəkdiyim rəsmlərin beynəlxalq rəsm sərgilərində uğurla təmsil edərək ölkəmizin adının daha da ucaldılmasında faydalı olmaqdır. Yaranmış fürsətdən istifadə edərək, bacımla mənim istedadlı şahmatçı, rəssam musiqiçi kimi formalaşmağımızda böyük zəhməti olan yüksək təcrübəli pedaqoqlarımıza təşəkkürümüzü bildirir. Bizə ayırdıqları faydalı zamanı yüksək dəyərləndiririk.

- Dərslərinizi necə oxuyursunuz?

Şəms: Mən orta məktəbin 7-ci sinfində təhsil alıram. Ailəmizdəki yüksək tələbkarlıq məsuliyyətli mühit mənimlə qardaşımın məktəbdə nümunəvi şagirdlər kimi formalaşmağımızda böyük rol oynayır. Dəqiq elmlərə olan həvəsim sonsuzdur. Bütün fənlərə həvəslə hazırlaşıram. Kimya, fizika, riyaziyyat coğrafiya isə ən sevimli fənlərim sayılır. Gündəlik dərslərdən əlavə, məktəbimizin sosial ictimai həyatında da böyük həvəslə iştirak edirəm.

Tuncay: Mən orta məktəbin 5-ci sinfində təhsil alıram. Humanitar fənlərlə yanaşı, texniki fənlərə marağım dəqiq elmlər üzrə uğurlar qazanmağımda yardımçı olur. Kompüter elmlərinə olan marağım olduqca böyükdür. Məktəbdəki çalışqanlığım aktivliyim mənim sinif əlaçısı olmağımla bərabər nümunəvi şagird kimi tanıdır. Gündəlik dərslərdən əlavə olaraq məktəbin sosial ictimai həyatında da yaxından iştirak edirəm. Məktəb illərimin belə yaddaqalan olmasında hərtərəfli yüksək intellektual şagird kimi formalaşmağımda orta məktəb müəllimlərimin yüksək səyləri danılmazdır.

Mən müəllimlərimin üzərimdə olan əziyyətlərini yüksək dəyərləndirir, layiqli nümunəvi şagird olmağa çalışıram.

- Sizin timsalınızda yeniyetmə azərbaycanlıların gələcək üçün məqsədi nədir?

 

Şəms: Düşünürəm ki, Azərbaycan kimi milli-mənəvi yüksək ailə dəyərləri olan gözəl bir ölkədə doğulmaq biz yeniyetmə gənclər üçün böyük bir şansdır. İnsan müstəqil olduqdan sonra istənilən başqa bir yerdə yaşaya, təhsilinin növbəti pilləsini davam etdirə ya geniş karyera imkanlarından yararlana bilər. Mən qardaşım da orta məktəbi bitirdikdən sonra yüksək ali təhsilimizi dünyanın nüfuzlu universitetlərində davam etdirməklə, qazanacağımız elmi təcrübəsi ilə dövlətimizə ölkəmizə daha çox faydalı olmağı qarşımıza indidən məqsəd qoymuşuq.

Tuncay: Bugünkü Azərbaycan gəncliyi həyatın bütün sferalarında seçilir. Bu gün orta məktəblərdə, televiziya kanallarında, sosial mediada, ümumiyyətlə, cəmiyyətdə gənclər arasında aparılan uğurlu təbliğatın nəticəsi olaraq Azərbaycan gəncliyi hərbi vətənpərvərlik ruhunda yetişir. Tarixi Qarabağ Zəfərimiz bunun parlaq nümunəsidir. Səbirsizliklə mənim böyüyüb Azərbaycan Respublikasının vətəndaşı olaraq hərbi xidmətə yollanıb Vətənimə xidmət etməyin qürurunu yaşayacağım günü gözləyirəm.

 

- Əlavə məşğuliyyətləriniz haqqında eşitmək maraqlı olardı.

Şəms: Hazırda həvəskar olaraq onlayn şəkildə ispan dilini öyrənirəm. Bundan əlavə moda aləmində baş verən yenilikləri yaxından izləyirəm. Həftəsonları qardaşımla yaşımıza uyğun teatr tamaşalarını, film konsertləri canlı izləmək, şəhərimizdə təşkil edilən müxtəlif sərgiləri ziyarət etmək isə sevimli məşğuliyyətimizdir.

Tuncay: Artıq uzun illərdir ki, həvəskar olaraq aktiv üzgüçülük velo sürməklə məşğul oluram. Əslində bu, yazyay aylarında bacımla mənim sevimli məşğuliyyətimizdir. Eyni zamanda həftəsonları aktiv olaraq robotexnika ilə də məşğul olmağa başlamışıq. Bir şeyi fərəhlə qeyd etmək istərdim ki, Şəms və mənim ikimizə aid olan gözəl bir kitabxanamız var. Həmin kitabxanaya dünyanın müxtəlif ölkələrindən gətirilmiş maraqlı hekayə və elmi kitablar, nəşrlər daxildir. Mütəmadi olaraq kitablarımızın sayını artırırıq. Artıq uzun illərdir ki, davamlı mütaliə sayəsində ikimiz də müxtəlif dillərdə sərbəst yazı, oxu bacarıqlarımızı inkişaf etdirməklə, dünya görüşümüzün genişlənməsində bu dəyərli kitablara minnətdarıq.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2021.- 25 noyabr.- S.12.