Xatırlanmaq haqqını qazananlar: Müsəvvər paşa Kəngərli

 

1918-1920-ci illərdə Naxçıvanın müdafiəsində fəal iştirak edənlər sırasında Müsəvvər paşanın da adına rast gəlirik. 2004-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Tarix Arxivinin fondlarından birində Müsəvvər paşanın formulyar (xidmət) kitabçasını tapdıq. Bu kitabça onun Culfa gömrükxanasında xidmət etdiyi vaxtda-31 yanvar 1917-ci ildə tərtib edilib. Oradakı məlumatlardan aydın oldu ki, Müsəvvər paşa Naxçıvan əsilzadələrindən biri olan Şahbuz ağanın ailəsində 1884-cü ildə doğulub. İrəvan Kişi Gimnaziyasında təhsil alıb, amma ailə vəziyyətinə görə oranı bitirməyib. Gimnaziyanın ikinci sinfindən çıxması haqda 18 yanvar 1902-ci ildə yazılmış 49 saylı şəhadətnamə burada qeydə alınıb. Tapılan sənədlər xəbər verir ki, Müsəvvər paşa 12 noyabr 1914-cü ildə (əmr ¹210) Culfa gömrükxanasında dəftərxanada mirzə (yazı yazan) kimi işə qəbul edilib. O, dəftərxanada yaxşı işlədiyinə görə 1914-cü ilin 16 dekabrında Culfa gömrükxanasının müdirinin 230 saylı əmri ilə dövlətin həqiqi gömrük xidmətçisi kimi dəftərxanada yeni işə başlayır.

 

Layiqli xidməti müqabilində Rusiya imperatoru onu 6 dekabr 1913-cü ildə Stanislav lentli gümüş medalla təltif edir. Medalın üstündə "Xidmətinə görə" yazılmışdı. İrəvan qubernatoru 31 iyul 1914-cü ildə ¹6591 əmrlə onu yeni bir medalla təltif edir. Bu medal Romanovlar ailəsinin hökmdarlıq etməsinin 300 illiyi münasibətilə hazırlanmışdı. Açıq rəngli tuncdan olan medal , sarı qara rəngli lentlə birgə sinədə gəzdirmək üçün idi.

 

16 dekabr 1915-ci ildə Müsəvvər paşa Naxçıvan şəhər ali ibtidai məktəbin birinci dərəcəli 575 saylı şəhadətnaməsini alır.

 

Xidmət etdiyi illərdə heç bir cəza almaması haqqında məlumatdan sonra onun ailəsi ilə bağlı qeydlər vardır. Sənəddə qeyd edilib ki, o Cavad ağa Kəngərlinin qızı Kiçikbəyim xanımla ailə qurub. Onların 1902-ci ildə doğulmuş Şeydabəyim 1914-cü ildə doğulmuş Ceyranbəyim adında qızları var.

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində tapdığımız sənədlərdən məlum olur ki, 11 aprel 1925-ci ildə Naxçıvanda həbs edilənlərdən biri Müsəvvər paşa olmuşdu. 244 saylı həbs anketində onun haqqında bizə məlum olmayan məlumatlar da verilir.

 

Buradakı məlumatları yazmazdan öncə bildirək ki, Müsəvvər paşanın ilk dəfə həbs edilməsi haqqında əmr 4 aprel 1925-ci ildə M.C.Bağırovun rəhbərliyi ilə Naxçıvanda keçirilən xüsusi iclasda verilib.

 

Həmin iclasda xüsusi komissiyanın protokolunda göstərilir ki, Müsəvvər paşa (bu sənəddə adı Müzəffər ağa kimi qeyd edilib) Naxçıvan şəhərinin sakinidir. 44 yaşı vardır (yaşını yaşını düz göstərməyiblər, həmin vaxt onun 41 yaşı vardı -müəllif). Tumbul rayon icraiyyə komitəsinin hesabdarıdır. Fevral inqilabından əvvəl Ordubadda 7 il uryadnik işləyib. Varlı mülkədardır. Müsavat hökuməti zamanında Maku sərdarının batalyon komandiri olub. Onunla sıx əlaqədə olmuş onları silahla təchiz edib. 1920-ci ildən sonra sovet idarələrində işə düzəlib. "Vəzifəsindən sui-istifadə etdiyinə görə" Naxçıvan məhkəməsi onu 5 illik həbs cəzasına məhkum edib. Həmin iclas qərara alıb ki, Müsəvvər paşa həbs edilsin Naxçıvandan sürgün olunsun. Əslində burada yazılan sui-istifadə ona atılan böhtanlar idi. Çünki o da 1918-1920-ci illərdə Araz-Türk Cümhuriyyətinin döyüşçülərindən olmuşdu qohumları olan Maku sərdarından Naxçıvana silah alıb gətirənlərdən biri Müsəvvər paşa idi. Əkbər xan Naxçıvanskinin rəhbərliyi ilə Makudan silah alıb gətirirdilər ki, naxçıvanlılar erməni daşnakları ilə döyüşsünlər.

 

244 saylı həbs anketində bildirilir ki, onun həyat yoldaşı Bədirnisə xanımın 29 yaşı 5 yaşında Midhət adlı oğlu vardır. 1914-cü ildən 1920-ci ilədək Naxçıvanda gömrükxanada xidmət etmişdir.

 

1920-ci ildən 1921-ilədək Təbrizdə yaşamışdır. Burada adı çəkilən Bədirnisə xanım Əsgər ağa Kəngərlinin Məhəmməd ağa Şahtaxtlının bacısı Pəricahan xanımın qızıdır. Naxçıvanda ona "Bədri xanım" deyə müraciət edirdilər. Bir məsələyə aydınlıq gətirmək yerinə düşərdi. Naxçıvan xanlığının Vəkil (Sultan) qolunun nəsil şəcərəsini hazırlayarkən Müsəvvər paşanın varisləri onların adlarını belə yazıdırıblar. Cavad, Lətifə, Ceyran, Mütəllim, Əsgər. Göründüyü kimi, arxiv sənədlərində olan adlar bunlardan fərqlidir. Məsələn, sənəddə Midhət yazılsa da, evdə Mütəllim kimi çağırıblar sair ilaxır.

 

Onun oğlanları Mütəllim Əsgər uzun illər Naxçıvanda dövlət işlərində çalışmışlar. Burada bir haşiyə çıxmaq  istərdik. Biz tələbə olarkən Batabatdakı pioner düşərgəsində işləyirdik. O zaman musiqi müəllimi konservatoriyanın tələbəsi Müsəvvər idi. Əsgər müəllimin oğlu idi. Müsəvvər paşanın varisləri, nəvə-nəticələri bu gün Naxçıvanda maarif mədəniyyət sahəsində layiqincə çalışırlar. Ulu babaları Novruz ağa, İsmayıl ağa Şahbaz ağa ilə fəxr etdiklərindən söhbət açırlar. Novruz ağanın onun oğlu polkovnik İsmayıl ağanın Naxçıvanın hərb tarixində böyük xidmətləri var. Müsəvvər paşa da bu hərbiçilərin nəsil davamçısı idi. Naxçıvana göz dikən yağılara qarşı ancaq amansızlıqla döyüşə bilərdi. Elə belə etdi. sovet hakimiyyəti illərində kommunist daşnaklar bunun hayıfını çıxmağa çalışırdılar.

 

Müsəvvər paşa saxta böhtanların qurbanı olsa da, Naxçıvanın Azərbaycanın tərkibində qaldığını görəndə sevinirdi. Zəhmətlərinin boşa getməməsinə görə həbs və sürgünlərdən qorxmurdu. Bilirdi ki, unudulmayacaq. Vətən uğrunda döyüşənləri tarix həmişə öz səhifələrində yaşadır.

M.Rəhimoğlu

525-ci qəzet.- 2021.- 26 noyabr.- S.11.