ŞAXTALI HAVA
Qar yağır, əridir, su götürürük,
Söymürük nə tale, nə də ki baxta.
Bu, bizim ömürdür, gəl, gəl, əsgərim,
Bizim işimizdi bu iş, vəzifə,
Bizdən ötəridir bu qar, bu şaxta!
Bura elə yerdir, qar tuğyan edir,
Donur, əl də donur, ayaq da
donur...
Bura yurd sərhədi, sərhəd xəttidir,
Donub, çay
da donub, bulaq da donub.
Bir vaxt min-min qalxıb ayağa birdən,
Bir-bir, üç-üç,
beş-beş vurulmuşlarıq.
Özgə adamlarıq, elə
bilirlər,
Bir vaxt Xocalıda qırılmışlarıq.
Vətənə hər yandan keşik çəkirik,
Demirik oradı,
buradı cəbhə.
Nədi
könlümüzün muradı
- cəbhə!
Nədi
ömrümüzün bir
adı - cəbhə!
Bizim üçün məzar haradı - cəbhə!
Bizim üçün beşik haradı - cəbhə!
Qoy çıxsın çıxsa
da, hər hansı yerdən,
O necə oğul ki, yaralı olmaz.
Bizim bu torpaqdan, bizim
bu eldən,
Fərari
çıxmayıb, fərari
olmaz!
İsti
ocaq başı, öz evində də
Üşüyən bilir ki,
Nədən üşüyür.
Əsgər üşüyəndə torpaq qızınır,
Əsgər qızınanda Vətən
üşüyür!
Qoy qalsın sonraya... lap sonralara,
Hər yoldan ötəni, yetəni sevmək.
Bizim alnımızın yazısı
budur:
"Dindən, imandandı
Vətəni sevmək!"
Çoxu
elə sanır, düşmən bəlkə
də
Çoxdan ölmüş olar,
qalmaz bu vaxta!
Gəl,
hələ səngərdə
duraq əsgərim,
Aylar, sənələrlə duraq
əsgərim,
Bizdən
ötəridi bu qopan tufan,
Bizdən ötəridir bu qar, bu şaxta.
Çaşıb özgəsinə ərk
etmək olmaz,
Min-min can vermişik,
can qurtarmayıb!
Vətən səngərini tərk
etmək olmaz,
Necə
ki, qar, şaxta
tam qurtarmayıb!
KOR DÜYÜN
Yıxdı mərd igidlər
düşmən öyünü,
Kəsdi Qarabağda o Kor düyünü.
Vətən təkcə sənin
bu gördüyünmü,
Təbrizdi, Dərbənddi, Hələbdi
Vətən!
Ey şəhid oğluna süd verən anam,
Mən də bir oğlunam,
sana qurbanam.
Haqqı
var, desin ki, Azərbaycanam,
Haqqı
var, sevinsin, qalibdi Vətən!
Axır
ki, həyat da həyata döndü,
Nə varsa mərmiyə, barıta döndü.
Əriyib
dəmirlər polada döndü,
Gördülər nə gözəl
qəlibdi Vətən!
Çətin olan işi səhmandı daha,
Dərdinin özü də dərmandı daha.
Mənim
doğmamdan da doğmamdı daha,
Kim deyə bilər ki, qəribdi, Vətən!
Necə
daşa dönüb, daş oğlu daşdı
Necə heçə dönüb,
heç oğlu heçdi.
Bax, yığın yığındı,
leş oğlu, leşdi,
Elə bilirdilər, ölübdü
Vətən!
Qarabağa qılınc qurşayan
getsin,
Qurşasan qılıncı qurşa,
can getsin.
İstəyir Ağdamdan, Şuşaya
getsin,
Barat, dur, qarşıla, gəlibdi Vətən!
ƏSGƏRƏ MƏKTUB
Əsgərim, bilirəm hardasan
indi,
Hansı
sərhəddəsə...
hardasa, öndə!
Mən də qızınıram sən qızınanda,
Mən də üşüyürəm
sən üşüyəndə!
"Düşmən can desə
də, düşməndir
yenə".
Qılınc çəkilidi... qın açılıdı.
O günü burnumdan qan açılmışdı,
Eşitdim, yarandan qan açılıbmış.
Sən öz vüqarını əyməyirsən ki,
O uca boyuntək boyumuz olsun.
Mən də çalışıram,
mən də qaçıram,
Çörəyimiz olsun, suyumuz olsun!
Hansı
vicdansızsa deyir bəlkə də,
Niyə tam yaz olmur... hələ
qışdayıq.
Fərqimiz o qədər deyil
bəlkə də,
Eyni döyüşdəyik,
eyni işdəyik.
Sərhəd kəndi idi bizim kəndimiz,
Düzdü, əlim yetmir mənim hələ də...
Qapısın açarsan öz
qapın kimi,
Sən allah, gedərsən
bizim evə də!
Evlərin içində evlərin
şahı,
O ürəyim evdi, o gözüm evdi.
"Xarıbülbül" oxur
görsən daşında,
Ondan tanıyarsan, o, bizim evdi!
Vətən sərhədini sən
qoru, oğlum,
Qoru duzumla da, çörəyimlə
də.
Sənə göndərəcəm Günəşdən, sənə,
Nə od, isti
varsa ev-eşiyimdə,
Nə od, isti
varsa ürəyimdə
də!
DOĞANAQ
(Nəvəm Ayxana)
Düşmən "Boğazın üzərəm",
Derkən,
denən, sən də oğul...
Doğanaqdan keçir hökmən,
Örkən! - denən, sən də oğul!
Qoy söyləsin yalan-palan,
Oymuş guya fələk-filan.
İtməz babalardan qalan,
Görkəm, denən, sən
də oğul!
Desə
mil çəkəcəm yenə,
Tutub sənin
gözlərinə.
Bəsdi
gəlsə üzərinə
Kölgəm, - denən, sən
də oğul!
Dədənə Boz qurd deyiblər,
Ya Dədə
Qorqud deyiblər.
Hər qarışa
yurd deyiblər.
Ölkəm! - denən, sən də oğul!
Allahdan düşən sayəsən,
Qurandan olan ayəsən.
Düşmən deyir: "Mən
hayesəm",
"Türkəm!" - denən, sən də oğul!
BAYRAM
Bu il bayram
edəcək,
Yasda idi haçandan.
Görəcək Şuşadadı
Xarıbülbül açanda!
O da itkin düşmüşdü,
O da qaçqın olmuşdu.
Peşiman etmişdilər,
Açmamışdan solmuşdu.
Yenə
bayram gələcək,
Görəcəklər, görəcək,
Adam haraya gedər?!
Adam Şuşaya gedir,
Şuşa Ağdama gəlir,
Ağdam Şuşaya gedir.
Belə hara boylanır.
Durub İsa bulağı
"Təbriz yoldadır"
deyir.
Könlümə qonaq gəlir,
Dəniz yoldadır", deyir.
Durnalar da getməyib,
Enəcək göy üzündən.
Şeir
oxuyacaqdır
Vaqif Cıdır düzündə!
Qayıdıb öz yurduna,
Ağa, Bəyim
gələcək.
İrandakı qəbrindən,
Ağabəyim gələcək!
Qara bağlamayacaq
Bir çiçəyin
sözləri.
Daha ağlamayacaq
Natəvanın gözləri!
Üzeyir
bəylə Bülbül
Gəlib
belə deyəcək:
"Sənsiz" öldük,
ay Şuşa!
Ta "Sənsiz" mahnısı
da
Sənli
oldu, ay Şuşa!
O bayrama gələcək
Hər kəsin gözü-könlü,
Yarı
- bir gül əlində!
Nə xoşdu qalmaq, Allah,
O "Xarıbülbül"gildə.
Nə xoşdu olmaq, Allah,
Olanda yarı bülbül
Yarı
bir gül... əlində!
QİBTƏ
Mən ürəyə deyəydim
Gərək hər bir sözümü,
O başa deyənəcən,
Bu başa deyənəcən!
İsmarıc yollayaydım
Bahara durnalardan,
O qışa yalvarınca,
Bu qışa deyənəcən!
Sanki əsrlər keçdi,
Gəldi
fəsillər keçdi,
Dərdimi o qayaya,
Bu daşa deyənəcən!
Düşməni yerə gömüb,
Siz Şuşanı aldınız,
İgidlər, bir yol dinib
Mən Şuşa deyənəcən!
Məni
də götürün
bir,
Nolar, qanadınıza!
Baxdım
quş olmuşsunuz,
Mən quşa deyənəcən!
Qarabağ elə yanıb,
Dağlar,
daşlar su istər,
Su gözümdən töküldü
Yağışa deyənəcən!
ONLAR
Qanlı-qanlı cəhbələri gördülər,
Başlar üstdə şimşək-şimşək
çaxdılar.
İgid-igid - döyüşlərə girdilər,
Şəhid-şəhid - zirvələrə
çıxdılar.
Şirin-şirin canlarından keçdilər,
Verib-verib
torpağa can, daşa
can.
Dönə-dönə əlimizdən tutdular,
Deyə-deyə torpağa "can", "daşa", "can!"
Qoymadılar Vətən qalsın
pis gündə,
Hər birinin varmış bir yox, min dərdi.
Yaraşaraq bu torpağın
üstünə,
Altını da yaraşığa mindirdi.
Qayasına dırmandılar Şuşanın,
Minə-minə buludunun atına
Ana girdi, bacı girdi, yar girdi,
Hər şəhidin tabutunun altına!
Nə yaxşı ki, bu torpaqda yenə
də
Kişi oldu, olan məlun
olmadı.
Sinəsindən yara alan
hər əsgər
Elə öldü, ölən məlum olmadı!
SƏNGƏR
Ağıllı olmağın vaxtıdır
indi,
Elə dəlinin
də həmdəmi olub.
Sənin
silahınla aldığın
yerlər,
Mənim qələmimin səngəri
olub.
Qeybdən səs gəlir
qulaqlarıma,
Nə əkin vaxtıdır! Əkin əkəsən.
Qoy bu səngərlərə
toxunmasınlar,
Mən bu səngərlərdə
əkin əkəcəm!
Vətən, yurd uğrunda tökülürsə də,
Axır...
tökülən qan qanı artırır,
Dastanlar yazmagın tam zamanıdır.
Qələmi tökülən qana
batırıb...
Sənin
ayaqların dəydiyi
yeri,
Borcumdu, müqəddəs
yerdi, qoruyum.
Bir az da mən durum qarda, sazaqda,
Vətəni qoruyum, yurdu qoruyum!
Yıxılsan heç zaman can
vermə əsgər,
Dur, döyüş
o saat qalxıb ayağa.
Heç
vaxt ağarmasın rəngin kağıztək,
Şeir
yazammaram belə varağa!
Dərmanımız torpaq, davamız yurddu,
Bu dəva - dərmansız kama çatdı
kim?!
Yatmışam sən yatan bu səngərə ki,
Sənin
döyüşünü davam
etdirim!
MƏNİM HAQQIM
Yurd oda düşəndən oda düşmüşəm,
Yurd kimi alışmaq mənim haqqımdır.
Uğrunda hər yetən çalışa bilməz,
Vuruşmaq, çalışmaq mənim haqqımdır.
Görən deyir, gərək sən yaşayasan,
Atanın torpağı can yaşayasan.
Yaradan yaradıb... dən daşıyasan,
Dən səpmək qarışqa, mənim haqqımdır!
Natiqmi olar ki, pəltək
hıqqansa,
Sənin
də dilin var nadan, hıqqan
da!
Hiqqanmaq, zıqqanmaq sənin haqqınsa.
Vətəndən danışmaq mənim
haqqımdır!
Barat VÜSAL
525-ci qəzet.- 2021.- 27 noyabr.- S.23.