Barışmaq...  

 

 

Böyük şair Ramiz Rövşənin yaşadıqca dərk ediləcək bir misrası var. Ustad deyir ki: "Dünyayla dalaşmaq asanmış demə, çətini dünyayla barışmaq imiş". İnsan yaşa dolduqca anlayır qəbul etməyin, barışmağın sənət olduğunu. Başı daşdan-daşa dəydikcə bu yönü yontulur, ancaq həmin vaxta qədər "heç vaxt", "imkansız", "mümkünsüz" ilə başlayan cümlələr qurur buna uyğun yaşayır. Ən çox da gəncliyin ilk çağlarında müşahidə edilir, bu meydan oxuma halları. Amallar, iddialar, sevgi xoşbəxtlik arxasınca qaçır. Qazanır da. Amma sevgi xoşbəxtlik üçün son nəfəsə qədər savaşacağını lap sonralar anlayır. Hər ikisinin daimi deyil, anlardan ibarət olduğunu dərk edəndə... Həyatın gerçək üzü çox sərtdir, acımır, güzəştə getmir, gözünün yaşına baxmır. İnsanı ən zəif nöqtəsindən yaxalayır oradan vurur. Özünü qədər qoruyursan qoru, qaydalara uyğun qədər yaşayırsan yaşa, atdığın addımları qədər hesablayırsan hesabla, gec, ya tez "o zərbə"yə mütləq məruz qalırsan. Ta əvvəldən bizi həyatın ipəkdən olduğuna inandırırlar. Fikirləşirik ki, vücudumuz ömür boyu rəngli, yumşaq, hamar, zərif, incə ipəyin içində zövq səfa içində keçəcək. Lakin yaşadıqca görürük ki, həyat ipək deyil, bez parçadan ibarətdir; qışda dondurur, yayda yandırır, ətinə toxunanda qaşındırır, qaxac kimi materialı ilə bədənə rahatlıq verir, dinclik. Tək üstünlüyü görünməyi uyğun olmayan yerləri qapatmasıdır. Onda fərqinə varır, həyatın sənə yox, sənin həyata ayaq uydurmalı olduğunu anlayırsan! Yaşamaq bu oyanışla birgə başlayır: "imkansız" dediklərinin mümkün olduğunu, "heç vaxt" dediklərinin bir göz qırpımında ola biləcəyini başa düşdüyün barışdığın zaman...

Məsələn, amerikalı yazıçı Booth Tarkingtonun həmişə eyni şeyi təkrarlayaraq deyirdi ki, "həyatın mənə gətirdiyi hər şeyə qatlana bilərəm, korluqdan başqa... bircə bununla barışa bilmərəm".

Yazıçı 51 yaşına çatdı. Bir gün gözü yerdəki xalçaya sataşdı. Rənglər bulanıq görünürdü. Naxışları seçə bilmirdi. Vaxt itirmədən həkimə getdiyavaş-yavaş görmə qabiliyyətini itirdiyini öyrəndi. Hətta bir gözü demək olar ki, görmürdü. Çox keçmədən ikinci gözüeyni aqibəti yaşayacaqdı. Təbii ki, bunun belə olacağı Tarkingtonun ağlına gəlməmişdi, amma qorxduğu başına gəlmişdi. Kim olsa düşünər ki, bu, onun üçün ən böyük fəlakət və ya həyatının sonu demək idi. Qətiyyən! Əksinə, olduqca nəşəli idi. Hətta bu halını mizaha çevirib əylənməyi də bacarırdı... Yaxşı, bəs tale belə bir ruhu məğlub edə bilərmi? Əlbəttə ki, yox! Bütün dünyası qaranlığa bürünən Tarkington, "İnsan hər şeyə qatlana bilər, mən də buna dözəcəm. Beş hissimi də itirsəm, ağlımın mənə yetəcəyini bilirəm. Çünki fərqində olsaq da, olmasaq da, hamımız ağlımızla görür, onunla yaşayırıq" demişdi.

Yazıçı görmə qabiliyyətinə yenidən qovuşacağına ümid edərək bir ildə düz on iki dəfə cərrahi əməliyyat keçirdi, özülokal anesteziya ilə... Bütün bu yaşadıqlarına bircə dəfə də olsun qaş çatmadı, dodaq büzmədi. Çünki başına gələnlərin qaçılmaz olduğunu bilirdi. Acısını azaltmaq üçün cəsur olmalı idi. Xəstəxanada özəl otaqda qalmağı rədd etdi, ümumi otaqda qalıb eyni dərddən əziyyət çəkən digər insanlarla bərabər olmaq istəyirdi. Onları nəşələndirməyə çalışırdı. Əməliyyatlar zamanı beyni tam oyaq olduğu üçün nə qədər şanslı olduğunu fikirləşir, "Nə gözəl, elm göz kimi həssas orqanı əməliyyat edəcək qədər inkişaf edib" deyirdi. Onun yerinə başqa insan olsa, bir ildə on iki dəfə əməliyyat masasına yatıb bunlara qatlanmaq məcburiyyətində qalsa, yəqin ki, əsəb xəstəsi olar, ya da ağlını itirərdi. Ancaq Tarkington bütün yaşadıqlarını xoş bir ana dəyişməyəcəyini söyləyirdi. Çünki məruz qaldığı vəziyyət ona həyatın digər üzünü də qəbul etməyi öyrətmişdi. Amma başqa bir həqiqətə də əmin idi; yaşayacağı ən acı gerçək onun sahib olduğu gücdən üstün deyildi. Yazıçı son 27 ilini qaranlıqla barışaraq keçirdi.

Ağlayaraq, sızıldayaraq, inad edərək qaçılmaz olanı dəyişdirə bilmərik, ancaq özümüzü dəyişdirə bilərik. Əgər istəsək, fəlakətlərə, faciələrə dözər, öhdəsindən gələrik. Bunu edə bilməyəcəyimizi də düşünə bilərik. Amma unutmayaq ki, daxilimizdə düşündüyümüzdən daha böyük bir güc yatır. Bunu yalnız onu istifadə etmə ehtiyacı duyduğumuzda başa düşürük! Yaşamağa davam etmək üçün barışmağı, qatlanmağı bilmək lazımdır. Bu, boyun əymək, təslim olmaq demək deyil. Dəyişə bilməyəcəyimiz durumu qəbul etməkdən başqa çarənin olmamağı deməkdir. Hamımızın başına arzulamadığımız şeylər gəlir, gələ bilər, gələcək də. Bu vaxt qarşımıza iki seçim çıxacaq; ya qaçılmazı qəbul edib alışacağıq, ya da buna rədd edərək üsyana başlayıb həyatımızı məhv edəcəyik. Əks halda körpəsi ölən ana necə dözər? Oğlunu itirən atanın beli necə doğrular?  Valideynlərini itirən övladlar həyatdan dörd əlli yapışmağa necə davam edə bilərlər? Ya qıçları ombasından qopan qazilər, qolu dəzgahda qopan fəhlələr, onkoloji xəstəlik zamanı döşləri, yumurtalıqları, saçları ilə birlikdə əvvəlki gözəlliklərini itirən qadınlar?! Dünyanın hər yerində dəqiqə başı bu faciələri, uğursuzluqları yaşayan milyonlarla insan var. Əgər hər kəs başına gələni rədd etsə, dünyada insan qalmaz! Ona görə də dünyayla barışmağı öyrənmək lazımdır. Yaşamağa davam etməyin başqa yolu yoxdur.

 

 

Türkan TURAN

525-ci qəzet.- 2021.- 27 noyabr.- S.21.