Ruhumuzun, fikrimizin ulu tərcümanı  -Yunis Əmrə

Türk dilini zirvələrə ucaldan böyük şairin - ölümsüz ozanın yaradıcılığı tanrı və insan sevgisi ilə yoğrulub

 

 

Yunus Əmrə türk təsəvvüf ədəbiyyatının çox qüdrətli şairləri sırasında müstəsna yer tutur. O, bir-brindən gözəl lirik şeirlərində,  Allah, İlahi eşq, varlıq-yoxluq, həyat-ölüm, dünyanın faniliyi digər mühüm məsələlərin üzərində duraraq islami təsəvvüf fəlsəfəsini sadə, dərin gözəl şəkildə, bədii boyalarla ərsəyə gətirib.

Şairin dildən-dilə dolaşan, xalqın qəlbini ovsunlayan əsərləri ədəbiyyat tariximizdə elə yüksək mövqeyə ucalıb ki, həyatını hələ lazımınca bilmədiyimiz, qaranlıq mə-qamların qaldığı Yunus Əmrə əsrlərdən bəri Türk dünyasında sevilərək oxunur. Onun şeirlərində bir çox məsələlərə toxunulub, ancaq ən vacib məqamlar sırasında "həyat" "ölüm" çox mühüm yer tutur. Yunusu ucaldan onun türk dünya xalqlarının qəlbində bir taxt qurmasına imkan verən əsas cəhət isə əsərlərindəki insan sevgisidir.

XIII əsr türk-islam mədəniyyəti ədəbiyyatının inkişafına böyük töhfə verən Yunus Əmrə türk xalq ədəbiyyatının görkəmli simalarından biridir. Yunus Əmrə Allahı onun yaratdıqlarını sevən, varlı-kasıb bilməyən, çirkini-gözəli ayırmayan böyük bir saz-söz adamı, Tanrı sevdalısı, Türk humanisti idi.

XIII əsr Anadolunun siyasi-sosial yaşamda ağır bir dövr kimi, xalqın itirdikləri hüzur, sakit anlamlı həyat axtarışlarının onları millətsevərlərin, bilikli insanların, dərviş ocaqlarının təsirinə düşdükləri, itirdikləri əmin-amanlığı mənəvi "dünyada" axtardıqları bir dövr kimi xarakterizə etmək olar. Özlərini monqolların daxili çaxnaşmaların girdabında görən sadə xalq yalnız bu "mənəvi mərkəzlərin" ətrafında birləşərək rahat nəfəs ala bildi.

Bütün bu qarışıqlıqlarla bərabər, Anadoluda bir inkişaf, bir silkələnmə var idi ki, bu da ədəbi dilin türkləşməsi ilə bağlı idi. Ərəb-fars dilinin üstünlük təşkil etdiyi ədəbi dilin "küldən dirilməsi" kortəbii surətdə olsa da, bir "dil inqilab"ı idi. Bu "inqilab"ın aparıcı qüvvələrindən biri Anadolu dərviş ocaqlarının sayılıb-seçilən şeyxlərindən Tapdıq Əmrənin müridi dərviş Yunus idi.

XIII əsr Anadoluda ədəbi dilin yaradılmasında Yunusun çox böyük rolu zəhməti olub. O, həmin dövrdə işlənən sadə türkcəni xalq ruhu ədəbi dilin normalarına daha yaxın bir qəlibə sala bilib. Yunusun zamanında Anadolu Səcuqlular dövlətində din təhsil-tədris ərəbcə, ədəbi dil isə fars dili idi. Bölgədə yaşayan, bu bölgəni özünə yurd seçmiş Anadolu oğuz tayfaları Orta Asiyadan köçərkən babalarının danışdıqları dili yaddan çıxarmamış, daha da inkişaf etdirmiş, bu gün tədqiqatçıların "Əski Anadolu türkcəsi" adlandırdıqları şivəni qoruyub saxlamışdılar. Lakin zamanla bu türkcəyə kənar, əsasən ərəb-fars sözləri qarışmışdı ki, onu da İsgəndər Pala haqlı olaraq Yunusun "həll etdiyini" söyləyir: "Yunus, hər şeydən əvvəl türk dilinin bayraq adıdır. O, əski Anadolu türkcəsi dediyimiz dilin meydana gəlməsində ən vacib rollardan birini oynayır. Dövrünün türkcəsi danışıq dili ilə yazan ən böyük şair kimi, təsəvvüfü, ümidləri mücərrəd fikirləri uğurla anlatmış ara-sıra ərəb-fars sözlərindən istifadə etsə , əslində, bu sözləri ustalıqla işlədərək türkcədə əritmişdir". 

 

 

Türk dilinin intibahı baxımından XIII əsri Anadoluda "Yunus Əmrə əsri" adlandıran "Türk ədəbiyyatı tarixi" üzrə tanınmış tədqiqatçı Nihat Sami Banarlı yazır: "O əsrdə bugünkü Türkiyə torpaqlarında gerçək bir dil inqilabı olmuşdur. Bunun əsas səbəbi Anadolunun türk əhalisinin gündən-günə artması çoxluq qazanmasıdır. İnsanlarının əksəriyyətinin türk olduğu bir ölkədə, böyük bir xalq ədəbiyyatına sahib bir millətin mədəniyyəti ədəbiyyat dilinin türkcə olması ya türkcəyə çevrilməsi təbii bir hadisədir".

Ədəbi müstəvidə ərəb-fars dili hələ hökmran olsa da, qələm sahibləri əsərlərini ərəb-farsca yazsalar da, Yunus Əmrə şeirlərində türk dilini gözəl, aydın, işıqlı əks etdirə bilmişdi.

Tərcüməsiz, şeirlərini türk dilində oxuya anlaya bildiyimiz ən böyük abidəmiz, türk ədəbiyyatı poeziyasının sufisi hesab edilən sənətkarı - Yunus Əmrə olmuşdur ki, yazıb-yaratdığı hər misra Anadolu türkcəsi türk xalqlarının çox qiymətli dil xəzinəsidir.

Onun "sevgi" sözü bəlkə ən mənalı şəkildə işlənmiş, bu gözəl söz, bilinən başa düşülən çərçivələr xaricində yeni zənginliklər qazanmışdır. Başqa sözlə desək, Yunus Əmrə "sevgi" anlayışına lüğət kitablarının verə bilmədiyi yeni bir məna zənginliyi gətirib.

"Bir kuru kemik kalmış, Kimse ermez sırrına..." - bu kimi nümunələrdən göründüyü kimi, Yunus Əmrə şeirlərində sadə, lakin güclü bir şəkildə biri müvəqqəti, digəri əbədi, yəni həyat ölüm olan iki həqiqəti dilə gətirmişdir. Kainatın sirləri sayılan bu kimi mövzuları şeirin sehrli dili ilə bu qədər sadə rahat bir tərzdə söyləyə bilən bir şair, əlbəttə ki, böyük bir şairdir. 

"Bizcə bütün insanlar birdir, aralarında heç bir, fərq yoxdur. Allahın yaratdığı bütün insanlara bir gözlə baxmaq lazımdır, daha doğrusu, elə baxmalıyıq", - deyir Yunus Əmrə.

Yunusun şeirlərinə ərəb-fars sözləri qafiyə hesabına daxil olub. Bu, özünü xüsusilə dini ifadə terminlərdə, həmçinin, hələ oğuz türkcəsində qarşılığı tapılıb, dil qəlibinə salınmamış sözlərdə göstərir.

İslamın yaranmasından qısa müddət sonra ortaya çıxan təsəvvüf, məzhəblər dərviş ocaqları vasitəsilə İslam dünyasında təsiri əsrlər boyu davam edəcək bir düşüncə inanc sistemi kimi İraqdan İrana, oradan Xorasana Türküstana yayılmış, İran ədəbiyyatına çox böyük təsiri olmuşdu.

XII əsrdə Türküstanda yaşayıb-yaratmış Əhməd Yasəvi ilə başlayan Türk təsəvvüf ədəbiyyatı, XIII əsrdə Yunus Əmrə ilə daha da inkişaf etdi. Şairin öz davamçıları, onun dəsti-xətti ilə yazan gənclər yetişsə , Yunus Əmrə zirvəsini keçən olmadı.

Yunusun "Risaletün-Nushiyye" ("Öyüd kitabı") "Divan-i İlahiyat" (Şeirlər) olmaqla 2 əsəri var.

Yunus Tapdıq Əmrənin ocağına daxil olduqdan sonra təhsilini, Tanrıya inam imanını, bir sözlə, mənəviyyatını inkişaf etdirərək ona yeni yön, istiqamət vermişdir. Bu, Tanrı sevgisinin hər şeydən üstünlüyü, sevginin ən ali mərtəbəsinə çatmaq, onu fəth etmək yolu idi. Yunusdakı sevgi, Tanrı insan sevgisidir. Onun "Yaradana görə yaradılmışları sevirik" deməsi Yunus sevgisinin mahiyyətini kifayət qədər izah edir.

Bu, Yunusun sevgini ilahiləşdirərək insani sevgiylə ilahi sevginin vəhdətindən insanı pisliklərdən, bəd əməllərdən uzaqlaşdıraraq, təmizləyərək ilahi sevgiyə qovuşdurmaq arzusunu üzə çıxarır.

 

Yunus Əmrənin şeirləri sərhədlər, qanunlar, qadağalar tanımadan, bütün maneələri aşaraq dünyaya yayılıb, türk xalqları arasında sevginin, birliyin yayılmasına yardım edib, dil birliyini öyrədib, bir-birinə bağlayıb. Yaşadığı dövrdə türkcəni ən gözəl və anlamlı şəkildə istifadə edərək, sanki öz dilinin təbliğatını aparıb.

 

İtalyan türkoloq professor Anna Masalanın dediyi kimi: "Yunus, səmimi inanclı bir müslümandır. Müxtəlif şeirlərindən bu inancın doğru yolundan ayrılmayan bir çox tərəflərini görürük. Onu ənginliklərə aparan, türk ruhunu, sonsuz tarixi olan Ana-dolunu içində qoruyub saxlaması yüz illərin əngəlinə baxmayaraq, ən möhtəşəm bir dil vasitəsilə bizə çatdırmasıdır. Bununla da özünəməxsusluq zirvəsinə çatan Yunus "aşiq olan, birliyin özünü anlayıb azad, canlı, pəncərəsiz, qapısız ruhu ilə sevən, qəlbən Allahı tapmış oldu. Mistik atəşindən başqa, Yunusu insan olduğu üçün sevirik". 

Haqqında ən çox araşdırma aparılan, elmi məqalələr yazılan "könül sultanları"ndan hər zaman insanların sevib oxuduğu "könüllər şairi" olmuşdur Yunus Əmrə.

 

Göyərçin ABİDQIZI

Filologiya üzrə fəlsəfə doktoru

goyercin.mustafayeva@yandex.com

 

525-ci qəzet.- 2021.- 27 noyabr.- S.19.