Əjdər Ol
"Türk Dünyasına Üstün Xidmət" mükafatına layiq görüldü
Tanınmış Azərbaycan şairi və nasiri Əjdər Ol bu günlərdə Türk dünyası üçün önəmli
mükafatlardan biri ilə təltif edildi. Uzun illər ümumtürk
ədəbiyyatına, mədəniyyətinə,
ədəbi-mədəni əlaqələrimizin
inkişafına yorulmadan
töhfələr verən,
Türk dünyası
yazarlarının ədəbi
təmaslarını genişləndirən
Əjdər Olun bu səmərəli fəaliyyəti davamlı
olaraq Türkiyə və Türk dünyası ictimaiyyətinin
diqqətindədir. Bunun nəticəsi
olaraq Türk Ədəbiyyatı Vəqfi
Əjdər Olu
"2021-ci il Türk Dünyasına Üstün
Xidmət" mükafatı
ilə təltif edib. Vəqfin başqanı Sərhat Kabaklı ədibin fəaliyyətinin önəmini
və mükafata layiq görülməsinin
səbəblərini bu
şəkildə ümumiləşdirib:
"Azərbaycan və
Türk Dünyası
ədəbiyyatına hekayə,
roman, dram, şeir, araşdırma,
portret, esse, bioqrafiya janrlarında onlarla əsər bəxş edən, əsərləri Azərbaycandan
başqa, 10 fərqli ölkədə yayımlanan,
Azərbaycan ədəbiyyatının
Türk dünyasında
və digər xarici ölkələrdə
təbliğ edilməsində
önəmli rollar oynayan, "Azərbaycan lətifələri" və
"Müdriklik anları"
kimi əsərləriylə
Azərbaycanın, başda
Heydər Əliyev olmaqla, siyasi, ədəbi və musiqiçi dühalarını
Türk dünyasında
və Avropada tanıdan yazar, şair Əjdər Ol bu mükafata
layiq görülür".
Xatırladaq ki, bu, Əjdər
Olun Türkiyə və Türk dünyası miqyasında
layiq görüldüyü
ilk mükafat deyil. Hələ 2012-ci ildə o, Ankarada keçirilən Mahmud Kaşqarlı
Beynəlxalq Hekayə
Yarışmasının qalibi
- əsas mükafatçısı
olmuşdu.
Əjdər Olun Türk Ədəbiyyatı Vəqfinin
"2021-ci il Türk Dünyasına Üstün
Xidmət" mükafatına
layiq görülməsi
Türkiyə ədəbi
mühitində də
məmnunluqla qarşılanıb. Qeyd edək
ki, Türkiyə və türk ədəbi cameəsi ilə Əjdər Olu sıx tellər
bağlayır. Onun
ayrı-ayrı əsərləri,
bütöv kitabları
dəfələrlə Türkiyədə
çap olunub, ayrı-ayrı nəşrlərdə,
həmçinin, "Türk
Ədəbiyyatı" və
"Koroğlu" dərgilərində
Əjdər Olun yaradıcılığına geniş
yer verilib. Türkiyə ədəbiyyatının
Azərbaycanda nəşri,
türk ədiblərinin
əsərlərinin ana
dilimizə uyğunlaşdırılması
istiqamətində də
Əjdər Olun önəmli xidmətləri
var. Türk ədiblərin,
ədəbiyyatçıların, eləcə də Türk dünyası yazarlarının bir çoxu Əjdər Ol yaradıcılığı
haqqında yüksək
fikirdədir.
Təsadüfi deyil ki, Avrasiya
Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu Əjdər
Olu "Azərbaycan ədəbiyyatının sevilən
qələm sabiblərindən,
Türkiyədə bir
çox kitab, ədəbiyyat həvəskarları
tərəfindən zövqlə
oxunan, Türk dünyasının dörd
bir tərəfindən
insanların qatıldığı
Mahmud Kaşqarlı hekayə
yarışmasında 2012-ci ildə birinci yerə layiq görülən dəyərli
yazıçı və
gözəl insan"
kimi xarakterizə edir.
Almaniyada
yaşayan türk yazıçı Orxan
Aras isə Əjdər
ol barədə yazır: "Şair və yazıçı Əjdər Ol ilə həm Azərbaycanda, həm də Almaniyada bir neçə dəfə görüşmüşük,
müxtəlif mövzularda
uzun-uzun söhbətlərimiz
olub. Vətəninə bağlı, bir
çox gözəl şeirlər müəllifi
olan Əjdər bəy eyni zamanda,
öz yazılarında
yaşadağı dövrü
və dövrünün
insanlarını da ustalıqla, kameraman dəqiqliyi ilə təsvir etməyi bacaran bir qələm
adamıdır. Mən
onun qəzet və jurnallarda dərc olunan yazılarını, hekayə
və şeirlərini
həmişə maraqla
oxumuşam, Azərbaycanın
yaxın tarixinə işıq tutan
"Lo" romanı da
böyük marağıma
səbəb olmuşdu.
Əjdər Ol mədəni,
ədəbiyyata, incəsənətə
bələd olan çoxyönümlü insandır".
Türk
şair, yazıçı
və tərcüməçi
İmdat Avşarın
fikrincə, Əjdər
Ol Vətəninə,
onun insanlarına həsr etdiyi şeirləri, roman və
hekayələri ilə
Vətəninin - Azərbaycanın
adını dünyada
söz-söz ucaldan gözəl şair, yazıçı və ziyalıdır. İ.Avşar
qələm dostu barədə yazır: "Əjdər
Olun mənim ürəyimdə xüsusi
yeri var. Onun sayəsində Azərbaycanı
qarış-qarış gəzdim,
qardaş Azərbaycanın
tarixini, taleyini ondan öyrəndim.
Nizamini,
Xaqanini, Nəsimini, Füzulini, Sabiri, Vahidi onun yollar
boyu söylədiyi, şərh etdiyi şeirlərlə daha dərindən anladım. Ulu öndər Heydər Əliyevin dühasını,
onun siyasətinin incəliklərini Əjdər
Oldan eşidib öyrəndim.
Əjdər Ol ilə birlikdə
bir çox türk ölkələrinə
və türk ellərinə getmişik. Getdiyimiz hər
yerdə türk yurdları, türk tarixi və mədəniyyəti haqqında
dərin söhbətlərini
dinləmişəm.
Əjdər Ol Azərbaycanı, Türkiyəni və Türk dünyasını
çox sevir. "Ölmədim, ağ gününü gördüm,
Azərbaycanım!" rədifli
şeiri belə, onun vətən sevgisiylə dolu, odlu ürəyindəki Azərbaycan sevdasının
nə qədər böyük olduğunu göstərməyə yetər.
Əjdər Ol ömrü
boyu Azərbaycanın
Bayrağını hər
zaman ucaltmağa çalışan, Türkiyə
başda olmaqla, dünyanın bir çox ölkələrində
çap olunan əsərləri, kitabları
ilə o Bayrağı
göylərə dalğalandıran
bir Vətən oğludur.
Azərbaycan, Türkiyə və
Türk dünyası
sevdalısı Əjdər
Olun bu il
Türk Ədəbiyyatı
Vəqfi tərəfindən
"Türk Dünyasına
Üstün Xidmət"
mükafatına layiq görülməsi təsadüfi
deyil, onun yaradıcılığının
və gördüyü
dəyərli işlərin
nəticəsidir".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 27 noyabr.- S.17.