Beynəlxalq forumda "Nizami Gəncəvi: müasir dünyaya baxış" müzakirəsi

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla davam edib.

525.az Azərtac-a istinadən xəbər verir ki, noyabrın 25-də keçirilən növbəti panel iclas "Nizami Gəncəvi: müasir dünyaya baxış" mövzusuna həsr olunub. Panelə Tbilisi Dövlət Universitetinin əməkdaşı İrma Ratiani moderatorluq edib.

Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Ömer Küçükmehmetoğlu "Nizami Gəncəvi haqqında Türkiyədə yazılan dissertasiya işləri" mövzusunda məruzə edib. O, XX yüzillikdən bəri Türkiyədə dahi Azərbaycan şairinin irsi ilə bağlı elmi tədqiqat işləri aparıldığı, monoqrafiya kitabların yazıldığını deyib.

"Nizami Gəncəvi qlobal düşüncə üsulunun yaranması" mövzusunda çıxış edən Rusiya Prezidenti yanında Milli İqtisadiyyat Dövlət İdarəçilik Akademiyasının professoru Nizami Məmmədov diqqətə çatdırıb ki, Nizami yaradıcılığı əvvəlcə Orta Şərq, sonradan isə Avropa xalqlarının ədəbiyyatına təsir edib. Nizaminin Avropaya təsiri XVII əsrdən başlayır. Nizami öz idealları ilə İslam dünyasını birləşdirib. Onun ideallarında gələcəyə istiqamətlənən sətiraltı mənalar çoxdur.

İslam Tarixi, İncəsənəti Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) Baş katibi, professor Mahmut Erol Kılıç "Nizami simvolları müasir insanlara deyər?" mövzusu üzrə çıxışında qeyd edib ki, biz yenidən Nizami Gəncəvilər yetişdirmək haqqında düşünməliyik. Çünki insanlar Nizami Gəncəvi dəyərlərini bilsə, tolerant bir cəmiyyət qurar.

Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun professoru Gaga Lomidzenin moderatorluğu ilə panel iclasın ikinci hissəsi davam edib.

İclasda Daşkənd Dövlət Universitetinin Özbək dili ədəbiyyatı kafedrasının müdiri Nurboy Cabbarov "Nizami Gəncəvinin "Xəmsə" yaradıcılıq konsepsiyasının bədii təfsiri", həmin universitetin professoru Nigina Şerməhəmmədova "Nizami yaradıcılığında humanizm", AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli "Nizami çağdaş türk dövlətçiliyi", Azərbaycan Yazıçılar Birliyinin müşaviri Sayman Aruz "Nizami Gəncəvi yaradıcılığında multikulturalizm bəşəri dəyərlər", Albaniya-Azərbaycan Elm Mədəniyyət Mərkəzinin rəhbəri Entelo Muço "Nizami yaradıcılığı Albaniya" mövzularında çıxış ediblər.

Məruzələrdə diqqətə çatdırılıb ki, Şərq Azərbaycan İntibahının XII əsrdə ən humanist nümayəndələrindən olan Nizami Gəncəvinin yaradıcılığı multikulturalizm tolerantlıq elementləri ilə zəngindir. Böyük şair irqindən, milli dini mənsubluğundan asılı olmayaraq insana çox yüksək dəyər verib. Dahi Nizaminin əsərlərində türk, rus, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü başqa xalqların nümayəndələrinə rast gəlinir.

Məruzələrdən sonra diskussiyalarla davam edən panel iclas gününü yekunlaşdırıb.

"Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü" mövzusunda keçirilən Beynəlxalq Forum noyabrın 26-da iki panel iclasla yekunlaşıb.

 

525-ci qəzet.- 2021.- 27 noyabr.- S.13.