Nizami "Xəmsə"si özbək dilində

 

Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Nizami Gəncəvinin özbək dilində tərcümə edilmiş "Xəmsə"sinin təqdimatı keçirilib.

525.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları salamlayıb ilk çıxış üçün sözü mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə verib.

Nazir müavini bildirdi ki, Nizami Gəncəvi yaradıcılığı türk xalqları arasında bir körpüdür. Nizami bu bölgədə yaşayan türk farsdilli xalqları birləşdirib: "Bu gün biz həm coğrafi, həm tarix baxımından türk mədəniyyətinin böyüklüyünün şahidiyik. Bu gün iki ölkənin Mədəniyyət Nazirliyi Azərbaycanın Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə tərcümə olunmuş "Xəmsə"nin təqdimatına toplaşmışıq. Bu bir daha Nizami əsərlərinin müasir Özbəkistanda daha geniş yayılması üçün çox vacib bir addım idi. Birbaşa orijinaldan edilən tərcümə əsərlərin bədii dəyərini daha da yüksəldib. Bu həm Nizami əsərlərinin daha yaxşı qavranılması baxımından önəmlidir. Əlişir Nəvai Nizami Gəncəvi bizim ümumi mədəniyyətimizin böyük zirvələridir".

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov dünya ədəbiyyatının böyük söz ustadı Nizami Gəncəvi yaradıcılığına qardaş Özbəkistanda böyük maraq sevgi olduğunu deyib: "1936-cı ildə Daşkənddəki Dövlət Pedaqoji Universitetinə dahi Nizami Gəncəvinin adı verilib. 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovun iştirakı ilə universitetin qarşısında dahi şairin büstünün açılışı olub. Böyük Özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab etmiş, ona səcdə qılmış, onu "Pir", "Xızır" adlandırmışdır".

Daşkənd Universitetinin professoru Erkin Nuriddinov çıxışı zamanı bildirib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Xalq şairi, tərcüməçi-alim Camal Kamal arasında dahi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin bütövlükdə özbək dilinə tərcümə olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən Camal Kamalın rəhbərliyi ilə xüsusi redaksiya şurası yaradılıb "Xəmsə"yə daxil olan "Sirlər xəzinəsi", "Xosrov Şirin", "Leyli Məcnun", "İsgəndərnamə", "Yeddi gözəl" orijinaldan tərcümə edilib.

Tədbirdə çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli diqqətə çatdırıb ki, Nizaminin özbək dilinə ilk tərcüməsi XIII əsrdə "Xosrov Şirin" poeması ilə başlanıb. İndi Nizaminin dahiyanə fikirləri özbək dilinə dolğun şəkildə tərcümə olunur. Bu, Özbəkistanda Nizamiyə olan məhəbbəti göstərir.

Akademik deyib: "Nizaminin "Xosrov Şirin" poemasında məhəbbət konsepsiyasının qoyuluşu ideya-estetik həlli maraqlıdır böyük şairin novator üslubunun başlıca göstəricilərindən birinə çevrilərək, onun sənətinin gücü qarşısında oxucu heyrətini daha da artırır. "Kainatda hər şey cəzbə bağlıdır!" deyən Nizami ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürmüş olur bu cazibəni "eşq" adlandıran Azərbaycan şairi təbiət hadisələri ilə insan münasibətləri arasında qırılmaz bir bağın olduğunu təsdiq etmiş olur".

Bildirilib ki, özbək dilində çap olunan "Xosrov Şirin" kitabında dünyanın müxtəlif muzey, kitabxanalarında əsərə aid saxlanılan unikal miniatürləri yer alır. Bunların arasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Britaniya Muzeyində, Rusiya Federasiyasının Sankt-Peterburq Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasında, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsində, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan əlyazmalardan verilmiş miniatürlər vardır.

Təqdimat mərasimdə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Özbəkistanmı Milli Universitetinin professor Hamidulla Baltabayev, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Bədəlova, Özbəkistan Dövlət Universitetinin professor Nigina Şermuhammedova, Füzuli adına Əlyazmalar İnstitutunun professor Kərimulla Məmmədzadə başqaları çıxışlarında vurğulayıblar ki, Nizami özü bir tərcüməçidir. Nizami insan ruhunun, onun tutduğu yolun tərcümə edir. O, yeganə insandır ki, insanın haradan gəlib hara gedəcəyini öyrədir. Ədəbiyyat bəşəri dəyərləri təbliğ edən ən gözəl körpüdür.

 

525-ci qəzet.- 2021.- 27 noyabr.- S.13.