"Həyatın rəngləri" sərgilənir

 

"Azərkitab" kitab təbliğatı mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, rəssam Tünzalə Ağabalayevanın "Həyatın rəngləri" adlı yaradıcılıq sərgisinin açılışı olub.

525.az xəbər verir ki, sərgidə rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi 30 əsəri nümayiş olunub.

Sərgini layihə rəhbəri Elnurə İsgəndərova açaraq sərgi haqqında geniş məlumat verib. Sonra çıxış edənlər Rəssamlıq Akademiyasının müəllimi Elşən Quliyev, Rəssamlıq Akademiyasının dossenti Telman Abbasov, türkiyəli rəssam Ahmet Naim Pir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Sabir Əhədov, "GALERA" Sənət Mərkəzinin direktoru, rəssam Mansur Əsgərli digərləri rəssamın yaradıcılığı sərgi haqqında təəssüratlarını bölüşüblər.

Sonra Tünzalə Ağabalayeva çıxış edərək sərgisinin təşkilində xüsusi dəstəyinə fəal iştiraklarına görə Elnurə Aygün İsgəndərovalara "Azərkitab" mərkəzinə, onun rəssam kimi yetişməsində əvəzsiz rol oynayan müəllimlərinə sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Tədbirin sonunda rəssam Tünzalə Ağabalayeva "Azərkitab" mərkəzi tərəfindən diplomla təltif olunub. "Həyatın rəngləri" 3 gün davam edəcək.

 

525-ci qəzet.- 2021.- 27 noyabr.- S.12.