"Ulduz"un noyabr nömrəsi
çıxıb
"Ulduz" ədəbiyyat
jurnalının noyabr
nömrəsi işıq
üzü görüb. Jurnalın sözügedən
nömrəsi Adilə
Nəzərin özüylə
söhbəti və şeirləri ilə açılır.
Şair
Qulu Ağsəsin
"4+4: rəqəmsal namə"si
44 günlük Vətən
müharibəsində qazandığımız
Zəfərə həsr
edilib. Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdimatında Xalq şairi Məmməd Arazın 49 il öncə qələmə
aldığı "Aşıq
Ələsgər yüksəkliyi"
adlı yazısı ustad sənətkarın
200 illiyi münasibətilə
dərc edilib. Dərginin
"525-ci qəzet"lə ortaq layihəsi olan "Ustad dərsləri" oxucuları
bu dəfə də yazıçı-dramaturq
Əli Əmirli ilə görüşdürür.
"Tərcümə saatı"nda
Səlim Babullaoğlunun
tərcüməsində XX əsr Ukrayna şairlərinin seçmə
şeirləri ilə
tanış olacaqsınız.
Dərgidə, həmçinin, Vüsal Oğuzun "Əyalət
şairinin bir günü", Babək Göyüşün "Adam öldürmək
istəyirəm", Ənvər
Çingizoğlunun "Buynuzsuz
qoçun qisası",
Rizvan Nəsiboğlunun
"Səksəninci döngə"
kimi hekayə və esseləri də yer alıb. Çinarə
Nüsrətlinin "Şuşaya
məktub", Fərid
Hüseynin Dostoyevskinin
"Cinayət və səza" romanından bəhs edən "Ləkə yaddaşı",
Təranə Turan Rəhmlinin "Qəlbin gözü ilə görünən Yaponiya"
kimi publisistik yazıları xüsusi maraq doğurur.
Dərginin əməkdaşı Taleh
Mansurun "Xəzər
sahillərindən Amudərya
sahillərinə..." başlıqlı
yazısı müəllifin
Özbəkistan səfərindən
bəhs edir.
İlham Abbasovun təqdimatında
Nobel mükafatı laureatlarının
ən parlaq nümayəndələrindən olan Perl Bakın həyat və yaradıcılığına nəzər
salınır.
Bundan əlavə, oxucular dərginin bu nömrəsində Mücirəddin
Mübarizin, Elvin İntiqamoğlunun,
Reyhan Kənanın,
Elvin Nurinin və Elvin
Əlizadənin şeirləri
ilə də tanış olmaq imkanı qazanacaqlar.
Qeyd edək
ki, "Dərgidə
kitab"da mərhum şair Əhməd Oğuzun şeirləri,
"Sərgi" bölməsində
isə rəssam Yaşar Səmədovun rəsmləri yer alır.
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 27 noyabr.- S.12.