Mədəniyyət sahəsində
Azərbaycan-Yunanıstan əməkdaşlığı
müzakirə edilib
Azərbaycan Respublikasının mədəniyyət
naziri Anar Kərimov noyabrın 25-də
Yunanıstanın ölkəmizdəki
səfiri Nikolaos Piperiqos ilə görüşüb.
Nazirlikdən 525.az-a bildirilib ki, səfiri səmimi salamlayan nazir Anar Kərimov ikitərəfli münasibətlərin
inkişafından məmnunluğunu
ifadə edib, o cümlədən mədəniyyət
sahəsində əməkdaşlığın
daha da genişləndirilməsi
üçün əlverişli
imkanların mövcudluğunu
diqqətə çatdırıb.
Ölkələrimiz arasında birgə fəaliyyətin əhəmiyyətini
qeyd edən nazir qarşılıqlı
maraq kəsb edən sahələrin müəyyənləşdirilməsi, konkret layihələrə
əsaslanan əməkdaşlığın
inkişaf etdirilməsi,
kinematoqrafiya, arxeologiya,
ölkəmizdə xüsusilə
işğaldan azad edilmiş ərazilərdə
mədəni abidələrin
bərpası, qurumlararası
və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın genişləndirilməsinin vacibliyini
vurğulayıb.
Səfir Nikolaos Piperiqos qəbula görə təşəkkür edərək,
ölkələrimiz arasında
mədəni əlaqələrin
daha da inkişaf
etdirilməsi məqsədilə
müəyyən edilən
istiqamətlər üzrə
fəaliyyət planlarının
tərtib edilməsi, hər iki ölkədə
müvafiq sahələrdə
qurumlar arasında birbaşa əməkdaşlığın
təşviq edilməsi
və digər bu kimi həyata
keçirilə biləcək
layihələrlə bağlı
fikirlərini səsləndirib.
Görüş qarşılıqlı maraq
doğuran digər məsələlərin müzakirəsi
ilə davam edib.
525-ci qəzet.- 2021.- 27 noyabr.- S.12.