Heç bir status insanlıqdan ucada deyil...  

 

Tanıdıqca ona daha da yaxınlaşmaq onu daha dərindən tanımaq istəyi yarada bilən insandır. Başqa insanlarla oxşar fərqli cəhətlərini axtarırsan, nəticədə oxşarlıqlardan daha çox onun başqalarından büsbütün fərqli uca keyfiyyətlərinin üstünə gəlib çıxırsan. Onun şairliyi , yazarlığı da, kollektiv rəhbərliyi , yaradıcılıq üslubu da beləcə fərqli orijinaldır.

Nəzakət xanımın şair kimi, yazıçı kimi, publisist kimi, kollektiv rəhbəri, valideyn, ya konkret bir insan kimi hansının daha maraqlı personal status olduğunu araşdırmağın indiyədək kiminsə ağlına gəlib-gəlmədiyini bilmirəm. Ancaq inanıram ki, bu yöndə axtarışlara baş vuran istənilən kəslər sonda eyni çətinliyin üstünə gəlib çıxmalıdır. Nəzakət xanımın şairliyinin, yazarlığının, ya valideyn kollektiv rəhbəri olaraq statusunun üstünlüyünü təyin etmək qədər çətin olsa da, sadə çox asan olan bir mətləb  bu çətinliyin üstündən qələm çəkir - Nəzakət xanımın heç bir statusu onun insanlığından yuxarıda deyil, o, insan kimi bütün qazanılmış statuslardan yuxarıdadır.

Bütün müstəvilərdə insanlarla qurduğu ya quracağı ünsiyyətin çərçivəsini öncədən çox dəqiq bilir, bunu bilməyin vacib olduğunu unutmur. Ən vacib odur ki, qarşısındakılara da belə bir çərçivə ilə hərəkət etdiyini anlada bilir. Bəlkə , elə buna görədir ki, ünsiyyət qurduğu, işgüzar, əməkdaşlıq qohumluq münasibətlərində olduğu kəslərdən kiminsə onun imkanlarından sui-istifadə etdiyinə dair bircə fakt da göstərmək mümkün deyil.

İnsanlarla sağlam münasibət qurmaqda bacarıqlı səriştəli olduğu qədər dostluğu sağlam münasibətləri sabit saxlamağı da bacarır. İnsanların heç hamısının ədalətli, dürüst, həssas düşüncəli olmadığı ənənəvi cəmiyyətdə Nəzakət xanım az qala paradiqmalar (çox şeyin ölçüsü ola bilən) qədər çoxcəhətli əks-təsir gücünə malik davranış üslubuna sahibdir - hamı ilə əxlaqlı, mədəni, tərbiyəli səviyyəli davranış. Çevrəsində onunla bağlı bədxah xudbin niyyətlərdə olan istənilən xəbis qüvvə ilə onun çox uğurlu mübarizə üslubudur bu. Bunu Nəzakət xanımın müdrik tapıntısı da saymaq olar.

Abraam Linkoln oğlunun müəlliminə məşhur məktubunda "oğluma öyrədin ki, nəcib adamla nəcib, kobud adamla kobud olsun" deyə yazmışdı. 150 ildən çox müddətdə sevilə-sevilə təhlil qəbul edilən bu kiçik tərbiyəvi məktubun bəzi mətləbləri Nəzakət xanımın öz şəxsi timsalında yaratdığı uğurlu davranış metodları ilə rəqabətə dözmür. Nəzakət xanım sübut edir ki, nadanı da, hissiyyatsızı da, kobudu mədəniyyətsizi eyni  nəzakətli davranışla islah etmək, dürüst, ağıllı mədəniyyətli adamlarla davamlı yol yoldaşlığı qurmaq olar. Sadə olduğu qədər  prinsipial, nəzakətli olduğu qədər cəsarətlidir, onun daşıdığı saflıq səmimiyyətin dərinliyindəki polifonik ağlını görməyənlər bir anlığa onun barəsində "sadəlövhdür" qənaətinə gəlsələr , dərhal da yanıldıqlarını başa düşür geri çəkilirlər.

Nəzakət xanımın ədəbi-bədii yaradıcılığını təhlil etməyi digər peşəkar dostlarımıza buraxıram. Tək bunu deyim ki, eyni vaxtda vətənpərvərlik tərbiyə məktəbi missiyası aparan Xatirə kitabı redaksiyasına rəhbərlik etmək, heç kimdən asılı olmayan "başıuca bir jurnal" yaratmaq, həm fəlsəfəsi mütləq sadəlik üstündə qurulmuş poeziya yaradıcılığı ilə məşğul olmaq kiçik deyil. Nəzakət xanımın apardığı bu işlərin biri digərini qısqanmır, çünki hamısı yüksək eyni səviyyədə aparılır.

Nəzakət xanımın başqalarından fərqli başqa bir üstünlüyü var. O, öz yaradıcılığını istedadını həyat, yaşayış, karyera dolanışıq mənbəyinə çevirməyən  nadir istedad sahiblərindəndir. Ümumiyyətlə, heç karyerist deyil, vəzifə, şöhrət dalınca qaçmır. Ala- babat istedadı ilə yazıb ortaya qoyduğu nəsr-nəzm kitabını qapı-qapı gəzdirənlərlə Nəzakət xanımı müqayisə etmək barədə düşünməyin özünün qədər ədalətsiz olduğunu sübut etməyə ehtiyac yoxdur. Onun üçün yaradıcılıq, şeir, poeziya maddi dəyərlər cah-cəlal yaratmağın  mənbəyi yox, istedadın təsdiqindən sadəcə zövq almaq üsuludur. Nəzakət xanım öz yaradıcılıq məhsullarını kimlərdənsə nəsə qoparmaq üçün cəmiyyətə təqdim etmir, əksinə, həyatı hər kəsə daha gözəl, daha arzuolunan etmək üçün təqdim edir. Bax onun yaradıcılığının böyük  təmənnasızlığı məhz bundadır.

Nəzakət xanım öz yaradıcılığından qəti təmənna güdməyən nadir şəxsiyyətlərdəndir.

Bilmirəm bu ifadəni işlətmək qədər doğru olacaq. Məncə, yaradıcı insanların yaradıcılıqlarının da xoşbəxti, bədbəxti olur. Onun yaradıcılığı "xoşbəxt yaradıcılıqlar" təsnifatına aiddir. Çünki onun yaradıcılığından heç bir artıq yük sallanmır, onun yaradıcılığı və istedadı ailəyə, qohum-əqrəbaya, dost-tanışa gün-dirrik əldə etmək kimi yükləri daşımağa məhkum edilməyib, daha doğrusu, özü bunu etməyib. Bu o demək deyil ki, çevrəsindəki insanların dərd-sərinə soyuqlaqeyddir, əksinə, onun qədər kimlərinsə problemlərinə çiyin verməyi bacaranlara tək-tək rast gəlmək olar. Sadəcə, Nəzakət xanımın böyüklüyü özünün heç kimdən geridə qalmayan məhsuldar yaradıcılığını gözə soxmamağındadır...

 

Aydın Quliyev

525-ci qəzet.- 2021.- 30 noyabr.- S.12.