Ankarada "Aşıq Ələsgərin seçilmiş şeirləri" təqdim olunub

 

Ankarada Azərbaycanın böyük el sənətkarı, ulu ozan Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim "Aşıq Ələsgərin seçilmiş şeirləri" kitabının təqdimatı keçirilib. Kitabı Türkiyə türkçəsinə tanınmış ədəbiyyatçı Kənan Çarboğa çevirib.

525.az Azərtac-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında keçirilən tədbirin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova çıxış ediblər.

Türk dünyasının görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində TÜRKSOY-un həyata keçirdiyi layihələrdən bəhs edən baş katib Düsen Kaseinov bildirib ki, Aşıq Ələsgərin yaradıcılıq nümunələrinin müxtəlif dillərə tərcüməsi nəşri olduqca vacib bir məsələdir.

Komitə sədri Qənirə Paşayeva Türkiyədəki səfirliyimizin birinci katibi Elxan Zeynalov görkəmli simaların tanıdılması təbliği, yaradıcı şəxslərin əsərlərinin nəşri dünyada yayılmasının Azərbaycanda mühüm dövlət siyasəti olduğunu diqqətə çatdıraraq vurğulayıblar ki, Aşıq Ələsgər öz nadir yaradıcılığı ilə hər zaman sevilib böyük məhəbbətlə xatırlanıb.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova görkəmli şəxsiyyətlərin tanıdılması, təbliği əsərlərinin nəşri ilə bağlı Azərbaycanda görülən işlər, həyata keçirilən strateji mədəniyyət layihələri, o cümlədən, mühüm nəşrlər barədə geniş məlumat verib.

Rəsmi çıxışlardan sonra "Ulu Göyçə" sənədli filmi göstərilib. Sonra tədbir panel iclaslarla davam edib."Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, "Ozan dünyası-aşıq yaradıcılığının təbliği" İctimai Birliyinin sədri Musa Nəbioğlu, araşdırmaçı-yazıçı Songül Dündar, "Dünya söz akademiyası" dərnəyinin sədri, professor Hayrettin İvgin və tanınmış ədəbiyyatçısı və tərcüməçi Kənan Çarboğa ustad aşıq Ələsgər yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə çıxış ediblər.

525-ci qəzet.- 2021.- 30 noyabr.- S.8.