"Azərbaycan"
jurnalının yeni sayı
"Azərbaycan" jurnalının noyabr sayı işıq üzü görüb. Jurnal Zəfərlə
nəticələnən 44 günlük Vətən müharibəsinin ildönümünə
həsr olunub. Jurnalın sözügedən sayı
Rəşid Faxralının
"Qələbəyə salam olsun" adlı lirik poeması ilə başlanır.
Jurnalın nəsr hissəsində
Zahid Sarıtorpağın
"Qiyamət qaziləri"
roman-pritçası, Vahid
Məhərrəmovun "Dəniz
gözlü qız"
və "Sevgi məktubları" hekayələri
yer alıb.
Poeziya bölməsində Ramiz Qusarçaylının "Vətən"
poemasının son hissəsi,
Nazim Əhmədli, İntiqam Yaşar, Dəyanət Osmanlı, Nəzakət Məmmədova,
Güləmail Murad, Sehran Allahverdi, Gülnarə Sadiqin şeirləri təqdim olunub.
Dramaturq Əli Əmirlinin 6 səhnədən ibarət
"Bircə addım"
pyesi də jurnalın bu sayında dərc edilib.
"Nizami Gəncəvi -
880" başlığı altında Nüşabə
Araslının "Beş
inci"nin sonu", Yaqub Babayevin "Nizaminin imanı və inamı", Paşa Əlioğlunun
"Mənzərə Məmmədovanın
nizamişünaslıq fəaliyyəti"
adlı məqalələri
noyabr sayında işıq üzü görüb.
Rahid Ulusel
"Vətən müharibəsi
və ədəbiyyatda
milli özünüdərk
problemi" adlı yazısında məsələ
ilə bağlı özünün ədəbi
görüşlərini ortaya
qoyub.
"Əlincədə ətir saçan qızılgül" adlı
yazıda Vaqif Yusifli Adil Qasımlının
şeirləri haqqında
düşüncələrini oxucularla bölüşüb.
Jurnal, ənənəvi
olaraq, "Kitab rəfi" bölməsi
ilə yekunlaşır.
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 30 noyabr.- S.9.