Film Fondunda Rasim
İsmayılovun Arxiv fondu
yaradılıb
Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət
xadimi, Dövlət mükafatı laureatı Rasim İsmayılovun şəxsi Arxiv fondu yaradılıb.
525.az xəbər verir ki, Fonda görkəmli sənətkarın altı
yüzdən çox
fotoşəkli, əlyazmaları,
eskizləri, ssenariləri
və s. arxiv sənədləri daxil olub. Oxucuların nəzərinə çatdırmaq
istəyirik ki, Əməkdar incəsənət
xadimi Rasim İsmayılov "Gün
keçdi", "Yeddi
oğul istərəm",
"Axırıncı aşırım",
"Nəsimi", "Dədə
Qorqud", "Babək"
və s. filmlərinin
təsvir rejissorudur.
O, eyni zamanda, "Asif, Vasif, Ağasif",
"Şir evdən getdi", "İşgüzar
səfər", "Sizi
dünyalar qədər
sevirdim", "Tələ"
və s. bədii filmlərin quruluşçu
rejissorudur.
Əməkdar incəsənət xadimi Rasim İsmayılovun şəxsi Arxiv fondunun yaradılması sənətkarın anadan olmasının 85 illiyinə
ithaf olunub.
525-ci qəzet.- 2021.- 30 noyabr.- S.9.