Müharibə ədəbiyyatın mühakiməsində...  

 

 

Yazıçı Yusif Səmədoğlunun "46-cı ilin oyunları" hekayəsində belə bir giriş var: "Mühasirəyə düşmüşdülər. Çıxış yolu yox idi. Başıaşağı oturmuşdular. Hər üçü ölümlə üz-üzə dayanmışdı. Lakin heç biri: Siyavuş, Kərim, Nazim ölmək istəyirdi".

 

Bu aldadıcı cümlələr, əslində, uşaqların özləri üçün oynadığı "dava-dava" oyununun təsvirindən başqa bir şey deyil. Lakin Yusif Səmədoğlu özünün qeyri-adi təxəyyülü nəticəsində bu giriş səhnəsi sonradan məhz bu giriş üzərində qurulmuş sujetlə müharibə onun törədə biləcəyi fəsadları özünəməxsus şəkildə təqdim etməyi bacarır. Ən əsası isə, oxucunu "Niyə bu yaşda uşaqlar məhz dava-dava deyir?" sualı üzərində düşünməyə məcbur edir.

 

Müharibə mövzusu bütün dövrlərdə ədəbiyyat üçün xammal rolunu oynayıb. qədər insafsızcasına səslənsə , ədəbiyyat yaradıcılıq deməkdir yaradıcı olmaq "mövzuya münasibət" anlayışı ilə düz mütənasib olduğu üçün yazıçıya görə hər bir hadisənin bir bədii tərəfi bir bədii həlli vardır. Yəni müharibə iqtisadi, sosial hərbi baxımdan kimləri dərəcədə maraqlandırırsa, ədəbi mühiti yaradıcı insanları da bir o qədər maraqlandırır düşündürür.

 

Ədəbiyyatın müharibəyə "qatqısı" daha çox münasibət rolunu oynayır ədəbiyyat özünün humanist mövqeyinin yol verə bildiyi qədərilə müharibənin fəsadlarını yeri gəldikdə yumşaqcasına, yeri gəldikdə isə qəddarcasına oxucuya çatdırır.

 

Məsələn, Aleksandra Kaveliusun "Leyla" romanı müharibə onun qaranlıq, eyni zamanda, acımasız tərəflərini mümkün ən qəddar şəkildə çatdırmaqdadır.

 

16 yaşlı Leyla həyatının gəncliyinin ən yaxşı vaxtında özünü birdən-birə müharibənin mərkəzində tapır. Qəhrəmanın başına gətirilən müsibətlər Balkan yarımadası hadisə faciəsini Leyla obrazının simasında ən yaxşı ən qəddar şəkildə nümayiş etdirir.

 

Yeri gəlmişkən, romanın ümumi sujeti Qarabağ münaqişəsi ilə səsləşir.

 

Yaxud son dövrlərdə olduqca populyarlıq qazanan əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin romanlarında müharibə həqiqətləri müharibənin əfqan insanının, əfqan uşaqlığının iztirabları fonunda öz əksini tapmasını qeyd edə bilərik.

 

"Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur..."

 

Ədəbiyyatın vəzifəsi məhz budur. O, müharibə qurbanını (eyni zamanda, müharibəyə səbəb olanı - məsələn, "Qacar") götürərək onun üzərindən hadisəyə münasibət bildirir, onu mümkün detallarla ədəbi müstəviyə çəkir. Bu müstəvidə daha çox ittihamın şahidi oluruq ki, bu da ədəbiyyatın tərənnümləri siyahısında müharibə anlayışının olmamasını bir daha sübut edir.

 

Hüseyn Cavid deyirdi ki, əgər bir millətin ədəbi fəlsəfi düşüncəsi, tamamilə, həssas, xəyalpərvər humanizm notları üzərində bərqərardırsa, şübhə yoxdur ki, o millət həmişə eyni yoldan gedəcək mütəmadi olaraq eyni bəlalarla qarşılacaqdır.

 

Yəqin, razılaşarsız ki, bu fikri azərbaycanlı olaraq dönə-dönə oxumaqda fayda var.

 

İkinci Dünya müharibəsi dönəminin ədəbi tarixini nəzərdən keçirdikdə belə nəticə hasil olur ki, o dövrün, demək olar ki, əli qələm tutan hər bir fərdi müharibə haqqında hansısa bir əsər yazıb. Yəni istənilən halda, müharibə elə bir qüdrətə gücə malikdir ki, ədəbiyyatı belə öz təsiri altına salır müəyyən mənada idarə edir.

 

Müharibə mövzusunda yazılan əsərlər daha çox iki istiqamətdə özünü göstərir: ön cəbhə arxa cəbhə. Bunu əyani olaraq Azərbaycan ədəbiyyatında da görmək mümkündür. Məsələn, Mehdi Hseynin "Fəryad"ı, yaxud da Ənvər Məmmədxanlının "Ulduz"u sırf döyüş ruhu, döyüşə, mübarizəyə çağırış inam motivini əks etdirirsə, Mir Cəlalın "Anaların üsyanı"nda adından da göründüyü kimi daha çox müharibənin doğurduğu fəsadlar o fəsadlara arxa cəbhədəki reaksiya təsvir olunur.

 

Bütövlükdə götürəndə ədəbiyyat dövrün insanı onun gələcək nəsli üçün həm genetik yaddaş səciyyəsi daşıyır. Çünki reallıq budur ki, bu günün oxucusu sabah müharibənin hansısa bir parçasına çevrilə bilər. Ya əzən, ya da əzilən tərəf kimi. Yuxarıda da qeyd etdiyimiz kimi, ədəbiyyat humanist mövqedən çıxış edərək müharibəyə qarşı olsa da, eyni zamanda, müharibə həqiqətlərinin aydın bədii dillə göstərməklə həm oxucunu yaşadığı coğrafiya onun siyasi taleyi ilə tanış edir.

 

Sözsüz ki, müharibə dairəsində olan bir oxucu üçün müharibə məzmunu müharibənin acı tərəflərinin ədəbiyyatda əksi daha maraqlıdır, nəinki ömrü boyu silah səsindən, mərmi səsindən uzaq birisi üçün. Yəni bir gecənin içində evinin, kəndinin altının üstünə çevrildiyini, yaxınlarının gülləbaran edildiyini görən, duyan birisi yazıçının demək istədiyini daha yaxşı qavrayar qavramalıdır.

 

Elə bizim kimi...

 

Nihat Pir

525-ci qəzet.- 2021.- 1 oktyabr.- S.13.