44 gün...
2012-ci ildə oxuduğum qəzetlərdən birində
belə bir başlığa rast gəlmişdim: "Biz Qarabağa
qayıdacağıq". 2020-ci
ilin payızından isə şərəflə
Azərbaycan xalqı
"Qarabağ, biz qayıtdıq!",
"Qarabağ, sən
artıq azadsan!" deyə bilir.
Ataların yaxşı bir
sözü var: "Özgə atına minən tez düşər. Özgənin
torpağında hökmdarlıq
etmək, yurd-yuva qurmaq, ondan bəhrələnmək
də baş tutan iş deyil".
İşğalçı siyasətlə başqalarının
torpağını mənimsəmək,
başqalarının Vətənində
bayram etmək istəyənlərin aqibəti
hər zaman bəlli olub. Belələrini hər zaman
tarix özü ifşa edib.
Məhz 27 sentyabrda tarixin başqalarının torpağını
mənimsəmək istəyənlərə
verəcəyi dərsin
başlanğıc günü
oldu. Abır-həyalarını, vicdanlarını yox olacaq qədər
itirmiş, qan gözlərini örtmüş
mənfur qonşularımız
işğal etdikləri
torpaqlarla yetinməyib,
təxribat hücumuna
keçir və şanlı ordumuz tərəfindən layiqli
cavabını alır.
Ölkə Prezidenti cənab
İlham Əliyev hələ Vətən müharibəsi başlamazdan
öncə öz çıxışlarının birində deyirdi: "Azərbaycan güclü ölkədir. Azərbaycanın güclü Ordusu
var. Bütün silahlı
qüvvələrimiz istənilən
halda və zamanda işğal edilmiş ərazilərimizi
düşməndən azad
edə bilər.
Məsələnin sülh yolu
ilə həll etməkdə məqsədimiz
qan tökülməsinin
qarşısını almaqdır.
Lakin onu da unutmamalıyıq
ki, Dağlıq Qarabağ məsələsi
bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin
həlli bizim tarixi vəzifəmizdir.
Biz bu məsələni
həll etməliyik ki, tarixi ədalət
bərpa edilsin. Biz bu məsələni
həll etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü
bərpa olunsun".
Cənab
Prezidentin bu humanist fikirləri Azərbaycan xalqının da sülhün tərəfdarı
olduğunu göstərirdi.
Lakin erməni qəsbkarlarının
27 sentyabr 2020-ci ildə
təxribat xarakterli hücumu xalqımızın
səbr kasasını
aşırdı.
Cənab
Prezidentin, Ali Baş Komandanın əmri ilə əks hücum əməliyyatları
Qarabağ torpaqlarında
miladın başlanmasına
vəsilə oldu. 44 günlük müharibədə
xalqın "Dəmir
yumruğu" mənfur
düşmənin başına
endirildi. 27 ildən artıq bir müddətdə düşmən tapdağına
məruz qalan torpaqlar azadlığa qovuşdu. Üçrəngli bayraq dalğalandı
Qarabağın hər
bir kiçik kənd, qəsəbə və şəhərində.
Qalib Ordu, Qalib Dövlət, Qalib Xalq anlayışı
yarandı.
Həmişə bizim üçün müqəddəs olan üçrəngli bayrağımız
bu gün sanki daha çox
göz önündədir
və ölkəmizin
hər guşəsini
bəzəyir. Təbii ki, bunun da əsas səbəbi
yaşadığımız mühüm tarixi zəfərdir. Çünki bu gün hamımız
bu tarixi zəfərin iştirakçısına
və şahidinə çevrilmişik. Bu gün Azərbaycan xalqı öz tapdalanmış hüquqlarını
bərpa edir. Keçən 27 ildən çox
müddət tarixi zəfərin şərt olduğunu göstərdi.
Məhz buna görə də Azərbaycan dövləti
öz Ali Baş Komandanının rəhbərliyi
ilə 2020-ci il sentyabrın 27-də
düşmənin yeni
təxribatına qarşı
əks-hücuma keçməklə
torpaqlarımızın yağı
düşməndən təmizlənməsi,
öz tarixi sakinlərinin bu yerlərə geri dönməsi uğrunda Vətən müharibəsinə
başladı. Bu müharibə Azərbaycan
xalqının haqq işidir.
Vurğulamaq yerinə düşər
ki, Birinci Qarabağ müharibəsində
Azərbaycan torpaqlarının
20 faizini işğalı
xalqımızın yaddaşında
ağır izlər qoyub, məğlubiyyət
psixologiyasının formalaşmasına
səbəb olub. Lakin Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə gəlişi xalqımızın
bu psixologiyadan qurtulmasının, həmçinin,
işıqlı günlərə
çıxmasının başlanğıcı
oldu. Dahi rəhbər ilk öncə
siyasi, iqtisadi və ən əsas da hərbi
sahədə islahatların
aparılmasına dair
siyasi fəaliyyət həyata keçirdi.
Məhz düzgün aparılan siyasi fəaliyyətin nəticəsində Azərbaycan
dirçəliş yoluna
qədəm qoydu.
Hərbi
sahədə həyata
keçirilən düzgün
siyasətin nəticəsi
isə göz qabağındadır. Artıq Azərbaycan
torpaqları işğal
edilmiş bir ölkə deyil. Azərbaycan qalib ordunun, qalib xalqın ölkəsidir.
Azərbaycan İkinci Qarabağ müharibəsi ilə dünyaya, həm də xalq və
dövlət birliyinin
nümunəsini göstərdi. Artıq dünya
dövlətləri anladılar
ki, apardıqları siyasətdə yanlış
qərarlar verəcəkləri
təqdirdə Azərbaycanla
hesablaşmalı olacaqlar.
İndi isə Azərbaycan üçün quruculuq mərhələsi - postmünaqişə
dövrü başlayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi birtərəfli
qaydada öz əksini tapıb. Cənab Prezidentin bildirdiyi kimi, bunu həll edən tərəf bizik, Azərbaycan dövlətidir: "Biz ərazi
bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə
duran hər hansı başqa məsələmiz yoxdur.
Biz öz sərhədlərimizə
çıxmışıq. Ermənistan-Azərbaycan sərhədini nəzarətə
alımışıq. Biz artıq quruculuq
işlərinə başlamışıq".
Bəli, bu gün Qarabağda
genişmiqyaslı bərpa-quruculuq
işləri aparılır. Böyük
Qayıdış proqramı
çərçivəsində müasir texnologiyalara əsaslanan "ağıllı
şəhər", "ağıllı
kənd" layihələrinin
icrası diqqətdə
saxlanılır. Həm
Qarabağda, həm də Zəngəzurda yeni elektirik xətləri, ötürücü
xətlər bir sözlə, texniki vasitələrin yüksək
səviyyədə idarəsi
üçün hər
cür şərait yaradılır. Bütün bunlarla yanaşı,
yol infrastrukturunun bərpasına xüsusi önəm verilir.
Qarabağda bərpa-quruculuq işlərində
diqqət çəkən
məqamlardan biri də odur ki,
hazırda düşmən
minalarından təmizlənmiş
ərazilərdə üç
aeroport tikilir. Bunlardan biri
artıq istifadəyə
də verilib. Bu hava limanlarının
tikilməsində əsas
məqsəd isə turistlərlə bərabər,
qaçqın və köçkünlərin rahat
şəkildə evlərinə,
yurd-yuvalarına dönmələrinə
şərait yaratmaqdır.
Xüsusilə onu da qeyd etməliyik ki, bu müharibədə
Azərbaycan Ordusu təkcə işğal olunmuş əraziləri geri qaytarmadı, həmçinin, blokada şəraitində inkişaf
edən Muxtar Respublikamızın da gələcək inkişafı
üçün yeni yollar açdı. 44 günlük müharibənin
sonunda bağlanan üç tərəfli kaputilasiya aktında Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasında nəqliyyat
kommunikasiyasının yaradılmasının
qeyd edilməsi vurğuladığımız məsələyə
bariz nümunədir.
Yeri gəlmişkən qeyd edək ki, Prezident
İlham Əliyevin
"Azərbaycan Respublikasında
iqtisadi rayonların yeni bölgüsü haqqında" 7 iyul
2021-ci il tarixli Fərmanında ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsünü fərqləndirən
bir neçə məqam öz əksini tapıb. Belə ki, bu fərmanla
Şərqi Zəngəzur
və Qarabağ iqtisadi rayonları yaradılıb.
Ümumilikdə götürsək, bu yeni imzalanan Fərmanla Qarabağın iqtisadi potensialından daha geniş istifadə edilməsinə zəmin yaradacaq. Xüsusilə nəzərə almalıyıq ki, Şərqi Zəngəzur vasitəsilə açılacaq yol vasitəsilə muxtar republikamız iqtisadi və sosial cəhətdən inkişafın yeni mərhələsinə qədəm qoyacaq.
Torpaqlarımızın işğaldan azad edilməsində öz qanından, canından keçən şəhidlərimizin də xatirəsi diqqətdə saxlanılır.
Müharibədən sonra qazilərin sosial şəraitinin artırılması üçün xüsusi layihələr hazırlanıb, həmçinin, müharibədə qəhrəmanlıq və şücaət göstərənlər orden və medallarla təltif edilib.
Unutmamalıyıq ki, Azərbaycan xalqının bu Şanlı Qələbəyə gedən yolunu bizə Ulu öndər Heydər Əliyev açdısa, bu yolda inamla irəliləməyə, zəfərə çatmağa, "Dəmir yumruq" kimi birləşməyə Ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev imza atdı, onun səyi və bacarığı sayəsində bunu bacardıq.
Nuray NƏZƏROVA
525-ci qəzet.- 2021.- 1 oktyabr.- S.11.