35 il sonra - yenidən Şuşalı günlərim  

 

Şuşa ilk sevgi kimidir. Bir dəfə görən o ilahi məkana ədəbi vurulur. Sonra klassik şairlər demişkən, təkrar-təkrar "vüsala yetmək" istəyir. Mən Şuşada ilk dəfə məktəbli ikən - 1967-ci ildə pioner düşərgəsində olmuşam. İkinci dəfə 1969-cu - ildə bu dəfə pioner düşərgəsində - amma o vaxtkı Pedaqoji İnstitutun filologiya fakültəsinin II kurs tələbəsi - gənc müəllim kimi.

 

 

 

Şəkildə gördüyünüz mənzərə Şuşada ilk stadionun açılış günüdür. Əlbəttə, "stadion" sözü futbol qapılarının (olduqca sadə bəsit), bir adicə torun müşayiətilə assosiasiya edilən hamarlanmış torpaq sahəsi idi. Şəhərə səs yayılmışdı ki, "Neftçi" futbol komandası (üç il əvvəl SSRİ çempionatının bürünc medalçısı) Şuşaya gələcək. Yerli camaat da, dincəlməyə gələnlər - onların arasında SSRİ-nin müttəfiq respublikalarından müxtəlif millətlərin nümayəndələri vardı - hamı həyəcanla bu tarixi hadisənin şahidi iştirakçısı olmaq istəyirdilər. Şəhər rəhbərliyi buldozerləri, traktorları, lazım olan digər texnikaları gətirdib meydança üçün nisbətən uyğun bir yer seçib oranı sahmana saldılar. Ot örtüyündən oturacaqlardan söhbət gedə bilməzdi. Oturacaqları təbii relyefi amfiteatrı xatırladan xırda kömbə təpələr, yamaclar təşkil edirdi.

 

Əlbəttə, "Neftçi" gəlmədi, SSRİ çempionatının qızğın vaxtı idi. Amma əvəzində kifayət qədər peşəkar hansısa "Burevestnik", "Ehtiyat əmək qüvvələri" - dəqiq xatırlaya bilmirəm, 52 il keçib üstündən - buna bənzər bir klub torpaq meydançaya çıxdı. İlk məşqlərindən məlum oldu ki, mükəmməl komandadır, həvəskar şuşalıların onlarla oyunu heç asan olmayacaq. Belə oldu. İlk hissə 2-0 qonaqların xeyrinə bitdi. Yerlilər , qonaqlar da mütləq şuşalıların qələbəsini istəyirdi. Amma ustalıq göz qabağındaydı. Həvəskar şuşalılar üstün ola bilmirdilər. Ustalıq səviyyəsi öz sözünü deyirdi. Elə bu zaman dalğa kimi bir söz bütün stadiona yayıldı. "İndi ağdamlı uşaqlar oyuna girib bakılıların dərsini verəcəklər". Doğrudan da, elə oldu. Bu dəfə ağdamlı uşaqların ustalığı, məharəti öz sözünü dedi matç 3-2 hesabı ilə şuşalıların xeyrinə qurtardı. Sevinci, azarkeşlərin alqışlarını təsvir etməkdə acizəm.

 

Sonralar da bir neçə dəfə Şuşaya yolum düşdü. Hər dəfə olduqca sağlam, güclü xoşbəxt halda İmişliyə dönürdüm. Axırıncı dəfə 1986-ci ildə Şuşada oldum. Şagirdləri böyük şairimiz M.P.Vaqifin abidəsini ziyarətə apardıq. Məktəblilər şeir dedilər. Elə oradaca kiçik bir "Vaqif" müsabiqəsi keçirtdik, qalibləri mükafatlandırdıq. Həyat yoldaşım, övladlarım Tural, Tenel qohumumuzla şəkil çəkdirdik.

 

 

 

nəhayət!..

 

29 avqust 2021-ci il!

 

Hamının can atdığı, amma bir qrup insana nəsib olan səadət! Azərbaycanın əsasən şair yazıçılarından, elm mədəniyyət xadimlərindən ibarət qrup Vaqif Poeziya Günlərinin açılışına gedir. Möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı mərasimi daha təntənəli sanballı edəcək. Hamımız qürurluyuq. Axı tarixi hadisənin iştirakçıları olacağıq!

 

"Abadan kənd tüstüsündən, firavan şəhər yolundan bəlli olar" deyiblər. qədər doğru dəqiq söyləyiblər. Zəfər yolu qələbəmiz qədər gözəl ürəkaçandır, müasir yolsalmanın ən gözəl örnəklərindən biridir. Yol getdikcə ürəyimiz dağa dönürdü, mənzərəli yerlərdə şəkil çəkdirirdik. Axı bu yerlərdə 30 ilə yaxın olmamışdıq.

 

 

 

Qonaqların bir qrupu 5 ulduzlu "Xarıbülbül" otelində, digərləri onun yaxınlığındakı beşmərtəbəli binada yerləşdilər.

 

Hamı doğmasına qovuşmuş həsrətlilər kimi Şuşanın müxtəlif istiqamətlərinə səpələndilər. Adamlar vaxtı ilə olduqları yerlərə tez baş çəkmək, xatirələri ilə bağlı məkanları görmək istəyirdilər. Gecə düşəndə kədərli, nisgilli, amma qürur dolu xatirələr bir-bir çözələnirdi. Xatirələr dalğasında kimlər yox idi - Xalq yazıçıları Anar, Elçin, Mövlud Süleymanlı, Natiq Rəsulzadə, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Vahid Əziz, mədəniyyət naziri Anar Kərimov, Xalq artistləri Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Polad Bülbüloğlu, görkəmli alim-diplomatlar Həsən Həsənov, Vilayət Quliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Əziz Ələkbərli, Fazil Mustafa, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, tanınmış ədəbiyyatşünas alimlərdən, yazıçı şairlərdən Vaqif Yusifli, İlqar Fəhmi, Əsəd Cahangir, Məhərrəm Qasımlı, İntiqam Qasımzadə, Azər Turan, Elnarə Akimova, Yunus Oğuz, Pərvin Nurəliyeva, Barat Vüsal, Sayman Aruz, Sərvaz Hüseynoğlu, Şəhriyar Del Gerani, Dayandur Sevgin, Elxan Zal Qaraxanlı, Fərid Hüseyn... kimlər, kimlər...

 

Şuşada sürətli keyfiyyətli quruculuq işləri gedir. Bütün səylər ona yönəlmişdir ki, qədim tarixi şəhərin arxitekturası gözlənilsin. Ona görə qoyulan hər bir daş, hörülən hər santimetr divar belə "yüz ölçülüb bir biçilir". Hər bir binaya həssaslıqla yanaşılır. Şuşanın memarlıq xüsusiyyətləri əvvəlki görünüşünə qaytarılır. Eyni zamanda, müasir üslubda, tarixi evlərlə uyğunlaşan yeni binalar da inşa edilir. Vaqif Poeziya Günləri başlamadan bir gün öncə Prezidentin iştirakı ilə yeni 150 nəfərlik otelin təməli qoyuldu. Sürətli inşaatın birprinsipial məqsədi var: şuşalıların qayıdışını mümkün qədər tezləşdirmək. Bu ali məqsəd Prezident İlham Əliyev tərəfindən Vaqif Poeziya Günlərinin açılış mərasimindəki nitqində özünün dəqiq ifadəsini belə tapdı: "Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idikbiz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik.

 

Prezidentin çıxışında qarşıya qoyulan strateji hədəflər, ilk növbədə regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərin yenidən dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlıdır.

 

Şuşanın gecələri işıq selində üzür. Bu mənzərə Xankəndidən çox aydın görünür. Düşmənin bağrına dağ çəkməklə yanaşı, əminəm ki, dincliksülh arzulayan sadə erməni vətəndaşlarının Şuşada yaşamaq, Azərbaycanın tabeliyində olmaq hissini də alovlandırır. Axı kim daimi gərginlikdə, yoxsulluqda, ən zəruri insani ehtiyaclarını ödəməkdə çətinlik çəkən ac, iqtisadi resursları çox cüzi olan ölkədə ömür çürütmək istəyər? Təsadüfi deyil ki, son zamanlar mətbuatda tez-tez erməni vətəndaşlarının yaşamaq üçün Şuşaya, digər Azərbaycan ərazilərinə keçmələri haqqında xəbərlər oxuyuruq. İnanıram ki, əvvəl-axır elə belə də olacaq: ermənilər Azərbaycan vətəndaşlığı alıb Azərbaycanda yaşamaq istəyəcəklər!

 

 

 

 

İlham Əliyev həm qüdrətli Prezidentdir, həm də layiqli övladdır. O, ata nəsihətini əsl övlad kimi ləyaqətlə yerinə yetirdi. Bu gün Azərbaycanın hər yerində Ulu öndərin vəsiyyətləri çiçək açır. Qısa müddətdə Zəfər yolu çəkdirdi, Füzuli aeroportunu istifadəyə verdi, Laçında və Kəlbəcərdə yeni hava limanlarının hazırlıq işlərini həyata keçirdi. Ağdamda - bu qədim və mərd şəhərimizin geniş, əhatəli layihəsinin təməlini qoyub. Mütəxəssislər deyirlər ki, tam yeni və bənzəri olmayan bir şəhər tikiləcək ki, dörd gözlə baxılacaq.

 

İlham Əliyev həm də bir çox dövlət başçılarından fərqli olaraq Qalib Ali Baş Komandandır. O, Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıraraq əbədi yaşayacaqdır.

 

İstər istəməz M.Müşfiqin sanki bu məqam üçün deyilmiş sözlərini xatırlayıram:

 

Mənim könlüm deyir ki,

hələ bunlar nədir ki,

gözəl günlər,

şanlı günlər,

şən günlər,

yoluna düşən günlər,

hələ qarşımızdadır.

 

 

Səyyad ARAN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, Filologiya elmlər namizədi

 

525-ci qəzet.- 2021.- 1 oktyabr.- S.8.