Görkəmli alimin 75 illiyinə

 

Oktyabrın 3-ü görkəmli alim, AMEA Riyaziyyat Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 75 illik yubileyidir...

 

İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz müəyyən bir mənzildə ayaq saxlayıb arxaya boylanmalı, irəliyə nəzər salmalı olursan. Bu, bir növ insanın özünə hesabatı olsa da, əslində, cəmiyyət qarşısında hesabatdır.

 

Getdiyimiz yolu təkrar geri qayıda bilmərik. Dünyanın fani olduğunu dərk edib sənə verilən ömür payını elə yaşamalısan ki, yaxşı əməllərin özündən sonrakı nəsillərə örnək olsun. Sənin getdiyin yoldan bir keçmək istəyənlər olsun.

 

Misir müəllim yaşadığı bu 75 illik ömür yolunda şəxsiyyətinə, adına yaraşan ləyaqətli bir ömür yaşayıb. Həyatın mütləq həqiqətlərini dərk edən, dünyanın hər üzünü görmüş, yaxşını-pisdən, ağı-qaradan ayırmağı bacaran, zəngin mənəviyyata malik bir insan kimi özünəməxsus yer tutub insanların qəlbində. Allah yaratdığı insanlara müxtəlif missiyaları həyat keçirmək üçün fürsət yaradır. Xoşbəxt o insandır ki, ona verilən ömür payını ləyaqətlə yaşayır, əxlaqı, fəziləti, inamı, etibarı, etiqadı, ruhi əzəməti ilə insanlara insanlığa nümunə olur. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, səmimiyyət kimi ali insani keyfiyyətləri ilə Misir Mərdanov bir nümunədir. Misir müəllim şərəfli ömür yolu keçən şəxsiyyətlər sırasındadır.

 

Hər bir insan istənilən məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmalıdır. İradə elə bir keyfiyyətdir ki, o, istedaddan da güclüdür deyir Misir müəllim. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə - dözümlülük, əziyyətlərə qatlaşmaq lazımsız istəklər üzərində qələbədir. Hətta zəif iradəsi olan istedadlı adam heç nəyə nail ola bilməz. Odur ki, iradəli insan ilk növbədə çatacağı məqsədə özünü inandırmalı, istədiyi məqama nail olaraq başqalarına örnək olmalıdır. Məhz Misir müəllim iradəsi sayəsində öz yolunu tapan, arzu istəyinə qovuşan insandır.

Misir müəllim təhsil idarəçiliyi işində xeyli yol keçib, müxtəlif vəzifələr tutub, Bakı Dövlət Universitetinin rektoru, təhsil naziri vəzifələrində çalışıb. Ancaq heç dəyişməyib. Həmişəki Misir müəllim olaraq qalıb. Güləruz, səmimi, sadə, xeyirxah insan.

 

"Hansı müəssisəyə gedirəmsə, hörmət görürəm. 15 il təhsil naziri işlədiyim vaxt BDU-ya rəhbərlik etdiyim dövrdəki fəaliyyətim hədər getməyib. etmişəmsə, onun cavabını alıram" - deyir Misir müəllim.

 

Onu tanıyanlar - dostları, tələbələri, müəllim həmkarları digər insanlar Misir müəllim haqqında hər zaman xoş sözlər söyləyir. Nurlu, gülərüz simalı, alicənab, insansevər, qayğıkeş, sözün həqiqi mənasında gözəl insandır Misir müəllim.

 

Dəyərli ziyalı Misir müəllimi 75 illik yubileyi münasibəti ilə "525-ci qəzet"in kollektivi adından səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, elmi yaradıcılığında ictimai fəaliyyətində yeni uğurlar diləyirik!

 

SEVİNC

 

 

525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.19