"TÜRKSOY Media Mükafatı" Vətən müharibəsini işıqlandıran jurnalistlərə verildi

ELÇİN QAFARLI: "BU FƏDAKAR, QƏHRƏMAN İNSANLARIN VASİTƏSİLƏ DÜNYA AZƏRBAYCAN HƏQİQƏTLƏRİNDƏN BİRBAŞA VƏ DƏQİQ XƏBƏR TUTA BİLDİ"

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2009-cu ildən etibarən hər il türk dünyasında baş verən mədəniyyət incəsənət hadisələrini, ümumtürk mədəniyyətini təşkilatın fəaliyyətlərini geniş işıqlandıran, dünya mətbuatında təbliğ edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə mətbuat qurumlarına "TÜRKSOY Media Mükafatı" təqdim olunur.

 

525.az xəbər verir ki, TÜRKSOY builki media mükafatını Qarabağ savaşına həsr edib. 2020-ci il üçün özəl olaraq "TÜRKSOY Media Mükafatı"nın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran yayımlayan yerli xarici media təmsilçilərinə verilməsi qərara alınıb.

 

Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlının sözlərinə görə, 2020-ci ildə başlanan pandemiyaya görə dünyanın hər yerində olduğu kimi, TÜRKSOY tərəfindən keçirilən tədbirlər məhdudlaşdırılıb: "Lakin təşkilatımızın ən fəal üzv ölkələrindən biri olan doğma Azərbaycanda önəmli hadisələr baş verdi. 30 ilə yaxın işğal altında olan Qarabağın, torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başlandı qəhrəman ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında parlaq zəfər qazandı. Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini, Gəncə, Bərdə, Tərtər digər bölgələrimizdə baş verən hadisələri dünya ictimaiyyətinə çatdıran yerli xarici media nümayəndələrinin böyük əməyini fədakarlığını görməmək mümkün deyildi. Bu fədakar insanların, sözün əsl mənasında qəhrəman müxbirlərin, operatorların, fotoqrafların döyüş bölgələrindən verdiyi xəbərlər çəkdiyi şəkillər vasitəsilə dünya Azərbaycan həqiqətlərindən, müharibə vaxtı baş verən hadisələrdən birbaşa dəqiq xəbər tuta bildi".

 

E.Qafarlı bildirib ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təklifi təşəbbüsü ilə 2020-ci il üçün media mükafatlarını məhz bu fədakar media nümayəndələrinə təqdim edilməsi qərarlaşdırıldı təqdimat mərasiminin Bakıda keçirilməsi mükafat alan media nümayəndələrinin Şuşaya səfər etməsi təklif edildi. "TÜRKSOY Media Mükafatı"na layiq görülənlər arasında Türkiyə, Azərbaycan başqa ölkələrdən olan jurnalistlər var. Bu mükafat keçən illər ərzində əsasən üzv ölkələrimizdən olan media nümayəndələrinə təqdim edilmişdi. Bu dəfə isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan nümayəndələrindən başqa, Xorvatiya Fransa jurnalist fotomüxbirləri siyahıya daxil edildi onlar Bakıya dəvət olunaraq mükafatlara layiq görüldülər".

 

Onun dediyinə görə, namizədlərin seçimi çox həssas məsələ olduğu üçün təşkilat media nümayəndələrinin müəyyənləşdirilməsi siyahıların TÜRKSOY-a təqdim olunması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə xarici ölkələrdəki səfirliklərinə müraciət edilib: "Nazirlikdən səfirliklərimizdən bizə daxil olan siyahılar əsasında mükafat alacaq jurnalistləri, fotomüxbirləri media qurumlarını müəyyən etdik. Beləliklə, yekun rəyə əsasən, müxtəlif ölkələrdən olan otuz altı jurnalist 2020-ci il üçün Xarıbülbül "TÜRKSOY Media Mükafatı"na layiq görüldü" .

Bu il iyunun 4-də Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində şəhid olmuş azərbaycanlı jurnalistlər - AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov AzTV-nin əməkdaşı Sirac Abışov da TÜRKSOY tərəfindən diqqət mərkəzində saxlanılıb. Şəhid jurnalistlərin adı mükafatçılar sırasına daxil edilib.

 

Elçin Qafarlı deyib ki, jurnalistlər Məhərrəm İbrahimov Sirac Abışov Qarabağ hadisələrini işıqlandırarkən həyatlarını riskə atmış iki qəhrəman jurnalistimiz vəzifələrini icra edərkən minaya düşərək şəhidlik zirvəsinə ucalıblar: "Bu hadisə bizim diqqətimizdən kənarda qala bilməzdi. Ona görə şəhid jurnalistlərimiz Məhərrəm İbrahimovu Sirac Abışovu "TÜRKSOY Media Mükafatı"na layiq görüləcək jurnalistlərin siyahısına daxil edərək bir daha bu erməni vəhşiliyinə vandalizminə dünyanın diqqətini çəkməsini istədik".

 

Onun sözlərinə əsasən, mükafata layiq görülənlər sırasında Türkiyənin "Haber Global" televiziyasının əməkdaşı Osman Girgin, "A Haber"in əməkdaşı Abdulkərim Ulak, "CNN Türk"ün sabiq işçisi, hazırda Fox TV- çalışan Fulya Öztürk, dünyaca məşhur fotoqraf Reza Deqati var: "Sözsüz ki, bu fədakar jurnalistlər öz fotoları canlı yayımları ilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının haqq səsini baş verən hadisələri xronikal olaraq dünyaya çatdırırdı. Reza Deqati Fulya Öztürk Azərbaycanda xüsusilə çox sevilir. Amma mükafat alan siyahımıza düşməyən neçə-neçə jurnalistin fədakar əməyini qeyd etmək istərdim. Belə müqəddəs işdə xəbərin kiçik ya böyüklüyündən asılı olmayaraq hər bir jurnalistin əməyi böyükdür. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Bu, əsl qardaşlıq nümunəsidir".

 

"TÜRKSOY Media Mükafatı" ilə təltif olunan yerli xarici media təmsilçilərinin Şuşa şəhərinə səfəri təşkil olunub. Media nümayəndələri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın tarixi-mədəni irsi, 28 ildən artıq davam etmiş erməni işğalı dövründə dağıdılıb talan edilən tikililər, vandalizmə məruz qalan abidələr, məscidlər, eləcə Şuşanın işğaldan azad edilməsindən sonra başlanan quruculuq işləri ilə tanış olublar. Yerli xarici media təmsilçiləri şəhərin mərkəzi meydanı - "Bazarbaşı"nı, erməni vandalizminə məruz qalmış "Güllələnmiş heykəllər"i - Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün büstlərini, 2021-ci il iyunun 15-də Azərbaycan Türkiyə Prezidentləri tərəfindən tarixi Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Natəvanın evini, "Xan qızı bulağı"nı, Şuşa qalasının girişi olan Gəncə qapısını, Aşağı Gövhər ağa Yuxarı Gövhər ağa məscidlərini, Cıdır düzünü, bu ilin avqustunda bərpadan sonra açılışı keçirilən Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini digər yerləri ziyarət ediblər.

 

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan genişmiqyaslı quruculuq işləri, şəhərin tarixi görkəminin, zəngin mədəni irsinin bərpası ilə bağlı həyata keçirilən layihələr barədə media nümayəndələrinə ətraflı məlumat verilib.

 

E.Qafarlı vurğulayıb ki, bu il TÜRKSOY təşkilatı türk dünyasının iki dahisi - Nizami Gəncəvi Yunus İmrə ilini geniş qeyd edir. Üzv ölkələrdə dünyanın digər ölkələrində müxtəlif tədbirlər, sərgilər, konsertlər yayımlar həyata keçirilir. Hazırda Nizami Gəncəvinin əsərlərini öz rəsm əsərlərində vəsf edən türk dünyası rəssamlarının əsərləri bir kitabda toplanaraq nəşrə hazırlanıb: "Böyük türkoloq Aqafangel Krımskinin "Nizami onun müasirləri" əsəri bizim təklifimizlə ADPU nəzdində fəaliyyət göstərən "TÜRKSOY Kafedrası" tərəfindən Azərbaycan dilinə çevrilib bu il Mədəniyyət nazirliyimiz tərəfindən nəşr olunması nəzərdə tutulub. Bundan əlavə, Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə ustadın seçilmiş şeirləri Türkiyə türkcəsinə tərcümə edilərək TÜRKSOY tərəfindən nəşrə verilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təklifi diqqətə alınaraq Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması nəzərdə tutulub".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.9.