"Ot üstündə səhər yeməyi"

 

 "Bir rəsmin dedikləri" rubrikası

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, sənətşünas Sevinc Əliyevadır. Onunla fransız rəssamı Eduar Manenin "Ot üstündə səhər yeməyi" əsəri haqqında danışmışıq.

 

***

 

- Sevinc xanım, əvvəlcə Eduar Mane haqqında qısa məlumat verə bilərsinizmi?

 

- Eduar Mane XIX əsrdə yaşamış görkəmli fransız rəssamıdır. O, impressionizm cərəyanının banilərindən biridir. E.Mane 1832-ci ildə Parisdə, zəngin, ziyalı ailəsində anadan olub. Onun yaradıcılığı XIX əsrin ikinci yarısı fransız boyakarlığının inkişafına ciddi təsir göstərib. 1883-cü ildə 51 yaşında vəfat edən rəssam zəngin yaradıcılıq irsi qoyub gedib. Haqqında danışacağım "Ot üstündə səhər yeməyi" (əsəri bəzən "Çəmənlikdə səhər yeməyi" adlandırırlar) Manenin məhşur əsərlərindəndir. Eyni zamanda, bu əsərin məşhurluğu çoxlu söz- söhbət nəticəsində meydana gəlib. Əsərdə diqqət çəkən əsas məqam çılpaq qadın fiqururun iki geyimli kişi fuquru ilə yanaşı təsvir edilməsidir. Arxa planda çaydan su götürən başqa bir qadın surəti diqqəti cəlb edir. Əsər kətan üzərində yağlı boya ilə işlənib. Mane bu əsəri 1863-cü ildə çəkib Paris salonunda nümayiş olunmaq üçün münsiflər heyətinə təqdim edib. Lakin münsiflər heyəti əsərdə "əxlaqsızlıq motivlərinin" olduğunu əsas gətirərək onun salonda nümayiş etdirilməsinə icazə verməyiblər. Nəticədə "Ot üstündə səhər yeməyi" tablosu Parisdəki "Rədd edilənlər salon"unda nümayiş etdirilib.

 

- Qeyd etdiniz ki, rəsmdə çılpaq qadın təsviri tənqidlərə səbəb olub. Axı, Maneyə qədər kifayət qədər çılpaq qadın təsvir edənlər vardı. On doqquzuncu əsrdə bu qədər kəskin reaksiya təəccüblü deyilmi?

 

- Əlbəttə ki, yox. Botiçelli, Karavaco, Rembrandt, Rubens, həmçinin, Manenin müasirləri olan rəssamlar - Delakrua, Klod Mone, Renuar başqaları "" janrında çılpaq fiqurlar işləmişdilər. Lakin o əsərlərin digər qəhrəmanları da eyni görünüşdə təsvir edilirdi. Bundan başqa, həmin əsərlərin ideya-estetik mündəricəsi (klassik süjetlər s.) çılpaq fiqurun yaradılmasına imkan verirdi. Bu əsərdə isə belə bir imkan yoxdur. Çılpaq qadının ətrafındakı kişilər rəsmi kostyum geyiniblər. Onların yanında qadının çılpaq olması əsərin ideya-estetik istiqamətinə cavab vermədiyindən tənqidə məruz qalıb.

 

- üçün ikinci qadın kölgədə qalıb?

 

- Qeyd olunduğu kimi, sözügedən əsərdə 4 surət - 2 qadın 2 kişi surəti var. Onlardan 3-ü - hər iki kişi ön planda verilmiş çılpaq qadın - kompozisiyanın əsas obrazlarıdır tamaşaçının diqqəti, bir qayda olaraq, onların üzərində cəmləşir. Dördüncü fiqur isə arxa planda olduğundan diqqəti o qədər cəlb etmir. Həm ön plandakı qadın çılpaq olduğu üçün daha çox diqqət çəkir arxa plandakı geyimli qadın sanki kölgədə qalır.

 

- Rəssamın yaradıcılığına xas cəhətlər bu əsərdə özünü necə göstərir?

 

- Əsərdə E.Manenin yaradıcılığına xas olan ümumi cəhətlər - sadə lakonik kompozisiya həlli, obrazların quruluş bədii baxımdan bir-biri ilə əlaqələndirilməsi, fiqurativ baxımdan ahəngdarlıq təşkil etməsi özünü büruzə verir. Tabloda impressionizmin səciyyəvi xüsusiyyətləri - aydın cizgilər şəffaf hava, parlaq rənglər üstündür. Manenin tematikasına dəst-xəttinə xas olan gündəlik, qayğısız həyatın realist tərzdə təfsiri tabloda aydın görünür. Sakit süjet xətti, nikbin ovqat rəssamın yaradıcılığının xarakterik cəhətlərini əks etdirir.

 

- Əsərin yaranma tarixçəsi barədə məlumat varmı?

 

- Bəli, var. Rəssam bu tablonun ilk etüdlərini sevimli istirahət yeri olan Arjantöyə, Sena sahilinə istirahət günü etdiyi səfər zamanı işləməyə başlayıb. Rəssamın dostu Adrian Prust bu barədə deyir ki, həmin əsərin yaradılması ideyası Manenin ağlına təbiət qoynunda dincələrkən gəlmişdi. Mane çayda çimənlərə baxaraq demişdi: "Deyəsən, mənim çılpaq fiqur çəkmək vaxtım çatıb". Rəssam xüsusi olaraq vurğulayırdı ki, italyan rəssamı Corcone çılpaq qadın fiqurunu musiqiçilərlə bir yerdə təsvir edib, mən isə bunu açıq havada, təbiət qoynunda əks etdirəcəyəm".

 

- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?

 

- Əsərin rəng koloritinin həllində təzadlı çalarların - tünd və açıq rənglərin bir-biri ilə əlaqələndirilməsi üstünlük təşkil edir ki, bu da tablodakı harmonikliyi daha da qüvvətləndirir. Əsərdə qəhvəyi-qara, yaşıl və rənglər üstündür. Tabloda plener texnikasının - işıqlı rəng çalarlarının havanın şəffafığı ilə ahəngdarlıq təşkil etdiyini görmək olar.

 

- Tablo hazırda harada saxlanılır?

 

- Tablo hazırda Parisdəki Orse muzeyinin 29-cu zalında saxlanılır.

 

- Bu rəsm bizə nə deyir?

 

- Sakit, səfalı təbiət guşəsində insanların istirahəti, səhər yeməyi, bundan sonra tələsmədən söhbət etməsi əks olunan bu tablo sanki sakitliyi, arxayın əhvali-ruhiyyəni təlqin edir. O, bəzən əhəmiyyət vermədiyimiz adi, gündəlik həyatın səfasını, hətta ən kiçik məqam və hadisələrdən belə zövq ala bilməyin vacibliyini bizə başa salır, insan həyatının istənilən anının unudulmaz xatirələr, parlaq təəssüratlar yarada biləcəyi fikrini çatdırmaq istəyir.

 

Aytac SAHƏD

 

525-ci qəzet .- 2021.- 6 oktyabr.- S.21.