Qələmsiz yazılanlar

 

status-esselər

 

Deyir, əvvəl bu telefonlar

yox idi deyə, televizora baxırdılar...

 

***

 

Aydın olmayan nəsə var ki?!

 

***

 

Futbol milli komandamızın baş məşqçisi özümüzdən olmalıdır. Udarıq, ya uduzarıq - fərq etməz.

 

Yenə bilərik ki, özümüzük.

 

***

 

Bir yanlış addımı adam haqqında təəssürat yaradır. Sonra on düz addım bu pis təəssüratı zorla silib aparır.

 

***

 

Görən hər zaman görür...

 

***

 

Bəzən əndazəni aşan inadkarlığın, hətta üzlülüyün jurnalistin işinə yaradığı məqamlar olur. Amma savad, məlumatlılıq, iti dəqiq müşahidə qabiliyyəti, intuisiya, təhlil etmə, nəticə çıxarma bacarığı... kimi bir çox zəruri keyfiyyətlərdən xali olan jurnalistin boşuna inadkarlığı əvvəl-axır mütləq həyasızlıq təsiri bağışlayacaq.

 

Dilin var, lap yaxşı! Amma o dilin üstündə dilçəyin yoxdusa, ta heç zad...

 

***

 

Hərdən yuxuda elə adamı görürsən ki, izahı heç cür mümkün olmur.

 

***

 

Bəzən böyük bir məqalə bir cümləyə görə yazılır...

 

***

 

Təkərlərinin səsindən bilinir ki, qatar uzağa gedəcək.

 

***

 

O qədər mənasız adamlar pul qazanıb ki, heyrət edirsən.

 

Əsl tapmacadır - bu qədər var-dövləti hansı qabiliyyətin sayəsində əldə edib?!

 

***

 

Bəzək-düzək yaxşıdır, amma altında qiymətli nəsə olanda...

 

***

 

Bu templə yaxın vaxtlarda hamı Şuşanı görə biləcək. Gileylənən qalmayacaq.

 

***

 

"Kapital"ı Xəttab yazıbmış?..

 

Mahir Xəttabı feysbukdan, qiyabi tanıyıram. Hərdən üsyankar, çılğın statusları rastıma çıxır.

 

Sentyabrın 8-də əvvəlcə öz saytında Ramiz Göyüşovun məlum videosunun yayıldığını böyük hay-küylə xəbər verdi onun ünvanına təhqir sayılacaq kəskin ifadələr işlətdi. Çox keçmədi, cəmi bir-iki saatdan sonra bu statusu silib mövqeyini 180 dərəcə dəyişərək əks fikirlər paylaşdı, "Ramiz bəyin" şantaja uğradığını deyib onun müdafiəsinə qalxdı, əvvəlki fikirlərinin səhv olduğunu bildirdi. Həm Göyüşovu ifrat dərəcədə , "barıtı çox" müdafiə elədi, onun məsum obrazını yaratdı. Bəlkə , Göyüşov ömründə  heç belə müdafiə görməmişdi...

 

Bu müdafiə statusları onun səhifəsində indi durur.

 

Qısa vaxt aralığında Mahir Xəttabın bir-birinə zidd belə fərqli fikirlər söyləməsi feysbuk istifadəçilərinin diqqətindən qaçmadı, mövqeyini dəyişməsi izləyicilərin tənqidinə, tənə qınağına tuş gəldi. Xoruzun quyruğu açıq-aşkar görünürdü.

 

Bunların ardınca Xəttabın Göyüşovdan 2000 manat aldığına görə həbs edilməsi xəbəri yayıldı Göyüşovun üstünə gedənlərin səsi kəsildi; elə bil, qurbağa gölünə daş atdılar. Xəttabı müdafiə edən az-çox həmkarları da yoxa çıxdılar.

 

Beləcə, bu şantaj videosunun qurbanı Xəttab oldu. Bəlkə, istintaq videonu hazırlayan yayan şəbəkəylə onun əlaqəsini, yaxud başqa hanısısa məqamları da üzə çıxaracaq, deyə bilmərəm, amma bu hadisə həm reket sayt rəhbərlərinə, bəzi jurnalistlərə görk idi.

 

Belə çıxır ki, hamı sakitləşdi, hər şey unuduldu, bircə Xəttab öz sadəlövhlüyünün güdazına getdi.

 

Müəmmalı məqamlardan biri Göyüşovun davranışları oldu. Əgər Xəttab təhqiri silib, səhv etdiyini boynuna alıb, Göyüşovun alovlu müdafiəçisinə çevrilmişdisə, bunlardan sonra ona rüşvət verməyin, onu tutdurmağın mənası nəydi ki? Təzədən təhqirə başlamayacaqdı ki?

Telefonu söndür, qısıl abrına, otur yerində ...

 

Vəziyyət bu həddə ki çatmışdı, belə prinsipial mövqeni Göyüşov gərək o videonu çəkənlərə, onu yayanlara bir az da özünə qarşı göstərəydi.

 

***

 

Hikmət Sabiroğlu getdimi Şuşaya?

 

***

 

Niyə özünüzü dartırsınız ki?)

 

***

 

Könül bulandıranlar həmişə olacaq.

 

***

 

"Şərq" qəzetinin yeni rəngli dizaynı fərqli formatı ləzzət elədi. Məhdud imkanlarla, əməkdaşlarının zəhməti zövqüylə belə nümunə ortaya qoymaq fədakarlıqdır. Əziz dostum Akif Aşırlını zəhməti olan bütün əməkdaşları təbrik edirəm.

 

***

 

 Qəzet vərəqləmək üçündür, o da yanında spirt olanda.

 

Barmaqlarına çıxan rəngi yumağa...

 

***

 

Siqaret çəkən tanışlarınızdan heç koronaya tutulan olub?

 

***

 

Sizin səsinizi votsapda 2x-lə dinlədim...

 

***

 

Harınlıq ikrah doğurur...

 

***

 

Milli Musiqi Günü ilə Neftçilər Gününün ard-arda gəlməsi təsadüf olsa da, dərin anlamı var.

 

Həm düşünməyə sövq edir.

 

Həqiqət ikisinin vəhdətindədir.

 

***

 

Səksəninci illərdə Dünya daha romantik idi, yoxsa biz gənc idik?..

 

***

 

Məmurların özləri, ya köməkçiləri vəzifə borcu sayılan, görməli olduqları hər adi işi sosial şəbəkədə "bəh-bəh"lə paylaşırlar. İşdən çox onun reklamı gözə girir.

 

***

 

Gündə iki xurma bəs edir?..

 

***

 

Feministlərin gözündən uzaq!

 

Belə yerlər var: "Kişilər klubu"

 

***

 

Hər şey qədər aydındır!..

 

***

 

Telefonlar hamını bir-birindən aldı.

 

***

 

Niyə SOCAR-da çalışan bəzi işçilər alimlərdən, müəllimlərdən, hətta icra başçıları nazirlərdən çox əməkhaqqı almalıdırlar ki?

 

***

 

Bakıda neçə ildir funikulyor var, siz hələ minməmisiz?..

 

***

 

Qarabağın dirçəlişinə dəstək ol!

 

Pay ver, payın olsun!

 

"Qarabağ üçün ianə et"dənsə, bu buna oxşar şüarlar daha effektiv olardı.

 

İanə bizim düşüncədə mərhəmət, rəhm kimi təsirlər oyadır.

 

Burada isə rəhm yox, daha coşqu doğuran keyfiyyət qabardılmalıdır.

 

***

 

Ziğa düşdünsə, heç zad...

 

***

 

Bir il öncə - həyəcan nigarançılıq dolu günlərdə əllərimiz ürəyimizin üstündə əsgərlərimizə dua edəndə həm Allahdan havaların soyumamasını arzulayırdıq.

 

İndi dünənki yağışa, bugünkü tutqun, soyuq havaya baxanda ötən ilin payızını, müqəddəs 44 günü yada salır əmin olursan  ki, keçən il haqq savaşımızda Allahın lütfü xalqımızın, əsgərlərimizin üstündə olub.

 

Heç vaxt əskilməsin!

 

***

 

Hər yan tıxac...

 

***

 

Jurnalist bir yaxşı yazıyla da yadda qalır.

 

***

 

"Qarabağ" çox güclüdür. Heç vaxt bizim bu səviyyədə komandamız olmayıb.

 

***

 

Nahar yerinə şeir.

 

Arzulayan gəlsin...

 

***

 

Bir il öncə, 4 oktyabrda Ali Baş Komandan Cəbrayılın işğaldan azad olunmasını elan etdi, Şuşanı "müqəddəs şəhərimiz" adlandırdı.

Həmin günün qüruru, aşıb-daşan sevinci, xoşbəxt göz yaşları heç zaman unudulmayacaq:

 

"İnsanlar təbrik üçün bir-birinə zəng vurur, sevincdən danışa bilmirlər. Telefonun hər iki başında sevinc hıçqırıqları eşidilir. Qələbə müjdəsini göz yaşıyla, hıçqırıqlarla, söz demədən bölüşmək...

 

Bu duyğuları yaşadanlar var olsun!"

 

***

 

Yazıçı-dramaturq Firuz Mustafa bir müddət əvvəl Mövlud Süleymanlının 1970-ci ildə nəşr olunan, avtoqraflı kitabını mənə verərək xahiş etmişdi ki, Mövlud müəllim Azərbaycan Yazıçılar Birliyinə gələndə ona çatdırım, müəllif üçün nostaljisürpriz olacaq.

 

Bu gün Xalq yazıçısı AYB-yə gəlmişdi, 51 il öncə çıxan ilk kitabını ona çatdırdım və anı əbədiləşdirdik.

 

***

 

4 saat sosial şəbəkələrsiz...

 

4 saatlıq keçmiş...

 

4 saat normal ünsiyyət...

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2021.- 6 oktyabr.- S.14.