"Azərbaycan
tolerantlıq və multikulturalizm baxımından
dünyaya örnəkdir"
Multikulturalizm eyni bir ölkədə
yaşayan müxtəlif
xalqların nümayəndələrinin
mədəniyyət hüquqlarını
tanıyan humanist dünyagörüşü
və ona uyğun olan siyasətdir. O, ayrıca götürülüb ölkədə
və bütövlükdə
dünyada müxtəlif
millətlərə və
məzhəblərə məxsus
insanların mədəni
müxtəlifliklərinin qorunması,
inkişafı, harmonizasiyasına,
azsaylı xalqların
dövlətlərin milli
mədəniyyətinə inteqrasiyasına
yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın
təcəssümüdür ki, onsuz humanizm,
yüksək fərdi
və beynəlxalq münasibətlər mədəniyyəti,
insanlar arasında qarşılıqlı anlaşma,
qarşılıqlı zənginləşmə,
dostluq və əməkdaşlıq mümkün
deyil. Multikulturalizm müəyyən birləşmiş cəmiyyət
daxilində etnik, irqi, dini və
mədəni müxtəlifliklərin
qorunmasına və inkişafına yönələn
bir siyasətdir.
Multikulturalizm dünyada tolerantlığa,
dözümlülüyə, dövlətlərarası etibarlı
münasibətlərə və
bütövlükdə demokratik
prinsiplərin beynəlxalq
münasibətlərdə bərqərar olunmasına
xidmət edir. Müxtəlif mədəniyyətlərə və
milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Artıq dünyada
multikulturalizm sahəsində
ən optimal model kimi Azərbaycan nümunəsi
öyrənilir. Xalq
yazıçısı, akademik,
Azərbaycan Dillər
Universitetinin rektoru Kamal Abdullanın fikrincə, bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki
uğurları ilə
dünyanın bir çox ölkələrinə,
o cümlədən, tarixən
zəngin təcrübəsi
ilə tanınan Qərb ölkələrinə
nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin
siyasi simasının əsas cizgilərindən
birinə çevrilib.
Azərbaycan multikulturalizminin
siyasi banisi məhz bunu istəyirdi: "Azərbaycan
tarixini, ədəbiyyatını,
mədəniyyətini, azərbaycançılıq
məfkurəsini, tolerantlığı
bir yerə toplayıb sistemləşdirmək
və dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
sözlərinə görə,
fəxrlə qeyd edə bilərik ki, Azərbaycan bu gün güclü
dövlət quruculuğu
istiqamətində möhkəm
təməllər üzərində
irəliləyir və
bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz
milli-mənəvi dəyərlərinə
bağlılığıdır.
M.Qurbanlı bildirir ki, bu gün Azərbaycanda
müxtəlif dinlər
olsa da, hamısı bərabər
hüquqlara malikdirlər:
"Bu, sənədlərdə deyil, əməllərdə
də təsdiq olunur. Bir sıra ölkələrlə
müqayisədə Azərbaycanda
dini münaqişələr
baş vermir. Məhz Azərbaycanda dini sahəyə münasibətdə yürüdülən
müdrik siyasətin nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən, nüfuzlu
beynəlxalq təşkilatlar,
habelə dünya miqyasında tanınmış
dini liderlər ölkəmizin sülhpərvərliyini,
tolerantlığını, başqa dinlərə dialoqa hazırlıq ruhunu etiraf edir,
bunu yüksək dəyər kimi qiymətləndirirlər. Azərbaycanda bir çox sahələrdə olduğu
kimi, dini sahədə də uğurlu siyasət həyata keçirilir.
Aparılan siyasət beynəlxalq
hüquq normalarına
və tarixən formalaşmış demokratik
dəyərlərə uyğundur.
Ölkəmiz son illərdə dünyada dinlərarası
harmoniyanın və millətlərarası münasibətlərin
inkişafı məkanı
kimi tanınır.
Bu sahədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz fəaliyyətləri
var. Bu gün Azərbaycandan
dünyaya tolerantlıqla
bağlı ciddi çağırışlar edilir".
Millət
vəkili Qənirə
Paşayeva vurğulayır
ki, dözümsüzlüyün
artması, tolerantlığın
azalması və ksenofobiyanın nələrə
səbəb olduğunu
görməyimiz üçün
dünyada bir çox örnəklər
var və biz onlardan dərs almalıyıq: "Azərbaycan
müxtəlif millətlərə
və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə
Qərb, Qərblə
islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və
sivilizasiyalararası dialoqa
böyük önəm
verir. Bu gün
Azərbaycan əsl dialoq məkanına çevrilir. Bütün bunlar
mənim ölkəmin
bütün dinlərə
və mədəniyyətlərə
yüksək ehtiram bəsləməsindən xəbər
verir və dövlətimiz bu istiqamətdəki fəaliyyətini
gələcəkdə də
davam etdirəcəkdir".
Q.Paşayevaya görə, çoxmillətli,
qonaqpərvər ölkəmizdə
tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər. Çünki onlar özlərinə həmişə tolerant münasibət
görüb, sıxılmadan
yaşayıb, yaşayır
və mədəniyyətlərini
yaşadırlar: "Bu gün
ölkəmizdə başqa
xalqların nümayəndələri
öz ana dillərində təhsil
ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə
üzləşmədən müxtəlif sahələrdə
öz töhfələrini
verirlər. Müxtəlif dövrlərdə ölkəmizdə qeyri-islam
dinindən olan insanlar üçün də ibadət yerləri, kilsələr,
sinaqoqlar fəaliyyət
göstərib və hazırda da onlar öz fəaliyyətlərini
davam etdirirlər".
Azərbaycan Alban-Udi Xristian dini
icmasının sədri
Robert Mobili deyir ki, Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin,
dini cərəyanların
qovuşduğu, sülh
və əmin-amanlıq
şəraitində yaşadığı
bir məkandır. Azərbaycan xalqının
digər din və mədəniyyətlərə dözümlü
münasibət bəsləməsinin
bir çox səbəbləri var. Bu yanaşma
Azərbaycan xalqının
təbiətindən, insanpərvərliyindən
və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır, ölkədə sinaqoqlar,
kilsələr fəaliyyət
göstərir, insanlar
dini ayinlərini sərbəst yerinə yetirirlər. Odlar yurdunda bu gün
Azərbaycan türkləri
ilə bərabər,
dağ yəhudiləri,
tatlar, talışlar,
kürdlər, molokanlar,
saxurlar, avarlar, ləzgilər, qrızlar,
udilər kimi etnik qruplar yaşayır:
"Mən udi xalqının nümayəndəsiyəm.
Azərbaycanda tarixən bərqərar
olmuş tolerant cəmiyyət,
milli və dini ayrı-seçkiliyə
yol verilməməsi burada məskunlaşmış
azsaylı xalq və etnik qruplara,
o cümlədən, udilərə
öz varlığını
qoruyub saxlamağa əlverişli mühit yaradılıb. Udi xalqı
Azərbaycanın köklü,
aborigen azsaylı xalqlarından biridir.
Bu etnos qədim
Qafqaz Albaniyasının
Uti əyalətində,
XIX əsrdə isə
Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış
məskənində məskunlaşıb.
Hazırda isə Qəbələ
rayonunun Nic kəndində
və qismən də Oğuz rayonunda udi xalqının
minə yaxın nümayəndəsi yaşayır".
Millət vəkili Ceyhun Məmmədovun fikrincə,
Azərbaycan tolerantlıq
və multikulturalizm ideyalarının təbliği
və tətbiqi baxımından dünyaya
örnək olan bir ölkə kimi tanınır və qəbul edilir. Təməli Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan
dini dəyərlərə
hörmət və qayğını, həmçinin,
dinlərarası tolerantlıq
və multikultural ənənələrin təbliğinə
əsaslanan bu nəcib siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda
nümunəvi dövlət-din
münasibətlərinin mövcud
olduğunu deyən C.Məmmədov ölkədə
çoxlu sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin, təmir edildiyini diqqətə çatdırıb: "Qafqazın
ən böyük ibadət yeri olan "Heydər məscidi"nin inşa edilib inanclı insanların istifadəsinə
verilməsi, din sahəsində
peşəkar kadrların
hazırlanması məqsədilə
Azərbaycan İlahiyyat
İnstitutunun yaradılması,
dini-mənəvi sferaya
dövlət dəstəyinin
gücləndirilməsini təmin
etmək məqsədi
ilə Mənəvi Dəyərlərin Təbliği
Fondunun yaradılması
bunun ən bariz nümunələrindəndir".
Millət vəkili bildirib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixboyu öz mədəniyyətini qoruyub və inkişaf etdirib. Azərbaycan xalqı digər mədəniyyətlərə və millətlərə münasibətdə tolerantlıq, mehribanlıq nümayiş etdirir. Azərbaycan dövləti bu mədəniyyəti qorumaq üçün geniş şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib: "Dinlərə münasibətdə tolerantlığı, sünni və şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. O, bu faktı mütərəqqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri deyib: "Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib".
Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəyə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 7 oktyabr.- S.10.