Vətən oğlu
Şəhid
Əli Cəfərovun xatirəsinə
2020-ci il noyabrın 4-də şəhid olan kəşfiyyatçı Əli
Bəyulla oğlu Cəfərov göstərdiyi
qəhrəmanlığa görə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamları
ilə "Vətən
uğrunda" və
"Suqovuşanın azad
olunmasına görə"
medalları ilə təltif edilib.
Əli Cəfərov 1993-cü il avqustun 29-da Astara rayonunun Maşxan kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsinin
şəhidi Nizami Əliyev adına
Maşxan kənd tam orta məktəbi bitirib. Uşaqlıqdan sərbəst güləşlə
məşğul olub,
müxtəlif yarışların
qalibi kimi bir çox mükafatlara layiq görülüb.
Həqiqi hərbi xidmətə
2011-ci ilin oktyabrında
yola düşüb. Ağdamda xidmət
edib. Xidmət müddəti bitdikdən
sonra 2013-cü ilin aprelində doğma kəndinə qayıdıb.
Sonra Bakıya gələrək
Xırdalanda yerləşən
"Abşeron Taxıl"
MMC şirkətində operator vəzifəsində işə
düzəlib. Əli Cəfərov
işlədiyi müddətdə
kollektivin rəğbətini
qazanıb, sevimlisi olub.
"Abşeron Taxıl"
MMC-nin şöbə
rəisi Abdulla Abbasovun
dediklərindən: "Əli
kollektivdə hamının
hörmətini qazanmışdı.
Yaxşı işçi idi.
O, şəhid olmazdan
əvvəl də bizim üçün çox dəyərli idi. İndi də əzizdir
bizim üçün.
"Abşeron Taxıl" MMC-nin ərazisində kollektivin təşəbbüsü ilə
Əli Cəfərovun
xatirəsinə bulaq açmışıq. Rəhbərliyin
göstərişi ilə
2021-ci ilin sonuna kimi Əlinin maaşı hər ay maaş kartına
köçürülür. Bütün şəhidlərimiz əzizdir.
Biz onları unuda
bilmərik və unutmamalıyıq".
Əlini
kimsə unuda bilmir: nə dostları, nə qonşuları, nə də qohumları. Hamı üçün doğma olub.
Xalası
Mehriban xanımın dediklərindən: "Sonbeşik
bacımın sonbeşiyi
idi Əli. Beş bacının bir qardaşı. Bizim qardaşımız
Azər Əsədullayev
də Birinci Qarabağ savaşının
zabiti, baş leytenant olub. Əli həmişə deyərdi
ki, dayım kimi şəhidlər olub Qarabağ savaşında, onların
qanını yerdə
qoya bilmərik".
Qeyd edək
ki, Mehriban xanımın oğlu Vüqar Hüseynov da Birinci Qarabağ
savaşında iştirak
edib. Döyüşlərdə ağır yaralanan
Vüqarın səhhətində
hələ də ciddi problemlər var. Hələ də müalicə olunsa da, halal haqqı
olan qazi statusunu ala bilmir.
Şəhid Əli Cəfərovun
bacısı Ayselin dediklərindən: "Əli
bizim üçün
o qədər əziz
idi ki... Beş bacının bir dənəsiydi. Müharibə başlayanda dedik ki, səni aparmazlar,
tək oğlansan.
Demə,
Tovuz hadisələri zamanı dostuyla birlikdə könüllü
kimi qeydiyyatdan keçibmiş. Heç biri
də evdə deməyib. Müharibənin ilk günlərində aparmadılar onu, oktyabrda çağırdılar.
Özü can atırdı
getməyə. Biz müharibəyə gedən
gün xəbər tutduq.
"Kəşfiyyatçıyam, kəşfiyyatçılara
ehtiyac var, getməliyəm" dedi. Getdi. Noyabrın
1-dən sonra xəbər
tuta bilmədik. 4 noyabrda səhər
şəhid olub.
4 noyabr gecəsində
kəndimizdə torpağa
əmanət olundu Əli".
Əli Cəfərov
həqiqi hərbi xidmətini kəşfiyyatçı
kimi başa vurduğundan müharibədə
kəşfiyyaçılara ehtiyac olduğunu bilirdi. Dostu ilə birlikdə
qeydiyyatdan keçmişdi.
Birlikdə də savaşa
yola düşmüşdülər.
İkinci
Qarabağ savaşının
cəsur kəşfiyyatçılarından
olan Şahin Məmmədzadənin dediklərindən:
"İkimiz də kəşfiyyatçı olmuşduq.
Cəbhəyə birlikdə yola
düşdük. Əvvəl Mingəçevir
şəhərinə, ordan
da Birinci Ordunun kəşfiyyat rəisi ilə N saylı hərbi hissəyə getdik. Ayrı-ayrı taqımlara düşdük.
Mən hücum taqımında idim. Əli tək oğlan
olduğu üçün
onu təminat taqımına saldılar.
Çox
qayğıkeş idi.
Hər dəqiqə təminatımızla
maraqlanırdı. Çox
da şən, qorxusuz adam
idi. Əslində, ailənin tək
oğullarını döyüşlərdə
önə buraxmırdılar.
Əli elə hey deyirdi ki, mən döyüşməliyəm.
İstəsəydi, döyüşə getməzdi. O qədər
Vətənə bağlı
idi ki, öz
istəyi ilə döyüşə qatıldı.
Talış, Suqovuşan,
Murovdağ, Ağdarə
uğrunda döyüşlərdə
olduq. Ağdərənin azadlığı uğrunda döyüşdə
minamyotlarla vurdular bizi, Əli də o döyüşdə
şəhid oldu".
Qeyd edək
ki, Şahin Məmmədzadə də
öz igidliyi ilə fərqlənib savaşda. Noyabrın 10-da ağır yaralanıb.
"Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə",
"Ağdamın azad
olunmasına görə"
medalları ilə təltif olunub.
Əli Cəfərovun anası Telli xanımın dediklərindən: "Qardaşım
Azər Əsədullayev
Birinci Qarabağ savaşının igidlərindən
idi. Elə döyüşüb ki, ermənilər başına pul mükafatı təyin ediblər. Başından snayperlə vurublar,
29 yaşında şəhid
oldu. Əli də işğal
olunmuş ərazilərdən
danışanda dözmürdü.
"İgid oğul
dayısına oxşayar,
mən də torpaqlarımız uğrunda
şəhid olaram"
deyirdi. Cəbhəyə könüllü getdi. Hər zəng edəndə deyirdi ki: "Ana, qorxma, mən yaxşıyam, heç bir narahatlığım yoxdur. "Mənim
igid əsgərimsən"
- deyirdim ona".
Tək Telli xanımın deyil, hamımızın igid əsgəri idi Əli. Əli Cəfərov
təkcə beş
bacının tək qardaşı deyil, bütün Vətənin
əzizi, doğmasıdır.
Ruhu şad
olsun!..
Kamalə ABİYEVA
525-ci qəzet.- 2021.- 8 oktyabr.- S.16.