Xalq yazıçısı Anar Milli Kitab Satış-Sərgisində  

 

OXUCULARLA GÖRÜŞƏN YAZIÇI SUALLARI CAVABLANDIRIB, İŞTİRAKÇILAR ÜÇÜN KİTABLARINI İMZALAYIB

 

 

...Axır ki, mən yolumu hələ ilk gündən baş çəkməyi planlaşdırdığım sərgidən sala bildim - Milli Kitab Satış-Sərgisindən. İndiyədək sərgi haqqında bir neçə reportaj oxumuşdum. Həmkarım Nadir reportajında yazır, redaksiyada da ağızdolusu sərgidən danışırdı. Hətta dünən dözməyib SMS yazıb ki, "Ay Afaq, bir sərgiyə baş çək". Reportajında isə belə bir cümlə yazmışdı: "İçəridən bayram ab-havası var". Oxuduqca yəqin etmişdim ki, mütləq o bayram ab-havasına mən qoşulmalıyam. İstəyimi, Rəşad müəllimin yolladığı "Sabah sərgidə Xalq yazıçısı Anarla görüş var. Vaxt edib gəl" ismarışı qətiləşdirdi.

 

Yol boyu, alacağım kitabların siyahısını yazırdım, bir Xalq yazıçısı Anarla görüşü düşünürdüm. Tələbəlik vaxtlarında Azərbaycan Yazıçılar Birliyində, yaxud BDU-da bədii tədbir olanda sevinirdik ki, Anarı yaxından görəcəyik. Onu bir neçə dəfə yaxından görmüşdüm, amma heç vaxt şəkil çəkdirmə şansım olmamışdı. Fikirləşirdim, bu gün axır ki, Onunla bir şəkil çəkdirməli, Ona bir sual ünvanlamalıyam.

 

Budur, saat 12:10-dur, sərginin giriş qapısındayam. Elə qapıda məni gözləyən Nadirlə salamlaşıb birgə içəri daxil oluruq. Bu sərgi həm ona görə doğmadır ki, təşkilatçısı "Qanun" nəşrlər evinin rəhbəri, tanınmış naşir Şahbaz Xuduoğludur. Bəzən Şahbaz bəyə kitablarla bağlı etiraz etdiyim məqamlar olub, ancaq heç bir etiraz onun kitab təəssübkeşliyinə, bu sahədəki əməyinə kölgə sala bilməz. Təqribən 6-7 ildir, oxuduğum bütün kitabları "Qanun"dan alıram. Daimi oxucu kimi bilirəm ki, tənqidə açıq naşir olaraq Şahbaz bəyin "Qanun"u kitabın ən mötəbər ünvanlarından biridir. Həmişəki kimi səliqəli geyimi ilə diqqətçəkən Şahbaz bəy bir yerdə dayanmırdı. Yanında gənclər, əlində bir neçə kitab, başı qarışıq halda zalda ora-bura gedirdi.

 

Burada bizim kimi, Anarla görüşə səbirsizlənən xeyli insan vardı. Ətrafda gənclərin çoxluğu müşahidə edilirdi.

 

 

 

Bir neçə dəqiqə keçmişdi ki, Anar müəllimlə Rəşad Məcidin gəldiyini gördük. Hamı sakitcə əyləşib yerini aldı, Anar müəllim onun üçün ayrılmış yerə keçdi. Görüş Şahbaz müəllimin açılış nitqi Anar müəllimə ünvanladığı sual ilə başladı. Səslənən bütün suallar maraqlı idi, açığı, Anar müəllim onlara səbrlə səmimi cavablar verirdi. Bu baxımdan hamının diqqəti veriləcək cavablara köklənmişdi. Şahbaz bəyin sualının cavabı hamımız üçün yararlana biləcəyimiz məsələ barədə oldu. Sual təqribən belə idi ki, Anar müəllim kitabsevərlərə mütləq oxumalı olduğu on müəllifin adını tövsiyə etsin. Anar müəllim həmişəki kimi sakit və aydın nitqi ilə belə müəllifləri çox sadalaya biləcəyini dedi. Lakin indi zaman azlığından bir neçə ad çəkdi. Azərbaycan ədəbiyyatından Kitabi Dədə-Qorqudu, Məhəmməd Füzulini, Mirzə Fətəli Axundzadəni, Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri, xarici ədəbiyyatdan Lev Tolstoyu, Vilyam Şekspiri, Aleksandr Puşkini, Yunus Əmrəni oxumağı tövsiyə etdi.

 

Əsərlərinin nə üçün birinin digərlərinə nisbətən çox oxunduğu sualını cavablayarkən Anar müəllim belə bir nüansa toxundu: "Məsələ ondadır ki, yazıçı üçün hər əsəri onun balası kimi əzizdir. İnsanın gözəl, çirki, lap fiziki məhdudiyyətli balası da ola bilər. Ancaq hamısını eyni cür istəyir. Ona görə mən deyə bilmərəm ki, hansı əsərimi daha çox oxuyun, hansı daha əzizdir. Bir şeyi də demək istəyirəm ki, övladlar içində biri həmişə parlaq olur, digərləri kölgədə qalır. Bircə bunu istəməzdim ki, əsərlərimdən hansısa kölgədə qalsın. Mənim "Macal" əsərim daha dolğun, yetkin əsərdir. Yaxud müstəqillik illərində yazdığım "Otel otağı", " qoç, qara qoç" və "Gözmuncuğu" əsərimin də çox oxunmasını istərdim.

 

Auditoriyada qısa bir səssizlik yaranır. Səssizliyi Rəşad müəllimin: " kim idi orada elə cəsarətli, sual vermək üçün əl qaldırmışdı?", sualı pozur. Həmin xanımı tapana qədər moderator Pərvin xanımın maraqlı təklifi ab-havanı lap qızışdırır. Təklifə əsasən, oxucular yazıçının əsərlərinin adlarını deyəcəkdi, müəllif isə bir cümlə ilə oradakı ideyanı izah edəcəkdi. " liman" - arzuya çatmaq arzusu bunun mümkünsüzlüyü, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" - azad olmayan cəmiyyətdə azad olmayan insanın faciəsi, "Macal" - insan güzəştə gedəndə sonda bu, onun faciəsi ilə yekunlaşır sair.  Auditoriya ilə müəllifin səmimi söhbəti bu minvalda davam edirdi.

 

Bu dəm yol boyu hazırladığımı yox, hazırda beynimdə yaranan sualı müəllifə ünvanlamaq istədim. Maraqlı idi: Anar müəllim, müasir dövr ədəbiyyat nümayəndələrindən kimləri oxuyur? Belə bir imza varmı ki, onda bu günün ya sabahın Nizamisini, Füzulisini, Natəvanını görmək olsun?

 

Anar müəllim heç düşünmədən "biri yox, bir neçəsi var" cavabını verdi:

 

"Ancaq mən desəm ki, bu dəqiqə bizdə bir neçə Füzuli, ya Nizami var, düz olmaz. Heç Natəvan da yoxdu (gülür). Ancaq istedadlı gənclər var. Özü üçün Füzuli, Nizami?! Hər kəs özü olmalıdır. Mən hələ Yazıçılar Birliyinin sədri olduğum üçün ad çəkmək istəmirəm ki, inciməsinlər. Ancaq doğrudan da, gənclərin içində çox istedadlı şairlər, yazıçılar var. İnanıram ki, onlar yaxın zamanda lap çox parlayacaqlar".

 

şair, yazıçılığa iddiam var, lakin bu cavab nədənsə qəlbimi sevindirdi. Əgər Anar müəllim belə düşünürsə, demək, hələ ədəbiyyatımıza ümid etməliyik.

 

Tədbir beləcə sual-cavab şəraitində davam etdi. Sonda müəllif görüşə gələnlər üçün kitablar imzaladı iştirakçılarla xatirə şəkilləri çəkdirdi. Günlərdən bəri gəlməyi planladığım sərgiyə - hər halda məndən ötrü - ən yaxşı gündə gəldiyim mənən dincəlib zövq aldığım üçün çox sevincliydim. Sevincim həm bununla bağlıydı ki, kitablar onunla bağlı bütün insanlar dünya içində sehirli bir dünyadır mən , bir neçə saatlıq da olsa, onların dünyasına düşə bilmişdim.

 

Afaq RZA

 

525-ci qəzet.- 2021.- 8 oktyabr.- S.8.