Azərbaycan Təhsil Şəbəkəsi:
milli təhsil sisteminə səmərəli
dəstək
Azərbaycan Təhsil Şəbəkəsi
(ATŞ) - ölkənin müxtəlif
pillələr üzrə
təhsil müəssisələrini,
eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları (Təhsil Nazirliyi və tabe qurumları) vahid şəbəkədə
birləşdirən ölkənin
ən böyük daxili təhsil intranet şəbəkəsidir. İcrasına 2008-ci ildə başlanılıb.
ATŞ-ə hazırda 4299 təhsil müəssisəsi
qoşulub və ölkə üzrə təhsil müəssisələrinin
92 faizi əhatə olunub. Hazırda 2021-ci ilin
sonunadək şəbəkə
çərçivəsində ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 təhsil müəssisənin sürətli
fiber-optik bağlantıya
keçidi istiqamətində
işlər aparılır.
2020-ci ilədək ölkə üzrə 277 mindən çox şagirdi və 19 min müəllim heyətini əhatə edən 203 təhsil müəssisəsi artıq
sürətli fiber-optik
bağlantı ilə
şəbəkəyə qoşulub.
Təhsil Nazirliyindən bildirilir ki, Azərbaycan Təhsil Şəbəkəsinin
ən böyük üstünlüklərindən biri də təkcə
internetə çıxışın
deyil, eləcə də müəssisədaxili
və müəssisələrarası
lokal şəbəkələrin
- internetin təmin edilməsindən ibarətdir. Bu isə
o deməkdir ki, təhsil müəssisələrində
internet trafik istifadə
etmədən Təhsil
Nazirliyinin Məlumat Mərkəzində yerləşən
Azərbaycan dilli elektron təhsil resurslarından faydalanmaq, şəbəkə daxilində
məlumatları operativ
ötürmək və
qəbul etmək mümkündür. ATŞ-nin nəinki təhsil müəssisələrini,
təhsil idarələri
və şöbələrini
də əhatə etdiyi nəzərə alınsa, vahid internet şəbəkəsinin mövcudluğu
ümumilikdə ölkənin
təhsil sistemi daxilində sənəd dövriyyəsinin elektronlaşdırılması
və audio-vizual rabitənin effektiv təşkili baxımından
da xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulmuş təhsil
müəssisələrində elektron təhsil resurslarına, dərsliklərə,
videomateriallara internet trafiki
istifadə olmadan daxil olmaq mümkündür.
Bu isə təhsilverənlər
üçün özünütəhsil,
araşdırma və
biliklərin tətbiqi
istiqamətində geniş
imkanlar yaradır.
Eyni zamanda, şəbəkə
vasitəsi ilə aparıcı müəllimlərin
dərslərinin digər
ölkələrin təhsil
müəssisələrində video nümayiş etdirilməsi
imkanı vardır.
Nəticədə müəllimlər digər ölkələrdən
olan həmkarları ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif
layihələr icra edir, beynəlxalq təcrübəni öyrənirlər.
Qeyd edək ki, Azərbaycan
2013-cü ildən etibarən
"eTwinning Plus" layihəsində
iştirak edir. Sözügedən layihə çərçivəsində
müəllimlər təhsil
müəssisəsini tərk
etmədən, onlayn şəkildə avropalı
həmkarları ilə
ortaq layihələrdə
yeni bilik və bacarıqları səmərəli yolla əldə etməyi öyrənir, müxtəlif
təlim və kurslarda iştirak edirlər. Sözsuz ki, bu imkanların tətbiqi və istifadəsində Azərbaycan Təhsil Şəbəkəsinə çıxışın
olması mühüm
rol oynayır.
Azərbaycan Təhsil Şəbəkəsini
səciyyələndirən başlıca xüsusiyyətlərdən
biri də onun məhz təhsilalanların ehtiyacları
üçün münasib
olan internetə - təhlükəsiz internetə
çıxış təmin
etməsidir. Belə ki, ATŞ-nə qoşulmuş bütün
təhsil müəssisələrində
internet şəbəkəsindən istifadə olunarkən uşaq psixologiyasına mənfi təsir göstərə bilən
istənilən zərərli,
qeyri-etik və yolverilməz onlayn məzmun ATŞ-nin müvafiq proqram təminatı tərəfindən
avtomatik qaydada bloklanır və məktəblərdə təhsil
alan şagirdlər
internetdən istifadə
zamanı bu cür məlumatlarla bir qayda olaraq
üzləşmirlər. Azərbaycan Təhsil
Şəbəkəsinin internet-süzgəcləmə xidməti
hazırda onlayn axtarış sistemlərində
müxtəlif dillərdə
60-dək kateqoriya üzrə
zərərli informasiyanın
axtarışını məhdudlaşdırır
və şagirdlərin
arzuolunmaz veb-məzmunlardan
maksimal müdafiəsini
təmin etməyə
imkan verir. Bu isə öz
növbəsində, uşaq
psixikasının internetin
zərərli təsirlərindən
qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin
diqqətinin yalnız
faydalı məzmunlar
üzərində cəmləşməsinə
xidmət edir.
Layihə çərçivəsində ölkənin şəhər
və rayonlarında yerləşən təhsil
müəssisələrində şəbəkə və
İKT avadanlıqlarına texniki dəstək xidmətləri göstərilir.
Azərbaycan Təhsil Şəbəkəsi
təhsil sisteminin
İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, bir sıra mühüm
sosial əhəmiyyətli
funksiyaların icrasını
da öz üzərinə götürmüşdür. Bu cür funksiyalardan ən başlıcası təhsilalanların tədris
prosesində istifadə
etdikləri internetin zərərli təsirlərindən
qorunması ilə bağlıdır. Bu gün Azərbaycan Təhsil Şəbəkəsini
ölkə miqyasında
unikal mexanizmə çevirən ən mühüm cəhətlərdən
biri, görülən
bütün tədbirlərin
təhsil ekosisteminin mərkəzində duran və təhsil prosesinin benefisiarı olan təhsilalanların hərtərəfli formalaşmasına
xidmət etməsidir.
Azərbaycan Təhsil Şəbəkəsi
çərçivəsində təhsil müəssisələrinə
təqdim edilən
internet avtomatik rejimdə
bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək təhsilalanların
ixtiyarına verilir, beləliklə də, şagirdlər onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə
olunur.
Xidmətin iş prinsipi ondan ibarətdir ki, onlayn axtarış
sistemlərində müxtəlif
dillərdə onlarla kateqoriya üzrə zərərli informasiyanın
axtarışı məhdudlaşdırılır
və təhsilalanların
arzuolunmaz veb-məzmunlardan
maksimal müdafiəsi
təmin olunur. Bu isə öz
növbəsində, uşaq
psixikasının internetin
zərərli təsirlərindən
qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin
diqqətinin yalnız
faydalı məzmunlar
üzərində cəmləşməsinə
xidmət edir.
Azərbaycan Təhsil Şəbəkəsinə
çıxış məktəblərdə
idarəetmə sistemini
müasir tələblərə
uyğun qurmağa imkan yaradır. Belə
ki, bir sıra
pilot məktəblərdə inzibati və insan resurslarının idarə edilməsi, müəssisədaxili qərarvermə,
qiymətləndirmə, proqnozlaşdırma,
monitorinq proseslərinin
elektron formada aparılması istiqamətində
işlər görülür.
Əlbəttə ki, bu imkanların tətbiqi və istifadəsinin Azərbaycan Təhsil Şəbəkəsindən kənarda
baş verməsi mümkün deyil. Belə ki, məlumatların şəbəkə üzərindən
ötürülməsi və
saxlanması üçün
məhz Azərbaycan Təhsil Şəbəkəsinin
resurslarından istifadə
olunur.
Azərbaycan Təhsil Şəbəkəsi
milli təhsil sistemi üçün nəinki texnoloji, eləcə də elmi-intellektual müstəvidə
geniş imkanlar təqdim edir. Şəbəkənin
potensialı bu gün orta ümumtəhsil
məktəbləri ilə
yanaşı, respublikanın
ali təhsil
müəssisələri üçün
də innovativ elmi-tədqiqat imkanları
yaradır.
Belə
ki, ölkə üzrə ali
təhsil verən bütün müəssisələr
Azərbaycan Təhsil
Şəbəkəsinə qoşularaq şəbəkənin
resursları üzərindən
GEANT beynəlxalq akademik
şəbəkəsinə çıxış əldə
edə və bu şəbəkənin elmi araşdırma potensialından yararlana bilərlər.
GEANT - Avropa ali
təhsil, elm və tədqiqat müəssisələrini
informasiya texnologiyaları
(IT) şəbəkələri səviyyəsində özündə
birləşdirən ümumavropa
elektron elm və təhsil şəbəkəsidir.
Hazırda dünyanın ən
nəhəng elmi araşdırma və tədqiqat şəbəkəsi
olan GEANT-ın əhatə dairəsinə
müxtəlif ölkələri
təmsil edən 38 milli təhsil və tədqiqat şəbəkələri daxildir.
Avropa Komissiyası tərəfindən
maliyyələşdirilən GEANT layihəsi bütün Avropa üzrə hazırda 10 000 elmi-tədqiqat
müəssisəsini və
orada çalışan
50 milyondan çox istifadəçini əhatə
edir. GEANT-ın əsas şəbəkəsinin
maksimal fəaliyyət
gücü 500 Gigabit saniyəyədək
təşkil edir. Gündəlik olaraq GEANT-ın
şəbəkələri üzərindən 1000 terabaytdan
artıq məlumat ötürülür.
GEANT şəbəkəsi bütün iştirakçılarına
elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək
təhsil proqramlarını
tərtib etmək üçün şərait
yaradır. GEANT şəbəkəsinin
texniki olaraq üzərinə götürdüyü
başlıca vəzifə
elmi araşdırmaların
aparılması üçün
İKT infrastrukturunun və
resurslarının təmin
edilməsindən ibarətdir.
Bu o deməkdir ki, vahid GEANT şəbəkəsinə
daxil olan bütün elmi-tədqiqat
və akademik təhsil müəssisələri
bir-birinin elmi nailiyyətləri və nəticələri ilə
tanış ola və onlardan
yararlana bilərlər.
Azərbaycan Təhsil Şəbəkəsi
çərçivəsində intranet üzərindən müəssisədaxili
və müəssisələrarası
sürətli rabitə
- video konfrans və
İP telefoniya xidmətləri
təqdim edilir. İP telefon rabitəsində məlumat rəqəmsal kanallar üzərindən
ötürüldüyündən, telefon danışığının
keyfiyyəti bir qayda olaraq daha
yüksək olur.
Video konfrans vasitəsi
ilə isə əməkdaşlar bir biri ilə keyfiyyətli
və kəsintisiz videobağlantı yarada və canlı müzakirələr apara bilirlər.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 8 oktyabr.- S.10.