Milli Kitabxanadan Nizami Gəncəvi ilə bağlı təqdimat

 

Oktyabrın 8-də Ekspo Mərkəzinin təqdimat zonasında Mədəniyyət Nazirliyi Milli Kitabxana birlikdə dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yeni nəşr etdirdikləri  "Nizami Gəncəvi. Biblioqrafiya" kitabının "Sözləri Nizaminindir" adlı CD disk albomunun təqdimatını keçirib.

 

525.az xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək ilk öncə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı ilə bağlı iştirakçıları təbrik edib. O, açılış mərasimində nazir Anar Kərimovun çıxışına istinad edərək bildirib ki, neçə illərdir, ölkəmizdə  kitab sərgiləri keçirilir, artıq bu ənənə halını alıb. Bu ilki sərginin ən önəmli cəhətlərindən biri Respublika Prezidentinin  Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, sərgi-yarmarkanın dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmasıdır.

 

O bildirib ki, bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, dünya mədəniyyətinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Nizami Gəncəvi dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib.

 

Direktor vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxana "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Nizami Gəncəvi. Biblioqrafiya" kitabını "Sözləri Nizaminindir" adlı CD disk albomunu hazırlayıb. O vurğulayıb ki, bu nəşrlər Nizami ilinə böyük şairin tədqiqatçılarına Milli Kitabxananın bir töhfəsidir.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli deyib ki, bu təqdimat mərasimi kitab sərgisinin əsas qayəsini təşkil edir. Belə ki, Nizami Gəncəviyə həsr olunan kitab sərgisində belə nəşrlərin olması xüsusi əhəmiyyət daşıyan amillərdəndir. O, bildirib ki, "Nizami Gəncəvi. Biblioqrafiya" kitabı "Sözləri Nizaminindir" adlı CD disk albomu Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanıb. Bu kitab bütün tədqiqatçı alimlərə öz araşdırmalarında köməklik göstərəcək, onların stolüstü kitablarına çevriləcəkdir.

 

AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfov vurğulayıb ki, Milli Kitabxananın "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi "Nizami Gəncəvi. Biblioqrafiya" kitabı bütün nizamişünaslara, tədqiqatçı alimlərə bir hədiyyədir.

 

Türkiyə Kitabxanalar Yayımlar baş idarəsinin müdir müavini Taner Beyoğlu bildirib ki, bu il Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 880 illik münasibətilə "Nizami Gəncəvi ili", Türkiyədə isə Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə "Yunus Əmrə ili" elan olunmuşdur. Hər iki şair türk millətinin, türk dünyasının görkəmli şəxslərindəndir. XII əsrdə yaşamış Nizami, XIII əsrdə yaşamış Yunus Əmrə yaradıcılığında ortaq cəhətlər vardır. Belə ki, hər iki şairin yaradıcılığında tanrıya dərin məhəbbət, insan sevgisi, eləcə kamil insan mövzusu mühüm əhəmiyyət kəsb edir.

 

Tədbirin davamında Milli Kitabxananın dəvəti ilə gələn Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan kitabxanalarının rəhbərləri çıxış ediblər. Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira  Aleksandrovna direktor Kərim Tahirova öz nəşrlərinin elektron formasını hədiyyə edib.

 

525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.24.