Torpağı Vətən edən oğullar...
Dünən - oktyabrın 11-i Bakı
Slavyan Universitetinin
(BSU) məzunu, Vətən
müharibəsi şəhidi Nicat Ayaz oğlu Şükürlünün anım
günüdür. Azərbaycan
Respublikasının Prezidenti,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə xalqımızın
Nicat Şükürlü
kimi igid, cəsur, qəhrəman oğulları
Vətən müharibəsində
böyük tarixi Qələbənin qazanılmasında
misilsiz rol oynadılar.
Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də
Bakı şəhərinin
Səbail rayonunun Badamdar qəsəbəsində
anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində
yerləşən 49 nömrəli
məktəb-liseydə orta
təhsil alıb.
2009-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-2019-cu illərdə BSU-nun Beynəlxalq
münasibətlər,regionşünaslıq
və jurnalistika fakültəsində
ali təhsil alıb.O, BSU-nun təhsildə
fərqlənən və
universitetin ictimai-mədəni
həyatında fəal
iştirak edən tələbəsi kimi tanınıb. Eyni zamanda karate idman növü ilə məşğul olan Nicat Şükürlü
respublikamızda keçirilən
müxtəlif yarışlarda bir sıra nailiyyətlər qazanıb.
Azərbaycan Ordusunun çavuşu
Nicat Şükürlü
2020-ci il sentyabrın 27-də erməni
işğalı altında
olan torpaqlarımızın
azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün
təmin olunması üçün başlanan
Vətən müharibəsi
zamanı Füzuli rayonunun və Xocavənd rayonunun Hadrut qəsəbəsinin
azad edilməsi uğrunda gedən döyüşlərdə fəal
iştirak edib. Oktyabrın 11-də Hadrut döyüşləri zamanı
şəhid olan Nicat Şükürlü
oktyabrın 12-də Badamdar
qəsəbəsində yerləşən
Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan,
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası
zamanı vəzifə
borcunu şərəflə
yerinə yetirdiyi üçün Nicat Şükürlü Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 15
dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında
göstərdiyi şəxsi
igidlik və şücaətə görə
25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı
, həmçinin Füzuli
rayonunun işğaldan
azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında
göstərdiyi şəxsi
igidlik və şücaətə görə
24 iyun 2021-ci tarixli Sərəncamı ilə
"Füzulinin işğaldan
azad olunmasına görə" medalı ilə təltif edilib,təhsil aldığı
49 nömrəli məktəb-liseydə
büstü qoyulub.
BSU-nun kollektivi bütün
şəhidlərimiz kimi,
Nicat Şükürlünün
xatirəsini həmişə
uca tutur, universitetin tədris binalarında şəhidlərimizin
əziz xatirəsini yaşadan stendlər və guşələr yaradılıb.
Allah rəhmət eləsin!
525-ci qəzet.- 2021.- 12 oktyabr.- S.16.