"Cümhuriyyət Yazıları"nın işığında yaddaqalan görüş

 

VƏ YA "ZİNDƏGANLIQ DAVASI"NDAN BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİNƏ QƏT ETDİYİMİZ YOL

 

 

"Oktyabr ayının ilk ongünlüyünü Azərbaycanda kitab dekadası dövrü adlandırmaq olar". Professor Qulu Məhərrəmlinin bu günlərdəki feysbuk paylaşımlarından biri bu cümləylə başlayırdı. Elə mən yazıma dəyərli Qulu müəllimin ötən on günü ən yaxşı təcəssüm etdirən sözləri ilə başlamaq istədim. Yazıya davam etməzdən öncə, oxucularımız üçün xatırlatmaq istərdim ki, dekada - on gün davam edən hər hansı ictimai, mədəni hadisəyə həsr olunmuş tədbir mənasında işlədilir.

 

Yəqin ki, mütailə kitabla arası yaxşı olan hər kəs 1-10 oktyabr tarixlərində Bakı İdman Sarayında keçirilən Milli Kitab Satış Sərgisi 6-10 oktyabr tarixlərində Bakı Expo Mərkəzində gerçəkləşən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə yaxından tanışdır. Hər iki sərgi kitabsevərlərə hədiyyə   əsl kitab bayramı oldu desək, yanılmarıq. Sərgilərdə xüsusilə qeyd edilməli nüans yazıçılarla görüş, imza günləri idi. Bundan əvvəlki yazımda Milli Kitab Satış Sərgisi orada Xalq yazıçısı Anarla görüş barədə təəssüratlarımı qələmə almışdım.

 

İndi isə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından, görkəmli alim ictimai-siyasi xadim Vilayət Quliyevin müəllifi olduğu kitabın imza günündən söz açıram.

 

Artıq yeddinci dəfə keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasını özəl edən bir sıra məqamlar da vardı. Bunlardan biri festivalın məhz dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunması idi. Sərginin özəl edən digər məqam, onun şanlı zəfər tariximizin ildönümü ərəfəsinə təsadüf etməsi oldu. Daha bir səbəb, təqribən iki ildir koronavirus pandemiyası səbəbindən dondurulan kütləvi mədəni tədbirlərə başlanğıc kimi keçirilməsi idi. Hər üç nüans kitab bayramının hələ ilk günü toplaşan kütlənin çoxluğu ilə daha yaxşı sezilirdi.

Sərgi zalına daxil olanda ab-hava daha da mehribanlaşırdı. Səliqəli, sıra ilə düzülmüş stendlərin qarşısında topa-topa dayananlar, bir-birinə sərgidə rast gəlib sevinənlər, kitab imzalatmaq üçün müəllifin yanında növbə gözləyən oxucularla sərgi lap nağıllar aləmini xatırladırdı.

 

İlk gün, xüsusən məktəblilərin çoxluğu kitabla bağlı zaman-zaman yaranan ümidsizliyə qarşı bir inam işığı oldu sanki. Zalda təşkilati cəhətdən yaxşı düşünülmüş daha bir məqam oxucularla müəlliflərin görüşləri üçün ayrılmış ayrı guşənin olması idi. Sərgidə günün proqramının əvvəlcədən açıqlanması oxucularla müəlliflərin görüşünün daha sistematik edirdi.  Təqdirəlayiq haldır ki, təşkilatçılar bütün yaş kateqoriyalarından olan oxucuları nəzərə alıb bu guşədə xüsusi proqramlar hazırlamışdılar. Ən gözəl təşəbbüs isə sərgidə təmsil olunan kitab evləri, nəşriyyatlar, təşkilatların bir çoxunun kitabları 50 faizədək endirimlə satmaları idi. Aralarında müəllifi olduğu kitabı satıb əldə etdiyi bütün gəliri şəhid qazi ailələrinə bağışlayanlar, hətta kitab alanlara hədiyyə edənlər var idi. Bax budur, əsl kitab bayramı!

 

Əvvəlki günün yaratdığı xoş ab-havadan sonra, həm bir oxucu kimi yararlanıb kitabxanamı zənginləşdirdiyim sərgiyə şənbə günü yenidən eyni həvəslə qayıtdım. Bu dəfə gəlişimin səbəbi təqribən 2 ildir müəllifi olduğu tərcümə əsərləri məqalələri maraqla oxuyub, həm yararlandığım dəyərli professor, filologiya elmləri doktoru, sabiq xarici işlər naziri, ölkəmizin Macarıstandakı keçmiş səfiri Vilayət Quliyevlə görüş idi. Müəllif oxucularla görüşə "Cümhuriyyət Yazıları" kitabı ilə gəlmişdi. Cümhuriyyətə dair yazılan əsərləri eyni həvəs "aclıqla" alıb oxuyan biri kimi özümü qeyri-ixtiyari kitabın ən yaxşı oxucularından elan etdim. Elə buna görə əsəri əldə etmək, həm müəllifi görmək üçün tələsirdim.

 

Adəti üzrə yenə deyilən vaxtdan tez gedib, görüş üçün ayrılmış guşədə qərar tutdum. Ancaq görünür, tez gələn təkcə mən deyildim. Artıq mədəni tədbirlərdə tez-tez rast gəldiyimiz xoş mənzərə yenidən müşahidə edilirdi. Gələnlər arasında gənclər çox idi. Oxucular üçün ayrılmış sıralar çox keçmədən tam doldu. Ancaq tədbirə qoşulanlar çoxalmağa yan hissələrdə ayaq üstə toplaşmağa başlamışdılar. Budur, mədəniyyət naziri Anar Kərimov dəyərli tarixçi Ədalət Tahirzadə görüşə gələnlər arasında idilər.  Kənarda dayanıb kitab işığına toplaşanları müşahidə edərkən, Vilayət müəllim özünəməxsus təmkinilə zala daxil oldu.

 

 

 

Müəllif  sözə kitabın nəşr olunduğu "Çapar" yayınlarına təşəkkür edərək başladı tutduğu bütün vəzifələrdə yazı həyatına fasilə vermədiyini, xüsusən Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərinin layiqli həyatlarını öyrənməyə maraq göstərdiyindən söz açdı. İstərdim Vilayət müəllimin Həsən bəy Zərdabi Cümhuriyyət tarixi barədə düşündürücü çıxışından kiçik bir hissəni olduğu kimi oxuculara çatdırım:

 

"Kitaba oxumağa marağın bu səviyyədə olmağı qürurvericidir. Yəqin ki, Həsən bəy Zərdabinin adını hamınız eşitmisiniz. Azərbaycan xalqının İslam ümmətindən millətə çevrilməsində onun çox böyük rolu olmuşdur. Əsrin əvvəllərində onun "Həyat" qəzetində "Zindəganlıq davası" adlı məqaləsi yayımlanmışdı. Çox xarakterik yazıdır. Zindəganlıq yaşayış, mövcudluq uğrunda mübarizə deməkdir. O deyirdi ki, insanlar daim zindəganlıq davasındadırlar. İbtidai icma quruluşunda bu dava-daşla, sapandla aparılırdı, daha sonra bəşəriyyət inkişaf etdi top-tüfənglə mübarizəyə başlanıldı, daha müasir silahlar ortaya çıxdı. Amma sivilizasiya dövründə insanlar bu mövcudluq davasını kitabla, qəzetlə, mətbuatla qurmağa başladılar. O, çox təəssüf edirdi ki, biz bu davada  XX əsrin əvvəllərində qonşularımız gürcülərə ermənilərə uduzuruq, çünki kitabımız, qəzetimiz oxucumuz azdır. Şükür ki, indi biz bu davada kitablarımızla, beynəlxalq yerli kitab sərgilərimizlə söz deyə bilərik. İnsanlarda oxumağa həvəs artır bu, çox müsbət haldır. Çünki hər bir xalq özünü ilk olaraq ədəbiyyatı, mədəniyyəti ilə təmsil edir.

 

Əgər fikir verdinizsə, 44 günlük Vətən müharibəsində ermənilərin bizə qarşı əsas zərbə isiqamətlərindən biri bu idi ki, guya Azərbaycan türkləri köçəri xalqdır, guya qədim mədəniyyətləri yoxdur, bu torpağa sonradan gəliblər. Azərbaycan isə sübut etdi ki, mədəniyyəto, humanizmi, döyüş qabiliyyəti, iqtisadiyyatı və sair - bütün cəhətlərdə üstündür. Biz öz tariximizi nə qədər yaxşı bilsək, bir o qədər uğurlu ola, mübarizələrdən uğurla çıxa bilərik".

 

Professorun  sözlərində həqiqət, təəssübkeşlik, qayğı və həm də sevinc vardı. Ancaq belə ziyalı və mənəviyyatı zəngin şəxslər Vətən, xalq barəsində danışarkən o hissləri qarşısındakına yaşada bilir. Əminəm ki, Vilayət müəllimin bu nitqi dinləyənlərin də daxilində yaxşı mənada bir təlatüm yarada bilmişdi.

 

Müəllifin çıxışından sonra professor Ədalət Tahirzadə və mədəniyyət naziri Anar Kərimov çıxış etdilər. Vilayət Quliyevin məqalələrində aşıladığı dövlətçilik prinsiplərinin öndə gəlməsi düşüncəsi artıq 20 ildən çoxdur onu tanıdığını qeyd edən mədəniyyət nazirinin çıxışı ilə bir daha təsdiqini tapdı:

 

"Vilayət Quliyev təkcə tarixçi və ədəbiyyatşünas yox, eyni zamanda, görkəmli dövlət xadimidir. Azərbaycanın maraqlarına, dövlətçiliyinə böyük töhfələri və xidmətləri olan şəxsiyyətdir. Vilayət müəllimi 20 ildən çoxdur tanıyıram və bir zamanlar onun rəhbərliyi altında işlədiyim üçün şərəf duyuram. Biz Vilayət müəllimdən dövlətçiliyi, dövlət maraqlarını şəxsi maraqlardan üstün tutmağı, dövlətə sədaqətli olub, onu hər bir yerdə müdafiə etməyi, vətənpərvər olmağı və Azərbaycan kimliyinə, tarixinə bağlı olmağı öyrənmişik".

 

Tədbirin rəsmi hissəsi bitdikdən sonra müəllif "Çapar"ın stendində oxucuları üçün kitabları imzalayır və onlarla xatirə şəkilləri çəkdirirdi. Nəhayət fürsət tapıb Vilayət müəllimə yaxınlaşa bildim. Yazıları ilə tanış olandan bəri ilk dəfə idi ki, ona şəxsən təşəkkür etmək imkanım olmuşdu. Bir oxucu kimi yazıları ilə tariximizikimliyimizi öyrənmə yoluma işıq saldığı üçün minnətdarlıq etdim. Fürsət tapıb bir neçə məsləhət də ala bildim. Üstəlik, imzalı kitabım və sevimli müəllifimlə xatirə şəklim vardı. Daha nə istəyə bilərdim ki?!

 

Oktyabrla gələn kitab sərgiləri mənim üçün əvəzsiz və  əsl kitab bayramı oldu. Əminəm ki, mənim kimi kitabsevərlər üçüneyni düşüncə keçərlidir. Sərgidən çıxarkən Vilayət müəllimin dedikləri yenidən  ağlıma gəldi və düşündürdü.  Görəsən, bu gün biz "Zindəganlıq davası"nda layiqi yer ala bilirikmi?..

 

 

Afaq RZA

 

525-ci qəzet.- 2021.- 12 oktyabr.- S.8.