Dahi mütəfəkkirin vətənində
daha bir kütləvi
tədbir keçirilib
"Nizami Gəncəvi
ili"nin tədbirləri sırasında keçirilən el
şənliyi çərçivəsində "Gəncəsənət"
sərgi-yarmarkasının ikinci düzəni də baş
tutub
Gəncə Şəhər İcra
Hakimiyyətinin, Gəncə
Regional Mədəniyyət İdarəsinin, Gəncə
Şəhər Gənclər
və İdman Baş İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı
ilə baş tutan tədbirdə şəhər rəhbərliyi,
Türkiyənin Gəncədəki
Baş konsulu, Gəncədən seçilən millət vəkilləri,
ictimaiyyət nümayəndələri,
ziyalılar, gənclər və sadə şəhər sakinləri iştirak ediblər.
Tədbir dahi şair və mütəfəkkirimizin
Gəncədə 1946-cı ildə görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun layihəsi
üzrə indiki Mirzə Abbas Abbaszadə və Cavad xan küçələrinin
kəsişməsində ucaldılmış
möhtəşəm abidəsinin
ziyarəti ilə başlayıb.
Cavad xan küçəsi boyunca
el şənliyi formatında
təşkil edilən
ümumşəhər tədbiri
Gəncə Dövlət
Dram Teatrının təqdimatında
"Xəmsə" adlı
ədəbi-bədii kompozisiya
ilə açılıb. Daha sonra "Ozan" qədim milli musiqi alətləri ansamblının, "Xəmsə"
ritm qrupunun, "Göygöl" Dövlət
Mahnı və Rəqs Ansamblının və digər musiqi kollektivlərinin çıxışları
izlənilib.
Ümumşəhər tədbirində Gəncə
Uşaq Rəssamlıq
və Uşaq İncəsənət məktəbləri,
habelə Uşaq Gənclər İnkişaf
Mərkəzinin yetirmələrinin
əl işləri sərgilənib.
"Gəncə sənətkarları"
bölməsində keramika
üzərində rəsm,
səbət toxuma, ağac üzərində
oyma, misgərlik, dulusçuluq və digər qədim sənət növləri
nümayiş etdirilib,
Gəncə Dövlət
Kukla Teatrı kollektivinin təqdimatında
Nizami Gəncəvinin
"Yeddi gözəl"
poemasından "Xeyir
və Şər" səhnəsi göstərilib. Gəncəni gənc idmançıları
da nümunəvi çıxışları ilə
maraq doğurublar.
Gəncənin yaradıcılıq kollektivləri ilə yanaşı, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirdə Aşıq Şəmşir
adına Kəlbəcər rayon Mədəniyyət
Evinin, Samux rayon Sərkar Uşaq Musiqi Məktəbinin kollektivləri də iştirak ediblər. Tədbir Gəncə Dövlət Filarmoniyasının önündə
təşkil olunan konsert proqramı ilə davam edib.
Qeyd edək ki, bu
tədbir çərçivəsində
Gəncə Filarmoniyasının
önündəki meydançada
və oradakı "Urban" Yaradıcılıq Mərkəzində
Gəncə İctimai
İştirakçılıq Məclisinin təşəbbüsü
ilə gerçəkləşdirilən,
sayca ikinci
"GƏNCƏSƏNƏT",
həmçinin, bu
dəfə ona qatılan "GəncəKitab" sərgi-satış
yarmarkaları da təşkil edilib.
Zakir Muradov,
Gəncə
525-ci qəzet.- 2021.- 12 oktyabr.- S.10.