Şair Yusif Həsənbəy
haqqında etüdlər
Mən görkəmli
şair Yusif Həsənbəy haqqında
xatirələrdən danışmaq
istəmirəm, onun poeziyasına ötən əsrin 60-cı illərindən
tanışam, o vaxt tələbə idim. Həyat elə
gətirdi ki, bu gün XXI əsrdə şairin poeziyasının bəzi məqamlarını araşdırdım
və onu şeirimizdə özünəməxsus
yerini bir daha təsdiqlədim.
Xüsusilə, poeziya haqqında
proqnoz vermək çətin məsələdir,
çünki bu poetik fenomen yazardan da asılı
olmur. İlahidən kodlaşmış möcüzədir. Baş tutmaya
da bilir.
Yusif Həsənbəy
ədəbi prosesdə
də öz sözünü deməkdən
çəkinməyən şəxsiyyətdir. Haqsız mübahisələrə
qarşı dözülməzdir
- belə tanımışıq.
Təbii
ki, illər öz işini görür, yaşın üstünə yaş gəlir, lakin təsirsiz ötmür, bir şərtlə, o, insanın daxilində, şüurunda xalq, Vətən məhəbbəti,
solmayan sevgi olsun. Bir də gəncliyində
necə yazıbsa, kökdən düşməsin.
Bu hisslərin ən bariz nümunəsini cəsarətlə deyərdim
ki, Yusif Həsənbəydə görürük...
Şairdə poetik ehtiras - varlığında yaşayan
sevgi fenomeninə sadiqlikdir.
Bir neçə il
öncə şairin
"Qayıda bilmərəm,
gözləmə məni"
şeiri çap olundu, yüksək səviyyədə qarşılandı
və buna səbəb nəydi? Şeirdə
mübhəm açarmı,
qüdrətmi vardı
bu ölməz şeiri yazmağa vadar etdi? Məhəbbətin ölməzliyi
- yunan filosofların diliylə desək: erotomiyamı - ağılsız
məhəbbətmi? O, sevgidir
insanı ömrü boyu əxlaqa, gözəlliyə çağırmışdır
- iztirab içində.
Bahar da qayıdar, qış da qayıdar,
Qayıda bilmərəm, gözləmə
məni.
Uçqun yuvasına quş
da qayıdar,
Qayıda bilmərəm, gözləmə
məni.
Yusif Həsənbəy sədaqətini,
ülviliyini qorumaq naminə poeziyanın ən kövrək və kontrast imkanlarını gerçəkləşdirib:
epitetlər, poetik assosiasiyalar, zərif nüanslar məhəbbətin
bakirələyini işıqlandırır.
Yusif Həsənbəy məhəbbətin
fəlsəfəsini özünün
fərdi yaşantıları
ilə reallaşdırmaqla
unikal şeirini təqdim edib.
Yusif Həsənbəy poeziyası
həmişə təkamüldə
olub, bu günümüzün mürəkkəb
psixoloji-sosial tarazlığın
ziddiyyətli şəraitində
onu narahat edən, düşündürən
şeirlər, poemalar
qələmə alır,
həqiqəti özündə,
varlığında və
poeziyasında tapır,
çünki onun poeziya dünyası fizikanın "qravitasiya"
- cazibə qüvvəsi
ilə poetik adekvat yaradır. 2019-cu ildə çapdan çıxmış "Göy
qurşağı - cənnət
qapısı" kitabı
fikrimin təsdiqi ola bilər.
Kitabda toplanmış şeirlər,
poemalar, povestlər dövrün ic-timai-mənəvi
proseslərini özündə
ehtiva edir. Şair Ulu öndərə həsr etdiyi şeirlərini və poemalarını həqiqətin
mövcudluğu kimi qələmə alıb.
"Karvan" poeması
məzmun baxımından
siyasi bir hadisənin: Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlişi münasibətilə
qələmə alınıb.
Bu əsərdə Yusif Həsənbəyin ədəbi-bədii təcrübəsi
və duyum həssaslığı özünü
göstərir.
"Bakıya gəmi
gəlir" poeması
poetik təəssüratın
təsirilə yazılmış,
tarixi hadisənin subyektidir. Məlumdur ki, şair Yusif Həsənbəy uzun illər dənizdə üzmüş,
okeanlardan okeanlara adlamışdır. Bu dəfə
isə şair daha dənizçi deyil, Bakıdadır və sahildən "Prezident Heydər Əliyev" gəmisini seyr edir:
Gəmi
gəlir, yollarında,
Nə bir çiçək, nə bir duman!
Qollarını öz sevimli övladına
Geniş-geniş açır Bakı
-
Doğma liman.
Yusif Həsənbəy bir şair, nasir, dramaturq olmaqla öz üslubuna sadiq sənətkardır,
sağlam hissiyyatı ilə yazır.
Vaxtilə şairin
yaradıcılığı barədə dediyim
sözləri oxuculara
çatdırıram: "Bədii əsərin
ayrı-ayrı elementləri, nüansları bir-birilə dəstədəki
güllər kimi yox,
çiçəklənmiş bitkinin
hissələri kimi birləşirlər".
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə
elmləri doktoru, dosent
525-ci qəzet.- 2021.- 14 oktyabr.-
S.12.