Yoldan ötənə
Nobel...
YOXSA ORTADA BAŞQA
SƏBƏBLƏR VAR?
Mükafat deyəndə ağlımıza
nə gəlir? Böyük ehtimalla,
ya Oskar, ya da Nobel. Elm və
ədəbiyyat dünyasının
ən prestijli mükafatları 1əsrdən çoxdur
ki, bu adlar
altında verilir.
Diqqət etdiyimiz kimi,
birində kino, incəsənət, digərində
isə elm və ədəbiyyat haqqında
danışdığımız bu mükafatlar hər zaman mütləq meyarlarla yox, bəlli bir nisbiliklə müəyyən olunur.
Nobel mükafatı isə
son zamanlar məhz bu nisbiliyin daha
çox üstünlük
kəsb etməsilə,
hətta ciddi suallar doğurması ilə gündəmə gəlir...
Bu il Ədəbiyyat
üzrə Nobel mükafatı
Böyük Britaniyada
yaşayan tanzaniyalı
yazıçı Abdulrazak
Gurnaha verilib. Abdulrazak Gurnah 1948-ci ildə Zənzibar adasında ərəb mənşəli
müsəlman ailəsində
dünyaya gəlib.
1968-ci ildə Zənzibardakı antiərəb
əhval-ruhiyyədən bezərək
Böyük Britaniyaya
köçüb və
təhsilini orada davam etdirib. Hazırda
professor elmi dərəcəsi
ilə Kent Universitetinin
ingilis dili kafedrasına rəhbərlik
edən Abdulrazak, 10
roman müəllifidir.
Qərarını açıqlayarkən Gurnahı
"Kültürlər və
qitələr arasında
qaçqınların taleyinə
qarşı mərhəmətli
münasibətinə görə"
öyən Akademiya,
"Gurnahın gerçəklərə
olan bağlılığı
və bəsitləşdirmədən
qaçması diqqət
çəkir" açıqlamasını
da verib.
Yazıçı Nobel mükafatına layiq görülməsilə
bağlı fikirlərini
bölüşərək bildirib ki, bu
barədə ona zəng gələndə nə baş verdiyini anlamayıb, elə bilib ki, onunla zarafat
edirlər: "Adətən
belə şeylər həftələrlə, aylarla
davam edir. Nobel üçün müraciət edən adlar tez-tez hallanır.
Bu baxımdan mən özüm də düşünürdüm ki,
görəsən, bu il Nobel mükafatını
kim alacaq".
Bəs
Nobel mükafatı nə
dərəcə əhəmiyyətlidir
və həqiqətən
də hər il layiq
olanamı verilir?
Bu mövzuda təkcə
ölkəmizdə yox,
bütün dünyada
insanlar iki qrupa bölünür. Bir tərəf
nəticənin layiqli
olduğunu müdafiə
edəndə, digər
tərəf isə müəyyən arqumentlərlə
nəticənin layiqlilik
tərəfi ilə razılaşmırlar. Son illər olduğu kimi, bu dəfə
də belə alındı.
Tanınmış rus yazıçısı
və jurnalist Yevgeni Popov açıqlamasında
deyib ki, bu müəllifi Rusiyada praktiki olaraq heç kim tanımır:
"Böyük ehtimalla,
heç dünyada da onu tanıyan
yoxdur. Səhv etməkdən qorxuram,
amma məncə, bu qərar da
Svetlana Aleksiyeviçdə olduğu kimi, siyasidir. Mən bu müəllifi
ingiliscə oxumağa
çalışdım, çox
bəsit və sıxıcıdı. Amma əlbəttə
ki, bu, mənim
şəxsi fikrimdir.
Həmçinin, bu mükafatı
çox ciddiyə almağa gərək olmadığını da
düşünürəm. Vaxtilə
Tolstoy və Coys da Nobeli ciddiyə
almayıb".
Popov Tolstoy məsələsində çox haqlıdır. Eyni ildə Nobel Ədəbiyyat
mükafatına namizəd
göstərilən Lev Tolstoy və Sülli Prüdom arasındakı seçimdə çoxunun
adını belə eşitmədiyi və hazırkı ədəbiyyat
kriteriyalarında ortabab
bir şair hesab edilən Prüdomun mükafata layiq görülməsi, ola bilməz ki, təkcə mənə xeyli absurd gəlsin.
Yazıçı haqqında çox fikir səsləndi, zarafatlar da edildi, ciddi mövqelər də ortaya qoyuldu. Dəyərli şair və ədəbiyyat bilicisi, yüksək intellekti ilə seçilən Qismət Rüstəmovun isə mövqeyi məni təəccübləndirmədi: "Yaxşı yazıçıdır. Nobeli heç vaxt təsadüfi, ortadan aşağı, dünənin uşağına vermirlər. Sadəcə elə mövzular, elə estetik istiqamətlər var ki, onlar bizim vərdiş etmədiyimizdir, bizdə nüsxəsi yoxdur. Bu da zaman tələb edən şeydir".
Bir sözlə, əgər kimsə nobelçinin həmin mükafata layiq olmadığını düşünürsə, deməli, o müəllifin yazısını həzm edə bilmir, kobud desək, anlamır. Ancaq hər bir halda, Qismət Rüstəmovun bu sözlərində həqiqətin özü var. Lap bələd olmuş olmayım, əgər yazıçının əsərlərini oxuyubsa, artıq öz şəxsi fikrini ifadə edə bilər. Elə Qismətin nəzərdə tutduğu "həzm etməyi bacarmayan kütlə" də məhz yazıçıdan ümumiyyətlə nəsə oxumayıb "Nobel komitəsi yenə təəccübləndirmədi", "Abdulrazaka Nobel verən dünya bizə nələr etməz", "Belə getsə, gələn il Nobeli Elxan Elatlı qazanacaq" kimi altı boş zarafatlar edən insanlardır.
İstənilən halda, Nobel hazırda dünyanın ən prestijli və populyar ədəbi
mükafatıdır. Ümid edirəm ki, hələlik çətin görünsə
də, nə vaxtsa azərbaycanlı bir yazıçı da layiqli şəkildə bu
mükafatın sahibi olar.
El Roman
525-ci qəzet.- 2021.- 14 oktyabr.- S.11.