Regional sosial-iqtisadi inkişaf: problemlər reallıqlar

 

 

Bu gün heç bir ölkə qloballaşmadan da onun nəticələrindən qaça bilmir. Qloballaşmanın qaçılmaz nəticələrindən biri ölkələr arasındakı iqtisadi sərhədlərin getdikcə ortadan qalxmasıdır. Buna görə ölkələr getdikcə bir-birindən asılı vəziyyətə düşür. Belə bir dünyada ölkə daxilində iqtisadi tarazlığı təmin edən inkişaf planını qurmaq hər bir ölkə üçün prioritet məsələyə çevrilib.

 

Nəinki inkişafda olan, hətta inkişaf etmiş ölkələr belə iqtisadi inkişafı böyüməni təmin edərkən, xüsusən regional inkişafla bağlı müxtəlif siyasətlər həyata keçirir. Bu siyasətin həyata keçirilməsində ən vacib vasitələrdən biri təşviq qanunlarıdır. Beynəlxalq səviyyədə gedən inkişaf prosesinə dəyişikliklərə uyğunlaşmaq üçün dəyişən şərtləri əhatə edən dəyişikliklərə dərhal uyğunlaşa bilən bir təşviq sistemi xüsusilə inkişaf etməkdə olan ölkələr üçün çox vacibdir.

 

Azərbaycanda da bu günə qədər iqtisadi inkişafı sürətləndirmək üçün bəzi regional fəaliyyətlər üzrə təşviq proqramları həyata keçirilir. Amma nədənsə, xüsusilə bölgələr arasında sosial-iqtisadi inkişaf fərqləri hələ əhəmiyyətli dərəcədə hiss olunmaqdadır.

 

Ölkəmizdə uzun illərdir iqtisadi inkişafı ləng gedən bölgələrdə yeni investisiya sahələri açmaq yeni yerləri təmin etmək üçün müxtəlif təşviq proqramları tətbiq olunur. Dövlətin yürütdüyü sosial-iqtisadi təşviq proqramlarının yerli icra hakimiyyəti orqanları tərəfindən hər zaman tam şəffaf formada icra olunmaması zaman-zaman əhalinin narazılığı ilə müşahidə olunur.

 

Məsələn, müxtəlif bölgələrdə əkinçiliklə məşğul olan əhali adətən təsərrüfat üçün lazımi qədər su ehtiyatının olmamasından şikayətlənir. Bunun qarşılığında yerli icra orqanlarının yetərincə səmərəli işləməməsi əhalini yol kəsməyə, etiraz edərək müvafiq orqanların diqqətini çəkməyə vadar edir.

 

Görünür, regional böyümənin qarşısında duran ən böyük maneyə qlobal su qıtlığı yox, elə məhz yerli bürokratik əngəllərdir. Bu kimi hallar da dövlətin apardığı inkişaf siyasətinə kölgə salan amillərə çevrilir.

 

Dövlət tərəfindən, regional inkişafı təmin etmək üçün irəli sürülən iqtisadi təşviq proqramları ümumiyyətlə, müəyyən iqtisadi fəaliyyətlərin daha sürətli daha sağlam getməsi üçün nəzərdə tutulub. Bunlar da ya maddi, ya da qeyri- maddi dövlət dəstəyi ilə təmin olunur.

 

Məsələn, əkinçilərin suvarma problemi varsa, artezian, subartezian quyularının qazılması üçün yerli orqanlara təlimat verilir. Yaxud bir bölgədə hər hansı bir məhsulun istehsalını artırmağa ehtiyac varsa, dövlət tərəfindən keyfiyyətli toxum, gübrə subsidiyalar formasında kəndliyə imkanlar yaradılır.

 

Təşviqlər müxtəlif olsa da, məqsəd birdir: Mənbələrin ölkə ya bölgə iqtisadiyyatı baxımından daha səmərəli faydalı hesab edilən sahələrə yönəldilməsi. Ümumilikdə bu həvəsləndirici tədbirlərdə nəzərə alınması vacib olan əsas məsələ yerlərdəki əhalini lazımi iqtisadi inkişaf sahələrinə təşfiq edərək dövlətin qoyduğu hədəflərə çatmaqdır.

 

Bu gün qarşıya qoyulmuş regional sosial-iqtisadi hədəflərə maneçilik törədən ünsürləri aradan qaldırmaq üçün prosesə tam formada nəzarət etmək ən vacib məsələyə çevrilib. Çünki dövlət regional inkişafı təmin etmək üçün uzun illərdir həm maddi, həm mənəvi baxımdan həvəsləndirici təşfiq proqramları həyata keçirir. Subsidiyalar, gübrə toxum dəstəyi ilə yanaşı, kənd təsərrüfatı sahəsində vergi dərəcələri minimum səviyyəyə endirilib. İqtisadi inkişafın stimullaşdırılmasında vergi güzəştlərinin əhəmiyyəti bir çox sahədə özünü sübut edib. Xüsusilə işsizliyin yüksək, gəlir səviyyəsinin isə aşağı olduğu regionlarımızda təsərrüfat sahəsində vergidən azadolmalar insanları yenidən təsərrüfatla məşğul olmağa həvəsləndirir.

 

Vacib məqamlardan biri dövlətin təşfiq proqramları haqqında əhalinin yetərincə məlumatlı olmamasıdır. Məsələn, qurmaq istəyən bir şəxs əgər əlindəki müəyyən məbləğlə şəhərdə qurmaq istəsə, gəlir, mənfəət, əlavə dəyər vergisi digər vergiləri tam vaxtında ödəmək məcburiyyətində qalır. Amma həmin şəxs müəyyən məbləğlə rayonların birində kiçik bir təsərrüfat yaratmaq istəsə, dövlətin maddi dəstəyi ilə yanaşı, bir çox vergi güzəştlərindən yararlanmaq şansı qazanır.

 

Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. Bu qanun ilk dəfə 2001-ci ildə qəbul olunub 5 il müddətində tətbiq edilməsi nəzərdə tutulurdu. Lakin 4 dəfə müddəti uzadılmaqla sözügedən güzəşt paketi 2024-cü ilədək qüvvədə olacaq. Yəni hazırkı mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdiyi gəlirlər mənfəət vergisindən azad olunub. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi fiziki şəxslər əmlak vergisini ödəməkdən azad edilib. Ehtimal ki, regional sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək üçün bu qanun hələ bir neçə dəfə uzadıla bilər.

 

Bundan əlavə, Prezidentin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası"na görə, hər il bitkiçilik sahəsində bitkilər regionlara görə əkin, məhsul toxum əmsallarının, toxum ting kvotalarının əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edilib. Beləcə, hər il ayrı-ayrı regionlar üzrə müxtəlif bitkilərin əkininə görə fermerlərə subsidiyalar ödənilir. Bu subsidiyalar fındıq, qarğıdalı, günəbaxan, soya, darı, yem üçün sorqo, kartof, buğda yonca bitkilərini əhatə edir. Eyni zamanda 6 növ meyvə bağlarının salınması üzrə subsidiyalar təyin olunub.

 

Regional inkişafda dəstək proqramı çərçivəsində ən çox dəstək alan təsərrüfat sahələrindən biri heyvandarlıqdır. Məlumdur ki, ölkəmizdə südlük maldarlıqla ailə təsərrüfatı məşğul olur. Buna görə fermerlərə heyvandarlıq sahəsində subsidiyalar təklif olunur. Heyvan subsidiyasına əsasən, yerli heyvanların süni mayalanması nəticəsində doğulan hər bir sağlam buzova görə 100 manat müəyyənləşdirilib. Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 manat məbləğində müəyyən edilir. Bu subsidiyanın 2023-cü ilədək verilməsi nəzərdə tutulub.

 

Bundan başqa, barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən baramanın hər kiloqramına görə 5 manat məbləğində barama subsidiyası verilir.

 

Bütün bu subsidiyalar üçün müraciət forması isə tamamilə elektron formada Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi- Subsidiya İnformasiya Sistemi (EKTİS-SİS) vasitəsilə aparılır.

 

Yuxarıda qeyd olunduğu kimi, ölkəmizdə kənd təsərrüfatının bir çox sahəsində həvəsləndirmə proqramları tətbiq olunur. Nəzərə almaq lazımdır ki, bu sistem ölkələrin inkişaf səviyyələrinə görə müxtəlif yollarla həyata keçirilir. Amma bütün hallarda regional disbalansa birbaşa təsir edən bir məsələdir. Bu təşviq tədbirləri iqtisadi fəaliyyətlərin müəyyən bölgələrə yönəldilməsini təmin etmək bölgələrarası inkişaf fərqlərini azaltmaq üçün ən vacib vasitələrdir. Məsələ burasındadır ki, dövlətin tətbiq etməkdə olduğu bütün bu stimullaşdırıcı tədbirlərlə yanaşı, təşfiq proqramları ümumilikdə bir komanda işi tələb edir. Komanda olmaq öhdəliyi isə aidiyyatı nazirliklərin, yerlərdəki icra orqanlarının, bələdiyyələrin üzərinə düşür.

 

 

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2021.- 14 oktyabr.- S.10.