Qalib Azərbaycanın müzəffər sərkərdəsi
Xalqımız dövlətçiliklə bağlı bütün tarixi günləri böyük ehtiramla yaşadır. 2003-cü ilin 15 oktyabrı da belə
tarixi günlərdən biridir...
İyirminci əsr siyasi qarşıdurmalar əsri kimi
tarixləşdi, Sovet ideologiyası "xalqlar həbsxanası"
kimi. Dünyəvi siyasət Sovet ideologiyasını bəzən
aşa bilmirdi. Belə bir şəraitdə
geniş dünyagörüşə, güclü məntiqə,
möhkəım iradəyə müqayisəyəgəlməz
ideoloji təfəkkürə malik olan kadrlar hakimiyyətə
gətirilirdi. Böyük tarixi şəxsiyyət
Heydər Əliyev Mərkəzi hakimiyyətin diqqətini bu
xüsusiyyətlərə, bu xüsusiyyətlərin vəhdətinə
görə çəkmişdi. Heydər
Əliyev istər DTK-da xidmət edəndə, istərsə də
Azərbaycan KP MK-nın birinci katibi olanda Azərbaycanın
respublika kimi, azərbaycanlıların xalq kimi
inkişafına xüsusi diqqət yetirirdi. O illərdə
azərbaycançılıq ideologiyasını ilk dəfə
sonralar xalqın ümummilli lideri olacaq böyük tarixi şəxsiyyət
formalaşdırdı.
Azərbaycanda hakimiyyət böhranı olanda, vətəndaş
müharibəsi vəziyyəti yarananda xalq təkidlə
böyük tarixi şəxsiyyət Heydər Əliyevi
hakimiyyətə çağırdı. Azərbaycan dövlətçiliyi
labüd iflasdan xilas edildi...
Ulu
öndər Heydər Əliyev xalqın böyük əksəriyyətinin
səsi ilə respublika prezidenti seçildi...
2003-cü
il oktyabrın 1-də Ulu öndər Heydər
Əliyev Azərbaycan xalqına müraciət edərək
öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə
geri götürdüyünü bildirdi: "Üzümü
Sizə - həmvətənlərimə tutaraq, qarşıdan
gələn Prezident seçkilərində prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin
I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm". Xalq bu etimadı böyük sevgilərlə
qarşıladı. Ulu öndərin inamı xalqın
inamı oldu...
2003-cü
ilin 15 oktyabrında keçirilən seçkilərdə seçicilərin
76 faizdən çoxu İlham Əliyevə səs verdi. Yəni seçicilərin
böyük əksəriyyəti Azərbaycanın
sabahlarını İlham Əliyevə etibar edirdi. İlham Əliyevə səs verən xalq əmin idi
ki, bu səs Azərbaycan dövlətçiliyinə verilir,
Azərbaycanın sabahlarına verilir. Xalqın
bu münasibəti həm də ümummilli liderə sevgisinin
təzahürü idi.
Cənab İlham Əliyev Respublikanın dünya
dövlətləri sırasında daha böyük etimadlarla əhatələnməsi
üçün ölkə iqtisadiyyatında qeyri-neft
sektorunun çəkisinin artırılması ilə
bağlı davamlı tədbirlər gördü, nəhəng
infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda
nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin
dünyaya çıxışını təmin etdi.
Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin
sağlamlığının təmin edilməsinə,
yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika
mərkəzinin inşası səhiyyə sisteminin
inkişafına,
minlərlə məktəb tikilməsi, təhsil
müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi
təhsilin daha yüksək səviyyədə qurulmasına
mühüm töhfələr verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev geniş elmi təfəkkürə, dərin təhlil
bacarığına, gerçəkliyi, reallığı
inandırma qabiliyyətinə malik olan fenomenal rəhbərdir. Xalq ona
inanır. İnanır ki, Azərbaycanı
beynəlxalq miqyasda uğurla təmsil edən dövlət
başçısı dünyəvi siyasətin Azərbaycanın
ərazi bütövlüyünə hörmətlə
yanaşmasına da nail olmaqdadır. Bütün beynəlxalq
tədbirlərdə gerçək sözün qüdrəti
ilə Azərbaycanın dəyişməz bəşəri
mövqeyini təlqin etməyə nail olmuşdur. "Qarabağ Azərbaycandır və nida işarəsi"
qətiyyəti beynəlxalq miqyasda strateji mesaj oldu. Ermənistan da, Ermənistanın himayədaları
da gördü və əmin oldu ki, Azərbaycan dövlətçiliyi
güclü siyasi nüfuza, güclü iqtisadiyyata,
güclü orduya söykənir.
Davamlı inkişafın və uğurların təməlində
duran siyasi peşəkarlığın nəticəsi olaraq
dünya ictimaiyyəti gördü ki, Azərbaycanda neft
kapitalının insan kapitalına çevrilməsi dünyəvi
siyasətə bəşərilik işığı oldu. Bu işıq
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham
Əliyevin azərbaycançılıq ideologiyasına, Ulu
öndərin siyasi kursuna sədaqətin
işığıdır.
Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq,
iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər
üzərində müzakirələr vasitəsilə
inkişaf etdirilməsi ölkədaxili siyasi mühitdə
növbəti mərhələnin başlanğıcını
göstərdi. Azər-baycan Respublikası Prezidentinin
tapşırığına uyğun olaraq, Prezident
Administrasiyasının nümayəndələri tərəfindən
2020-ci il fevral ayından etibarən
heç bir amildən asılı olmayaraq ölkədəki
bütün siyasi partiya rəhbərləri ilə
görüşlərin keçirilməsi təmin olundu. Bu, demokratiyanın səviyyəsinin göstəricisidir.
Ermənistanın Azərbaycandan ərazi iddiası elan
edilmədən başlayan müharibəyə səbəb
oldu. Ermənistan havadarlarının siyasi, maddi və hərbi
köməyindən istifadə edərək Azərbaycanın
ərazisinin 20 faizini işğal etdi. BMT-nin
Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr
yerinə yetirilmədi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
münaqişənin danışıqlar yolu ilə həll
edilməsi istiqamətində cəhdlərinə qarşı
Ermənistan yeni ərazilər zəbt etməyə cəhd
göstərir, status-kvonu saxlamağa
çalışırdı. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə
bildirdi ki, "Azərbaycan xalqı, Azərbaycan dövləti
heç zaman Azərbaycan ərazisində ikinci erməni
dövlətinin yaranmasına imkan verməz".
Azərbaycanda ordu quruculuğu dövlət
üçün prioritet olub. Müxtəlif təyinatlı
və miqyaslı təlimlər ordunun şəxsi heyətinin
döyüş hazırlığını, müxtəlif
istiqamətli tədbirlər onun mənəvi-psixoloji
hazırlığını daha da artırırdı. Azərbaycan Ordusu neçə-neçə beynəlxalq
təlimdə iştirak edib. Ordumuz buna Ali
Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunda əldə
edilən uğurlarla, uğurların yaratdığı
ehtiramla, etimadla nail olub. "Dəniz Kuboku", "Tank
biatlonu", "TurAz
Qartalı" kimi tədbirlər ordumuzun dünya
dövlətləti sırasında böyük nüfuza malik
olduğunun təsdiqidir.
Azərbaycan Ordusu Vətən müharibəsindən əvvəl
dünyanın ən güclü 50 ordusu sırasında idi. Bu səviyyəyə Azərbaycan
dövlətçiliyi ilə Azərbaycanda ordu quruculuğu
arasında yaradılmış üzvi, ayrılmaz bağlılıqla,
cənab İlham Əliyevin apardığı daxili siyasətlə,
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
artırılması, silahlı qüvvələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində
ardıcıl tədbirlərlə nail olunub. Ölkə
başçısının təşəbbüsü ilə
yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi
Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı
məhsul istehsal edilir ki, bunlar da Azərbaycanda ordu
quruculuğunun istinadlarından biridir.
Ermənistanın
silahlı birləşmələri 2020-ci il
sentyabrın 27-də müxtəlif istiqamətlərdən həm
dövlət sərhədlərimizdən, həm də
işğal olunmuş ərazilərdən hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun
qarşısını qətiyyətlə aldı. İşğalçıya,
işğalçılığa qarşı əks-hücum
əməliyyatı başladı. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən
müharibəsinin mahiyyətini dünyanın diqqətini
çəkən "Bizim davamız ədalətli davadır
və əminəm ki, bu müharibədə biz istədiyimizə
nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və
Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edəcək" kəlamları ilə ifadə etdi.
Ali
Baş Komandanın sərkərdəliyi ilə Vətən
müharibəsi azərbaycançılığın erməniliklə
müharibəsi idi...
Azərbaycan Ordusu düşmənin illərlə
yaratdığı, möhkəmlətdiyi, yeniləşdirdiyi
güclü müdafiə sistemini, sədləri qısa
müddətdə darmadağın etdi. Əsgərlərimiz
mövqe qələbələri qazanır, Böyük Qələbəyə
yaxınlaşırdı. Qazanılan ilkin
qələbələr təsdiqləyirdi ki, Azərbaycan
Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə
işğalı sona çatdıracaq,
torpaqlarımızı işğaldan azad edəcək.
Vətən müharibəsində xalq cənab Prezidentin
ətrafında sıx birləşdi. Bu, xalqın Prezidentinə,
Vətənə, dövlətə, dövlətçiliyə
sevgisinin nəticəsi idi. Zəfər
qazanıldı. Torpaqlarımız
işğaldan azad edildi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa
müraciətində dedi:
"...Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir..."
Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin həlli istiqamətində bu və ya digər beynəlxalq təşkilatda yaranan təəssüratları darmadağın etdi.
Buna Azərbaycan dövlətçiliyi ilə Azərbaycanda ordu quruculuğu arasında yaradılmış üzvi, ayrılmaz bağlılıqla, İlham Əliyevin apardığı daxili siyasətlə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlərlə nail olundu. Ölkə başçısının təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir ki, bunlar da Azərbaycanda ordu quruculuğunun istinadlarından biridir.
Vətən müharibəsindən əvvəl Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında idi. Bəs Zəfərdən sonra?..
30 il məğlub dövlət kimi tanınan Azərbaycan Vətən müharibəsində qazanılan Zəfərlə qalib dövlət oldu.
Cənab İlham Əliyevin sərəncamları ilə dövlətin və xalqın gücü ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin vüsət alması istiqamətində gərəkli tədbirlər başlayıb. Ordudan tərxis edilən gənclər də bu posesdə iştirak etməyə niyyətlidi.
Böyük Qayıdış Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə azərbaycançılığın erməni millətçiliyi
üzərində qəti qələbəsi olacaq!
Səbinə XASAYEVA
Milli Məclisin deputatı
525-ci qəzet.- 2021.- 15 oktyabr.- S.6.