Milli Kitabxanadan Müstəqilliyin Bərpası
gününə töhfə
Bu gün Azərbaycan xalqının Müstəqillik Günüdür. Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi böyük tarixi nailiyyət, xalqımızın əvəzsiz sərvətidir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, işğal altında olan torpaqları düşmən tapdağından tam azad edəcək, respublikamız dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.
Milli Müstəqillik Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “18 Oktyabr Milli Müstəqillik Günü” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası Rəsmi sənədlər; Dövlət müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir; Heydər Əliyev və Azərbaycan dövlətçiliyi; Dövlət müstəqilliyinə dair digər nəşrlər; Azərbaycanın dövlət rəmzləri; Milli Müstəqillik Gününə həsr olunmuş poçt markaları; Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir.
Elektron məlumat
bazasında Azərbaycanın dövlət müstəqilliyindən,
Azərbaycan tarixindən, ulu öndər
Heydər Əliyevin dövlət quruculuğundakı xidmətlərindən
bəhs edən kitablar, dövri
mətbuat materialları, foto və videolar nümayiş olunur. Elektron məlumat bazasında nümayiş olunan materiallar tam mətnləri
ilə verilib.
525-ci qəzet.- 2021.- 19 oktyabr.- S.9.