Almaniya Bundestaqının sabiq deputatı
Milli Kitabxananı ziyarər edib
Oktyabrın 19-da Almaniya Bundestaqının sabiq deputatı, professor, əslən Cənubi Azərbaycandan olan Rahim Şmidt Azərbaycan Milli Kitabxanasında olub.
525.az xəbər verir ki, qonağı qəbul edən Azərbaycan Milli Kitabxanasının direktoru,
professor Kərim Tahirov
kitabxana haqqında məlumatları, kitabxananın
fondu, avtomatlaşdırma
sistemləri, eləcə
də Azərbaycan Milli Kitabxanasının Almaniya Milli Kitabxanası və Berlindəki Humboldt Universiteti
Kitabxanası ilə sıx əməkdaşlıq
etdiyini qonağın diqqətinə çatdırıb.
Direktor onu da vurğulayıb
ki, bu əməkdaşlığın
nəticəsi olaraq
Humboldt Universiteti Kitabxanasında
Azərbaycana dair daimi guşənin yaradıldığını və
həmin guşəyə
mütəmadi olaraq yeni ədəbiyyatın göndərildiyini bildirib.
Kərim
Tahirov Azərbaycan Milli Kitabxanasının
Frankfurt şəhərində yerləşən Almaniya Milli Kitabxanası ilə kitab, informasiya sahəsində sıx əməkdaşlıq
etdiyini və Milli Kitabxanada alman yazıçılarının,
eləcə də alman əlifbasında qədim kitabların mövcudluğu barədə
professor Rahim Şmidtə
məlumat verib.
Professor Rahim Şmidt
ilk öncə Milli Kitabxana rəhbərliyinə,
direktor K.Tahirova bu günki görüşün
təşkili üçün
təşəkkür edərək
kitabxanada olmasından
məmnunluğunu ifadə
edib. O, bildirib ki, Azərbaycan Milli Kitabxanası şəhərin
ən gözəl binalarından birində yerləşir və belə gözəl kitab kolleksiyalarına malikdir. Professor çıxışı
zamanı Azərbaycan
Milli Kitabxanasının
xalqın milli-mənəvi
dəyərlərinin saxlanc
yeri olduğunu vurğulayıb. O, Milli Kitabxananın fəaliyyətini
yüksək qiymətləndirərək
əvvəlki illərdə
Frankfurt Beynəlxalq Kitab
Sərgisi çərçivəsində
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
ilə Milli Kitabxananın birgə keçirdiyi Molla Pənah Vaqifə, Almanların Azərbaycana köçürülməsinin 200 illiyinə, habelə İmadəddin Nəsiminin
650 illiyinə həsr
edilən mötəbər
tədbirlərin əhəmiyyətini
vurğulayıb və
həmin tədbirlərdə
özünün iştirakını
direktorun diqqətinə
çatdırıb. Həmçinin, o, pandemiya zamanı Azərbaycan Milli Kitabxanasının onlayn xidmətlərini yüksək
qiymətləndirərək özünün də həmin xidmətlərdən
yararlandığını bildirib.
Daha sonra o, Milli Kitabxana ilə tanış olmaq istəyini direktora bildirib. Qonaq Milli Kitabxananın
“Heydər Əliyev guşəsi”, “Beynəlxalq
əməkdaşlıq zalı”,
“Nadir kitablar və kitabxana muzeyi” şöbəsi, oxu zalı, kitabxana fondu, eləcə də Açıq Kitabxana ilə tanış olub. O, Azərbaycan Milli Kitabxanasının “Açıq
Kitabxana” layihəsini xüsusilə ön plana çəkərək
belə layihələrin
bütün kitabxanalarda
olmasının vacibliyini
qeyd edib.
Sonda qonaq
R.Şmidt özünün
müəllifi olduğu tibb
kitablarını Azərbaycan Milli
Kitabxanasının fonduna hədiyyə edib. Eyni zamanda
K.Tahirov “Azərbaycan Milli
Kitabxanası: fotoalbom” və “Azərbaycan
xalçaları” adlı kitabları qonağa
bağışlayıb.
525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.12.