Naxçıvanda təbiətin mühafizəsi: vacib ümumxalq işi

 

Müasir dövrdə ətraf mühitlə bağlı olan ekologiyaya təkcə bir elmi sistem kimi deyil, daha geniş mənada hərtərəfli dünyagörüşü yaradan sahə kimi yanaşmaq olar. Planetin, sivilizasiyanın inkişafı ilə əlaqədar olaraq istənilən problemlər hər bir elm sahəsindən, eləcə insan təfəkküründən elmi həyati diapazon, proqnozlaşdırıcı istiqamətlərin olmasını tələb edir. Bəşəriyyətin gələcəyi ekoloji dünya görüşünün düzgün formalaşmasından, hər bir insanın göstərilən gələcək üçün məsuliyyətinin hər tərəfli dərk edilməsindən çox asılıdır. Ekologiya digər elm sahələri ilə sıx vəhdətdə olmaqla bərabər,  sivilizasiyanın yüksək yeganə şüurlu canlısı olan insanın yeni həyat tərzi, düşüncəsi, dünyagörüşü ilə möhkəm qarşılıqlı əlaqədədir. Bu əlaqənin elmi cəhətdən düzgün formalaşması bəşəriyyəti narahat edən bir çox qlobal problemlərdən xilas edə bilər. 

 

Yaşadığımız təbiətin öz fiziki, kimyəvi bioloji xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər nəzərə alınmaqla ətraf mühitin çirklənməsi fiziki, kimyəvi bioloji olaraq təsnif edilə bilər. Hava, torpaq su çirklənməsi bu təsnifata daxildir. İnsan sağlamlığını ya ətraf mühit tarazlığını pozan havanın tərkibindəki dəyişikliklər zərərli maddələrin havaya qarışması hava çirklənməsinə səbəb olur. Torpaq çirklənməsi, təbiətdə aradan qaldırıla bilməyən geri dönüşü olmayan insan sağlamlığına təhlükə yaradan çirklənmələrdəndir.

 

Sənaye obyektlərindən yaşayış məntəqələrindən atılan suların təmizlənmədən ətraf mühitə sızması, əkinçilikdə pestisid gübrələrdən plansız istifadə edilməsi, suvarma norma qrafiklərin düzgün tərtib olunmaması yerüstü yeraltı sularımızın çirklənməsinə səbəb olur. Bu baxımdan təbiətin mühafizəsinin əsas hissəsini onun çirklənməsinin qarşısının alınması təşkil edir. Su mənbələrinin, torpağın hava hövzələrinin çirklənməsinin qarşısını almaq üçün yeni qapalı texnologiyadan istifadə etmək, tullantısız istehsal sahələri yaratmaq lazımdır.

 

 

 

Ölkəmizdə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsi təbii sərvətlərdən səmərəli istifadə edilməsi mühüm dövlət işi, ümumxalq işidir. Bu baxımdan ekoloji təhsilin genişlənməsi, ekoloji biliklərin yayılması ekoloji kadrların hazırlanması günün ən aktual məsələlərindəndir. Sevindirici haldır ki, ekoloji problemlərin həlli ilə əlaqədar muxtar respublikada təhsil konsepsiyası çərçivəsində bu məsələyə xüsusi diqqət yetirilmiş Naxçıvan Dövlət Universitetində ekoloji kafedra yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyində, təhsil müəssisələrində, ekoloji maarifləndirmə ilə məşğul olan İctimai Birliklərdə ("Təmiz Dünya" İctimai Birliyi), elmi-tədqiqat laboratoriyalarında günün tələbləri səviyyəsində ətraf mühitin dərk olunması, ekoloji problemlərin təhlili həlli yolları, ətraf mühitə münasibət ekoloji maarifləndirmə məsələləri həll olunur. Xüsusilə təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, yaşıllıqların meşə sahələrinin artırılması, flora faunanın mühafizəsi sahəsində görülən işlər öz nəticəsini verir.

 

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən, o cümlədən, su ehtiyatlarından  səmərəli istifadə olunması istiqamətində görülən işlər regionda əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaradır. Bu tədbirlərin davamı olaraq 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin nəzdində mənbəyi muxtar respublikada yerləşməyən çayların monitorinqini aparmaq su mühitini nəzarətdə saxlamaq üçün Sədərək rayonunun Heydərəbad qəsəbəsində Su Monitorinq Laboratoriyası fəaliyyətə başlayıb. Laboratoriyanın yaradılmasında məqsəd muxtar respublikanın su mənbələrinin çirklənməsinin qarşısının alınmasından, eləcə sularda yaşayan canlıları qorumaqdan ibarətdir. İşğalçı ölkədən keçməklə muxtar respublika ərazisində axan çaylarda qeydə alınan çirklənmə məlumatları mütəmadi olaraq beynəlxalq təşkilatlara çatdırılır. Ölkə əhəmiyyətli Su Monitorinq Laboratoriyası dünyada yerləşən su monitorinq laboratoriyalarının xəritəsinə daxil edilmişdir. Laboratoriyanın Ermənistanla sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunda yerləşməsi müşahidə olunan problemlərə vaxtında müdaxilə etməyə imkan verir. Yeraltı yerüstü suların müxtəlif təyinatlar üzrə analizlərinin aparılması üçün laboratoriya müasir cihaz avadanlıqlarla təchiz edilib. Laboratoriyada suyun radioaktiv çirklənməsini, suda olan ağır metalları, suyun codluluğunu, duzluluğunu, elektrik keçiriciliyini, tərkibində turşuların qələvilərin miqdarını, suda həll olmuş oksigeni təyin etmək mümkündür. Qonşu dövlətin ərazisində istismar müddəti başa çatmış Metsamor atom Elektrik Stansiyası fəaliyyət göstərdiyindən, laboratoriyada atom elektrik stansiyalarında istifadə olunan radioaktiv elementlərin nüvə parçalanmasından əmələ gələn tritium izotopunu təyin edən "TRİ CARB" cihazı quraşdırılıb.

 

 

 

2007-ci ildən fəaliyyət göstərən "Təmiz Dünya" İctimai Birliyi muxtar respublikada ekoloji maarifləndirmə, ekoloji təfəkkürün   biliyin təbliği məsələlərinin ictimaiyyət,  xüsusən gənclər yeniyetmələr tərəfindən düzgün dərk edilməsi istiqamətində geniş aparır. Ekoloji təlim treninqlərdə, təlimin istiqamətlərinə uyğun modullar haqqında qısa məlumatdan ibarət bukletlər hazırlanıb iştirakçıların istifadəsinə verilmişdir. Ümumilikdə, fəaliyyət dövründə "Təmiz Dünya" İctimai Birliyinin sədri F.Məmmədovanın həmmüəllifliyi ilə "Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsində ekologiya ətraf mühit", "Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf perspektivləri" kitabları, 4 istiqamətdə 7 elmi-metodik vəsait, 5 istiqamətdə 365 buklet 4 nüsxədə bülleten nəşr olunmuşdur. Kitab elmi-metodik vəsaitlər Fransanın paytaxtı Parisdə keçirilən "LUVR" Beynəlxalq Kitab Sərgisində,  Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Yarmarkasında, İspaniyanın Madrid şəhərində  Beynəlxalq Kitab Sərgisində qızıl medal diplom almış, ingilis dilində 3 səhifəlik xülasələri həmin sərgilərin kataloqunda dərc edilmişdir.

Yuxarıda göstərilən problemlərin həlli ekoloji siyasətin həyata keçirilməsi ilə yanaşı, ekoloji təhsilə dair proqramların icra olunması bəşəriyyətin sabit inkişafının konsepsual əsaslarına uyğun olmaqla, ölkəmizin, eləcə muxtar respublikamızın stabil, yüksələn xətlə inkişafına xidmət göstərəcəkdir.

 

Fizzə MƏMMƏDOVA

Kimya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 21 oktyabr.- S.11.