Daşkənddə Nizami
Gəncəvi ilə bağlı tədbir keçirilib
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzi (AMM) Daşkənddəki
"Turan" Kitabxana-İnformasiya
Mərkəzi (KİM) ilə
birgə "Nizami Gəncəvi: Şərqin
böyük şairi"
adlı tədbir keçirib.
525.az xəbər verir ki, tədbirdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı AMM-nin Daşkənddə özbək dilinə tərcümə və çap etdirdiyi "Xəmsə"sinin təqdimatı
olub. Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət
komitəsinin sədri
Qənirə Paşayeva,
Bakıdan gələn
digər qonaqlar, Özbəkistanın elm, mədəniyyət
və incəsənət
xadimləri, ali
məktəblərin professor-müəllim heyəti, tələbələr iştirak
ediblər.
KİM-in direktoru Dildora
Abduazizova qonaqları salamlayıb və AMM ilə əməkdaşlıqdan
danışıb. O, böyük
Azərbaycan şairi Nizami Gəncəvinin
"Xəmsə"sinin Daşkənddə
özbək dilində
çap olunmasını
ölkənin mədəni
həyatında böyük
hadisə adlandırıb.
AMM-nin direktoru Samir Abbasov Mədəniyyət
Mərkəzinin həyata
keçirdiyi layihələrdən
danışıb, indiyədək
90-dan çox kitabın
özbək dilində
çap edildiyini bildirib.
Qənirə Paşayeva xalqlarımızın
dost, qardaş olduğunu
vurğulayıb, şair
və yazıçılarımızın
dostluğundan söhbət
açıb. O, iki ölkə arasında əlaqələrin yüksək
səviyyədə olduğuna
toxunaraq qardaş Özbəkistanla əməkdaşlığın
bundan sonra daha da dərinləşdirilməsi
istiqamətində böyük
layihələrin həyata
keçirilməsindən bəhs
edib. O, belə mədəni tədbirlərin
həm Özbəkistanda,
həm də Azərbaycanda reallaşmasının
vacibliyini söyləyib.
Özbəkistan Ali Məclisinin deputatı,
şair və tərcüməçi Gülbahar
Səidqaniqızı Azərbaycan
ədəbiyyatını çox
sevdiyini, bu xalqın şairlərini tez-tez mütaliə etdiyini bildirib. O deyib ki, AMM-nin
Azərbaycanın şair
və yazıçılarının
əsərlərini özbək
dilində çap etdirməsi təqdirəlayiq
haldır.
"Özbəkistan-Azərbaycan"
Dostluq Cəmiyyətinin
icraçı direktoru
professor Erkin Nuriddinov qurumun xətti ilə keçirilən tədbirlərdən danışıb
deyib ki, Azərbaycanda Nizami Gəncəvi, Özbəkistanda
Əlişir Nəvai
ilinin keçirilməsi
bir daha sübut edir ki, ölkələrimiz milli-mədəni dəyərlərinə
sadiqdir.
Alim və tərcüməçi Babaxan
Şərif söyləyib
ki, Azərbaycan və Özbəkistan nümayəndələri müntəzəm
olaraq bu ölkələrdə keçirilən
müxtəlif mədəni
tədbirlərdə fəal
iştirak edir. Bütün
sahələrdə əməkdaşlığın
genişləndirilməsi hər
iki dost ölkənin mənafeyinə uyğundur.
Özbəkistandakı "Turan" Akademiyasının
prezidenti Xaydarbek Bababekov AMM ilə əməkdaşlıqdan danışıb,
müxtəlif ölkələrin
görkəmli simalarına
akademik adı verildiyini diqqətə çatdırıb. X.Bababekov Qənirə Paşayevaya
akademiyanın tarix elmləri doktoru adının verildiyini bildirib və bununla bağlı vəsiqəni ona təqdim edib.
Xalq artisti
Gülyanaq Məmmədova və özbək
müğənniləri Azərbaycan və özbək dillərində
mahnılar ifa ediblər.
525-ci qəzet.- 2021.- 21 oktyabr.- S.9.