"Nuhun
gəmisi"ni harada axtarmalı?
Nuh tufanı
bir neçə mədəniyyətdə və
dini kitabda dünyanın ən əsrarəngiz və ən böyük fəlakətlərindən biri
olaraq yer alır. Əsrarəngiz deyirəm, çünki
tufanda qurtulanları daşıyan gəmi bu gün dünyanın
hər hansısa bir yerində kəşf olunmağı
gözləyən sirrə
çevrilib.
Yaşananların gerçək ya da uydurma olması
ilə bağlı düşünən insanlar
iki qrupa bölünür. Bir çoxu bu
hadisəni hətta lağlağa mövzusuna çevirsə də, əslində, vəziyyət
ABŞ-ın məsələyə
müdaxilə edib bəzi sənədləri
gizlətməsi qədər
ciddidir.
Tufanın ardınca suların çəkilməsindən sonra
quruya çıxan gəmi haradadır? Uzun zaman
dünyanın hər
yerindən araşdırmaçılar
bu gəmini axtarırdı. Bütün işarələr
gəminin Mesopotomiya və çevrəsində
olduğunu düşündürürdü.
Axtarılan gəminin uzunluğu
təxminən 200, genişliyi
35, yüksəkliyi 20 metrə
qədər idi.
Fridrix Perot gəminin
izinə düşən
ilk araşdırmaçı idi. Mənbələri araşdıraraq Türkiyədəki Ağrı
dağının zirvəsinə
çıxan Perot üçün
bu cəhd nəticəsiz qaldı.
1916-cı
ildə rus pilot
Vladimir Roskovski uçuş
zamanı gözünə
dəyən gəmi parçasını axtarmaq
üçün Ağrı
dağına gəldi.
Amma 100 nəfərdən ibarət
rus komandasının axtarışı da nəticə vermədi.
1994-cü
ildə ABŞ-a aid olan gizli bir
sənəd tapıldı.
Belə ki, 1949-cu ildə ABŞ hava qüvvələrinə
aid təyyarə SSRİ-yə
qarşı gizli əməliyyatla bilgi toplayacaqdı. Pilotlar Ağrı
dağının üzərindən
keçəndə qəribə
formalı obyektlər
gördülər. Görüntüləri görən kəşfiyyat
mərkəzi həmin
obyektləri gəmi qalıqlarına bənzətdi
və oraya araşdırma komandası
göndərdi. Ancaq bu dəfə də araşdırmanın nəticəsində
gəmiyə aid heç
bir iz tapa
bilmədilər.
Fransanın Dijon və Lion şəhərləri
arasında qalan Sena dağında araşdırma etmiş geologiya professoru və paleontoloq Albert Quardi uzun araşdırmaların
sonunda bu cür açıqlama verdi: "Zirvədəki
qayalardan birində yarıq vardı və bu yarığın
içi heyvan sümükləri ilə
doluydu. Hansı səbəbdən bu qədər qurd, at, ayı və öküz hər yerdən uzaqda olan bu
təpəyə çıxmışdı?
Niyə hamısı eyni yerdə və eyni anda ölmüşdü?"
Fikrimcə, bu da Nuh
tufanını isbat edən bir nəticə
deyil. Tarixin müəyyən dövrlərində irihəcmli
suların enmə və qalxmaları müşahidə edilib.
Düşünürəm ki, səbəb yüksələn dalğalardan
qaçan heyvanların
məhz oraya sığınmaları da
ola bilər.
Yəni onu deyim ki,
məsələ artıq
çoxdandır dini,
mifik kontekstdən çıxaraq, elmi səciyyə daşımağa
başlayıb. Belə ki, sovet dövründə məşhur
Avropa və Rusiya arxeoloqları bu məqsədlə Qafqaz coğrafiyasına çox səfər etdilər. Amma onları elmdən
də çox, siyasi məsələlər
maraqlandırırdı. Onlar xristian təəssübkeşliyini
burada da önə çəkmək
fikrində idilər.
Bu səbəbdən də bir çox
xristian alimlər qeyri-səhih informasiyalar yaymağa başladılar.
Məsələn, Türkiyədə olduğu kimi Naxçıvanda da bu işə gizli yolla girişmək
istəyən Andrey Polyakov və onun ətrafındakılar
qanunsuz şəkildə
Naxçıvana gəlib
elmi əsası olmayan məlumatlar yaydılar.
Fikrimcə, hətta min illər
keçsə belə, bu mövzu
öz aktuallığını müəyyən
qədər qoruyacaq və öz
əsrarəngizliyini heç vaxt itirməyəcək. Bunun
nəticəsidir ki, bu
ölçülüb-biçilmiş sirr həmişə maraqlı olaraq
qalacaq.
El ROMAN
525-ci qəzet.- 2021.- 22 oktyabr.- S.12.